ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

03.03.2020
Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən, hər il 1 mart bu təşkilata üzv olan bütün ölkələrdə “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd olunur. Hazırda Beynəlxalq Mülki Müdafiə Təşkilatına dünyanın 100-dən çox ölkəsi daxildir. Bu təşkilatın əsas məqsədi dünya əhalisinin mühafizəsi sahəsindəki təcrübəni ümumiləşdirib yayılması, Mülki Müdafiə kadrlarının hazırlanması və təkmilləşdirilməsi, habelə təbii fəlakətlər və iri qəzalar zamanı dövlətlərarası qarşılıqlı yardımın təşkil edilməsindən ibarətdir. Azərbaycan Respublikası 1993-cü ildən bu nüfuzlu humanitar təşkilatın üzvlüyünə qəbul edilmiş və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir.
26.02.2020
Ötən əsrin ən ağır faciəsi olan Xocalı soyqırımı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli səhifəsidir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərini yer üzündən silmiş erməni təcavüzkarları 613 dinc sakini, o cümlədən 106 qadını, 63 uşağı və 70 ahıl insanı amansızlıqla, 56 nəfəri xüsusi qəddarlıq və işgəncə ilə qətlə yetirmişlər. 1275 nəfərin əsr götürülməsi ilə nəticələnən azğın erməni hərbçilərinin amansız insan "ovu" 150 günahsız insanın itkin düşməsi, 76-sı azyaşlı uşaq olmaqla 487 nəfərin ömürlük şikəst olması ilə nəticələndi. Amansız qətllərlə dünya tarixində silinməz iz buraxan Xocalı soyqırımı əslində, erməni təcavüzkarlarının yalnız Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı ən ağır cinayətin və qəddarlığın təcəssümü kimi qiymətləndirmişdir.
25.02.2020
Respublikamızın ayrı-ayrı  ali təhsil müəssisələrində təhsil alan tələbələrin ixtisaslarına uyğun olaraq biliklərinin, istehsalat təcrübələrinin artırılaraq onların bacarıqlı bir mütəxəssis kimi formalaşması üçün “Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət sahələrində istehsalat təcrübələri təşkil olunur.
25.02.2020
24.02.2020-ci il tarixində “Olimpik Star” İdman Kompleksində 2019-2020-ci ilin futzal üzrə Azərbaycan çempionatının 16-cı turun növbəti oyunları keçirilmişdir. 
21.02.2020
20.02.20-ci il tarixində “Olimpik Star” İdman Kompleksində 15-ci turun oyunları keçirilmişdir. “Baku Fire” futzalçıları ilə qarşılaşan “Ekol” FK 7:2 hesabı ilə qələbə qazanmışdır. 
19.02.2020
QSC-də TS EN İSO 9001 “Keyfiyyəti idarəetmə sisteminin”, TS EN İSO 14001 “Ətraf mühitin mühafizəsi” və TS İSO 18001 OHSAS “Əməyin mühafizəsi və təhlükəsizliyi” idarəetmə sisteminin müvafiq maddələrinin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə, QSC-nin Baş direktorunun təsdiq etdiyi qrafikə əsasən 11.02.2020-ci il tarixindən  daxili auditin keçirilməsinə başlanılmışdır. Daxili audit 03 saylı İdarəetmənin Mövcud Prosedurları “Audit proseduru”nun tələblərinə uyğun keçirilir. 
18.02.2020
16.02.2020-ci il tarixində Bakı “Olimpik Star” İdman Kompleksində futzal üzrə Azərbaycan Kubokunun 1/16 final mərhələsinin cavab oyunlarına yekun vurulmuşdur. Futzal üzrə Azərbaycan Kubokunun son sahibi “Ekol” FK “NTD” futzalçıları ilə qarşılaşmışlar. Birinci qarşılaşmanın nəticəsinə görə futzalçılarımız 5 top fərqli qələbə qazanmalı idilər. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada 5:1 hesabı ilə qələbə qazanan “Ekol” FK 1/8 finala vəsiqə qazandı.
30.01.2020
Futzal üzrə Azərbaycan çempionatında yaranmış fasilədən səmərəli istifadə edən “Ekol” MFK çempionata ciddi hazırlaşır. Bu məqsədlə komandamız mütəmadi olaraq təlim-məşq toplanışlarında iştirak edir. Komanda heyətinin fiziki və taktiki hazırlığının artırılması üçün bütün zəruri tədbirləri həyata keçirir.
