ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

09.05.2021
Bu gün 9 May – Qələbə günüdür. Alman faşizmi üzərində qələbədən 76 il ötür.  Müharibə nəticəsində 60 milyona yaxın insan həlak olub. Azərbaycanlılar bu müharibədə istər ön, istərsə də arxa cəbhədə böyük fədakarlıqlar göstərmişdir. Qələbənin təmin olunmasında Bakı neftinin mühüm rolu olmuşdur. Müharibəyə yollanan 650 min Azərbaycan vətəndaşının 420 mini qayıtmayıb. Göstərdikləri misilsiz şücaətin müqabilində 43 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 30 nəfər isə “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov və Sovet İttifaqı Qəhrəmanları  öz şücaətləri ilə Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılıb. Qısa müddətdə Bakı döyüşən ordu üçün silah-sursat cəbhəxanasına çevrilib.  Böyük çətinliklərə baxmayaraq,  neftçilər qəhrəmanlıq və fədakarlıq göstərib,  cəbhəni və sənayeni yanacaqla təmin ediblər.  Neftçilərin fəal əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilib. 1941 – ci ildə 23,5 milyon ton  “qara qızıl” çıxarılıb. Bu SSRİ – də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə  müharibə illərində Azərbaycan neftçiləri ölkəyə  75 milyon ton neft, 22  milyon ton benzin və digər neft məhsulları veriblər. Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olub. Təkcə onu demək kifayətdir ki, hər beş təyyarədən dördü, hər beş tankdan dördü, hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyib.
07.05.2021
Karantin günlərində (28 aprel - 05 may, 2021) Dezinfeksiya şöbəsinin əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.
29.04.2021
Aprelin 28-də “Ekol Mühəndislik Xidmətləri” QSC-də “Böhranı görmək, ona hazırlıqlı olmaq və reaksiya vermək – Dayanıqlı Təhlükəsizlik Sisteminə İnvestisiya qoyun” devizi altında “28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü” qeyd edilmişdir. 
29.04.2021
Karantin günlərində (20 - 27 aprel 2021) Dezinfeksiya şöbəsinin əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.
20.04.2021
Əlverişli ekoloji mühitin yaradılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər keçirən “Ekol Mühəndislik Xidmətləri” QSC-nin həyata keçirdiyi layihələrdən biri də reabilitasiya olunmuş mədən  ərazilərində, xidmət göstərdiyimiz sahələrdə, o cümlədən inzibati binaların ətrafında yaz mövsümü ilə əlaqədar mövcud olan yaşıllıq zolaqlarına, əkilmiş müxtəlif növ ağac və bəzək kollarına aqrotexniki xidmətlər göstərilməsindən ibarətdir.
14.04.2021
Karantin günlərində (06 - 12 aprel 2021) Dezinfeksiya şöbəsinin əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.
07.04.2021
Karantin günlərində (29 mart – 05 aprel 2021) Dezinfeksiya şöbəsinin əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.
31.03.2021
Tarix sübut edir ki, ermənilər Azərbaycan və Türkiyə ərazisində işğalçılıq niyyətlərini həyata keçirmək və tarixi torpaqlarımız hesabına “Böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün ardıcıl olaraq hərbi və ideoloji vasitələrdən yararlanmış, xalqımıza qarşı dəhşətli soyqırımı cinayətləri həyata keçirmişdir.
31.03.2021
Karantin günlərində (15 mart – 19 mart 2021) Dezinfeksiya şöbəsinin əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.
20.03.2021
Öz gəlişi ilə yeni həyat gətirən, qəlbləri sevindirən, ətrafı gözəlləşdirən, təbiəti oyadan, bayramların ən sevimlisi olan Novruz bayramı respublikamızın hər yerində xalqımız tərəfindən böyük təntənə ilə qarşılanır.
19.03.2021
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun işğalçı Ermənistana qarşı apardığı,  “Dəmir yumruq”  əks-həmlə  hərbi əməliyyatlarında  - Vətən Müharibəsində   “Ekol Mühəndislik Xidmətləri” QSC-nin müxtəlif strukturlarda çalışan 4 əməkdaşı iştirak etmişdir.
18.03.2021
Karantin günlərində (05 mart – 13 mart 2021) Dezinfeksiya şöbəsinin əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.
15.03.2021
Karantin günlərində (23 fevral – 04 mart 2021) Dezinfeksiya şöbəsinin əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.
