ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

26.06.2010
    1918-ci il iyunun 26-da Azərbaycan Müvəqqəti hökuməti Milli Ordunun yaradılması haqqında fərman verdi və ordu quruculuğuna başlanıldı. Yeni yaradılan müsəlman korpusu “Əlahiddə Azərbaycan korpusu” adlandırıldı.
25.06.2010
      Xəbər verildiyi kimi, Respublika Prezidentinin  12 may 2010-cu il tarixli Sərəncamı ilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  baş direktoru Soltan Tərlan oğlu Əliyevin ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti təyin edilmişdir. Bununla əlaqədar olaraq, təsisçilərin birgə qərarı ilə həmin tarixdən QSC-nin baş direktorunun ümumi işlər üzrə müavini Ramil Cavanşir oğlu Əliyev “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  baş direktoru vəzifəsinə təyin olunmuşdur.
24.06.2010
    ARDNŞ –nin 2010-cu il “Ekologiya İli” çərçivəsində həyata keçirdiyi ekoloji layihələrin əhatə dairəsi günü-gündən genişlənir. Neftqazçıxarma İdarələrinin  uzun illər çirklənməyə məruz qalmış mədən ərazilərində torpaqların reabilitasiyası və landşaftın bərpası önəmli əhəmiyyət kəsb etdiyindən, bu istiqamətdə işlərin intensiv və kompleks şəkildə aparılması xüsusilə diqqət mərkəzindədir.
22.06.2010
     İyunun 21-də QSC-ni Babək prospekti 10B ünvanda yerləşən mərkəzi ofisinin     I-ci  mərtəbəsindəki müasir tipli yeməkxananın açılış mərasimi olmuşdur. Açılış mərasimində  QSC-nin baş direktoru Ramil Əliyev çıxış edərək  Cəmiyyətdə  çalışan işçilərin sosial  problemlərinin həll edilməsinin, iş şəraitinin  yaxşılaşdırılmasının daim diqqət mərkəzində olduğunu və son dövrlərdə bu istiqamətdə  ardıcıl tədbirlər görüldüyünü qeyd etdi.
21.06.2010
     2010-cu ildə “Ekol Mühəndislik Xidmətləri” QSC  mühüm ekoloji layihələri icra etməklə  yanaşı,  istehsalat və qeyri yaşayış sahələrində əsaslı təmir, rekonstruksiya, abadlaşdırma və yaşıllaşdırma işlərinin yerinə yetirilməsi istiqamətində də məqsədli tədbirlər həyata keçirir.
12.06.2010
15 iyun - Milli Qurtuluş günü xalqımızın fəlakətlərdən qurtulduğu, qüdrətli bir dövlətin bünövrəsinin qoyulduğu gündür.
09.06.2010
     Azərbaycan  Respublikası Prezidentinin  28 sentyabr 2006-cı il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında ekoloji vəziyyətin  yaxşılaşdırılmasına dair   2006-2010-cu illər üçün  Kompleks Tədbirlər Planı” əsasında ARDNŞ-nin  təsdiq olunmuş tədbirlər planına uyğun olaraq, “AzNEFT” İstehsalat Birliyinin  tabeçiliyində olan “Abşeronneft NQÇİ-nin  neft, lay suları və digər tullantılarla çirklənmiş ərazisinin  rekultivasiyası” işləri “Ekol Mühəndislik Xidmətləri” QSC tərəfindən  uğurla həyata keçirilir.
07.06.2010
    5 iyun- Beynəlxalq Ətraf Mühitin Mühafizəsi günü - BMT-nin  ətraf mühitlə bağlı keçirilən  konfransında ( 5-16 iyun 1972 –ci il ) Yaponiya və Seneqal dövlətlərinin  təklifi ilə təsis olunub. Dünya ictimaiyyətini ətraf mühitin mühafizəsi problemlərinə cəlb etmək üçün 5 iyun 1973-cü ildən etibarən  bütün dünyada qeyd edilir. BMT-nin  Baş  Assambleyası təşkilatın üzvü olan ölkələri bu gün də ətraf mühitin qorunması və yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirməyə çağırır.
04.06.2010
      “Ekol Mühəndislik Xidmətləri” QSC  öz fəaliyyətinin beynəlxalq standartlar səviyyəsində qurulması və Avropaya inteqrasiya edilməsi istiqamətində davamlı siyasət həyata keçirir və məqsədyönlü tədbirlər görür. Məhz bunun nəticəsidir ki, QSC 2007-ci ildə  İSO 14001 Ekologiya İdarəetmə Sistemini qəbul etmiş və sertifikata layiq görülmüşdür.
01.06.2010
     1-4 iyun 2010-cu il tarixlərdə  Bakı EKSPO Mərkəzində keçirilən 17-ci Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası sərgisi dünyanın  neft sənayesi liderlərini  öz meydançasında yenidən bir araya gətirdi. Sərgiyə dünyanın 24 ölkəsindən     300 - dən çox şirkət qatılmışdır.