21.01.2020
Bu gün 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı törədilən qanlı yanvar faciəsinin 30-cu ildönümü xalqımız tərəfindən dərin hüznlə yad edilir. 1990-cı ilin yanvarın 20-də keçmiş sovet imperiyasının hərb texnikaları Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi vandalizm aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.
10.01.2020
SOCAR-ın fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair təsdiq olunmuş tədbirlər planı çərçivəsində "Ekol Mühəndislik Xidmətləri" QSC-nin həyata keçirdiyi layihələrdən biri də, SOCAR-ın “Azneft” İB-nin NQÇİ-lərinin reabilitasiya olunmuş mədən və Qaz Emalı Zavodunun ərazilərində yaşıllıqlara yüksək səviyyədə aqrotexniki xidmətlərin göstərilməsi layihəsidir.
30.12.2019
Dekabrın  30-da  QSC-nin baş ofisində Dünya  Azərbaycanlılarının  Həmrəylik  Günü və Yeni il bayramı münasibətilə   tədbir keçirilmişdir. Tədbirdə giriş sözü ilə QSC-nin baş direktoru Ramil Əliyev çıxış edərək  kollektivin bütün üzvlərini  bu əlamətdar günlər  münasibəti ilə  təbrik etmiş, onlara can sağlığı, ailə səadəti və işlərində müvəffəqiyyətlər arzulamışdır.
16.12.2019
11 dekabr 2019-cu il tarixində Bakı İdman Sarayında Futzal üzrə Azərbaycan Çempionatının 12-ci turunun oyunları keçirilmişdir. 
12.12.2019
12 dekabr Ümummilli Lider Heydər Əliyevin əbədiyyətə qovuşduğu bir tarix kimi Azərbaycan xalqının yaddaşında dərin və silinməz iz buraxıb. Hər il, 12 dekabrda xalqımız bu dahi insanın əziz xatirəsini böyük ehtiramla yad edir, təntənəli anım mərasimləri keçirirlər.
11.12.2019
İşçi personalın sağlamlığının qorunması, texniki təhlükəsizliyinin təmin edilməsi,  iş şəraitlərinin yaxşılaşdırılması və onların  sosial problemlərinin həlli "Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyətinin əsas prioritet istiqamətlərindən biridir. Bu sahədə ardıcıl məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında  işçilərin sağlamlığının qorunması və peşə xəstəliklərinin qarşısının vaxtında alınması məqsədilə, müəssisənin maliyyə vəsaiti hesabına  işçi personalının ildə bir dəfə tibbi müayinədən keçirilməsinə  xüsusi önəm verilir.
06.12.2019
Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadı, dəyərli mütəfəkkir, bəşəri duyğuların tərənnümçüsü İmadəddin Nəsiminin yaradıcılığı çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir.
04.12.2019
2 dekabr 2019-cu il tarixində Yüksək liqada Futzal üzrə Azərbaycan Çempionatının 10-cu turunun oyunları keçirilmişdir. 
29.11.2019
28 oktyabr 2019-cu il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatasının, (AHK Azərbaycan) Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) Exper TS proqramının dəstəyi ilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin nümayəndələri Bakı şəhərində yerləşən Winter Park Plazada təşkil edilmiş təlimçi və maarifləndiricilər üçün “Ətraf Mühitin Strateji İdarə Edilməsi” təlimində iştirak etmişlər.
29.11.2019
Futzal üzrə Azərbaycan çempionatının 9-cu turunda “Ekol” FK ilə “Xızı”  FK qarşılaşmışlar.
14.11.2019
13.11.2019-cu il tarixində Bakı İdman Sarayında “Ekol” FK ilə “Bakı” TFK futzalçıları arasında 7-ci turun oyunu keçirilmişdir. 
14.11.2019
2019-cu il noyabr ayının 4-8 tarixində Almaniyanın Düsseldorf şəhərində Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə A+A sərgisi keçirilmişdir. Ən yüksək səviyyəli rəhbər və mütəxəssisləri bir araya gətirən bu sərgiyə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin nümayəndələri də dəvət almışlar.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | [20] | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.