12.03.2021
QSC-də TS EN İSO 9001 “Keyfiyyəti idarəetmə sisteminin”, TS EN İSO 14001 “Ətraf mühitin mühafizəsi” və TS İSO 18001 OHSAS “Əməyin mühafizəsi və təhlükəsizliyi” idarəetmə sisteminin müvafiq maddələrinin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə, QSC-nin Baş direktorunun təsdiq etdiyi qrafikə əsasən 23.02.2021-ci il tarixindən  daxili auditin keçirilməsinə başlanılmışdır. Daxili audit 03 saylı İdarəetmənin Mövcud Prosedurları “Audit proseduru”nun tələblərinə uyğun keçirilir. 
11.03.2021
“Ekol Engineering Services” CJSC fulfills its contractual obligations with "client" organizations properly with its powerful material technical supply and professional staff. Transport section of CJSC is closely involved in the implementation of environmental projects at the service areas of CJSC with the help of its special equipments and transport vehicles.    
11.03.2021
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin  Nəqliyyat sexinin işçiləri üzərlərinə düşən işləri vaxtında və keyfiyyətlə yerinə yetirərək uğurla həyata keçirirlər. Sexin istifadəsində olan minik və yük avtomobilləri eləcə də xüsusi təyinatlı texnikalar  vasitəsilə QSC-nin həyata keçirdiyi ekoloji yönümlü layihələrin icrasında yaxından iştirak edərək öz layiqli töhvələrini verirlər.
08.03.2021
8 Mart - Beynəlxalq Qadınlar Gününün  bayram edilməsi 1910-cu ildə Kopenhagendə sosialist qadınların 2-ci Beynəlxalq Konfransında qərara alınmışdır. Artıq  bir əsrdən artıqdır ki, bütün  dünya ölkələri  8 Mart - Beynəlxalq Qadınlar Gününü  sülh uğrunda mübarizədə həmrəylik günü kimi qeyd edirlər.
05.03.2021
22 fevral 2021-ci il tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin “Eko Park” İnnovasiya Mərkəzində “Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü” təşkilatı (Caspian Environmental Protection İnitiative CEPİ) gənc nəslə ətraf mühitin mühafizəsi istiqamətində müasir təcrübələrin aşılanması məqsədilə Azərbaycan və Qazaxıstan Respublikalarının qabaqcıl ali təhsil müəssisələrinin 250 nəfərə yaxın müəllim və tələbə heyəti ilə onlayn görüş keçirilmişdir.
01.03.2021
Beynəlxalq  Mülki Müdafiə Təşkilatının  Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən, hər il 1 mart bu təşkilata üzv olan bütün ölkələrdə “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd olunur. Hazırda Beynəlxalq Mülki Müdafiə Təşkilatına dünyanın 100-dən çox ölkəsi daxildir. Bu təşkilatın əsas məqsədi dünya əhalisinin mühafizəsi sahəsindəki təcrübəni ümumiləşdirib yayılması, Mülki Müdafiə kadrlarının hazırlanması və təkmilləşdirilməsi, habelə təbii fəlakətlər və iri qəzalar zamanı dövlətlərarası qarşılıqlı yardımın təşkil edilməsindən ibarətdir. Azərbaycan Respublikası 1993-cü ildən bu nüfuzlu humanitar təşkilatın üzvlüyünə qəbul edilmiş və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir.
26.02.2021
Ötən əsrin ən ağır faciəsi olan Xocalı soyqırımı Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli səhifəsidir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərini yer üzündən silmiş erməni təcavüzkarları 613 dinc sakini, o cümlədən 106 qadını, 63 uşağı və 70 ahıl insanı amansızlıqla, 56 nəfəri xüsusi qəddarlıq və işgəncə ilə qətlə yetirmişlər. 1275 nəfərin əsir götürülməsi ilə nəticələnən azğın erməni hərbçilərinin amansız insan "ovu" 150 günahsız insanın itkin düşməsi, 76-sı azyaşlı uşaq olmaqla 487 nəfərin ömürlük şikəst olması ilə nəticələndi. Amansız qətllərlə dünya tarixində silinməz iz buraxan Xocalı soyqırımı əslində, erməni təcavüzkarlarının yalnız Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı ən ağır cinayətin və qəddarlığın təcəssümü kimi qiymətləndirilmişdir.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | [15] | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.