28.05.2010
     ARDNŞ-nin beynəlxalq aləmdə və ölkə daxilində fəaliyyəti genişləndikcə Şirkətin strukturunun təkmilləşdirilməsi və bacarıqlı, yüksək səviyyəli kadrların  rəhbər vəzifələrə təyin olunması istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Dövlət başçısının  12 may 2010-cu il tarixli müvafiq Sərəncamları ilə ARDNŞ-nə yeni vitse-prezidentlərin təyin edilməsi də bu tədbirlərin tərkib hissəsidir.
27.05.2010
    ABŞ-nın Meriland Universitetinin bir qrup müəllim və tələbə heyəti Dünya Bankının xətti ilə Azərbaycanda olmuş, respublikamızda ekologiya sahəsində görülən işlərlə maraqlanmışlar.
27.05.2010
      ARDNŞ  “Ekologiya İli” çərçivəsində nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq  neft sənayesi sahələrində irimiqyaslı ekoloji layihələri uğurla həyata keçirir. Bu işlərin yerinə yetirilməsində, xüsusilə neftlə çirklənmiş torpaqların təmizlənməsi və şlamın bioremediasiyası layihələrinin icrasında “Ekol Mühəndislik Xidmətləri” QSC  “PODRATÇI” qismində yaxından iştirak edir. Artıq “Siyəzənneft” NQÇİ,  Z.Tağıyev adına NQÇİ və “Abşeronneft” NQÇİ-nin mədən ərazilərində layihələrin icrası uğurla davam edir.
24.05.2010
     Mayın 22-də rəhbər işçilərinin və kollektivin xeyli sayda üzvlərinin iştirakı ilə QSC-də iməcilik keçirilmiş və bütün istehsalat sahələri əhatə olunmuşdur.
21.05.2010
       ARDNŞ Ekoloji Siyasətində respublikamızın ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində  irimiqyaslı layihələrin həyata keçirilməsi ilə yanaşı, ekoloji maarifləndirmə məsələlərinə də geniş yer ayrılmışdır. Ümummilli lider Heydər Əliyevin imzaladığı “Əhalinin  ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanununu əldə rəhbər tutaraq, ARDNŞ ekoloji maarifləndirmə və təbliğat məsələlərinə daha çox diqqət yetirir. Şirkətin prezidenti cənab Rövnəq  Abdullayevin  12 avqust 2008-ci il tarixli, 123 saylı əmri ilə tədbirlər planı təsdiq edilmiş, ekoloji təbliğat və maarifləndirmə işlərinə start verilmişdir.
20.05.2010
     Qeyd olunduğu kimi “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrindən biri də yaşıllıqların salınması və onlara aqrotexniki xidmətlərin göstərilməsidir. Bu məqsədlə 2010-cu ildə QSC-nin Torpaqların rekultivasiyası departamentinin  tərkibində yaşıllaşdırma üzrə yeni bir sahə yaradılmış ( TRD 3-cü sahə), bu sahəyə  xeyli sayda  ixtisaslı aqronomlar, bağbanlar və digər mütəxəssislər, eləcə də xüsusi avadanlıqlar və texnika cəlb olunmuşdur.
18.05.2010
     2010-cu ildə “Ekologiya İli” çərçivəsində “Ekol Mühəndislik Xidmətləri”   QSC-nin həyata keçirdiyi ekoloji layihələrdən biri də “Abşeronneft” NQÇİ-nin (Pirallahı qəsəbəsi) mədən ərazilərində 44 hektarlıq  sahədə biorekultivasiya işlərinin yerinə yetirilməsidir.
15.05.2010
       Son illərdə  Dövlət Neft Şirkətinin  beynəlxalq aləmdə və ölkə daxilində fəaliyyət istiqamətləri genişləndikcə, Şirkət böyüyüb inkişaf etdikcə onun strukturu da təkmilləşdirilir.
13.05.2010
      Ətraf mühitin mühafizəsi məsələlərinin  daim diqqət mərkəzində saxlanılması, respublikamızın ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün  ictimaiyyətin     səylərinin  birləşdirilməsi ideyalarının təbliğ olunması, gənclərin və yeniyetmələrin  ekoloji maarifləndirilməsi və təbiətə məhəbbət ruhunda tərbiyə edilməsi məqsədilə, Azərbaycandakı Amerika Ticarət Palatasının və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin təşkilatçılığı ilə Bakı şəhəri məktəblərində ekoloji maarifləndirmə tədbirlərinə başlanılmışdır.
11.05.2010
        Mayın 10-da “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  rəhbərliyi və kollektivin təmsilçiləri  Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar, Ümummilli Liderin  Bakı Neft Emalı Zavodunun ərazisindəki abidəsi önünə əklil və tər çiçəklər düzmüş, onun əziz xatirəsini ehtiramla yad etmişlər. Tədbir QSC-nin   O.Vəliyev küçəsi -1 ünvandakı ofisində  Ulu öndərin 87-ci ildönümünə həsr olunmuş toplantı ilə davam etmişdir.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | [72] | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.