ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

08.11.2019
Futzal üzrə Azərbaycan çempionatının 6-cı turunda “Baku Fire” FK ilə “Ekol”  FK qarşılaşmışlar.
04.11.2019
31.10.2019-cu il tarixində futzal üzrə Azərbaycan çempionatının V turunda Olimpik Star İdman Kompleksində “Ekol” futzalçıları “Record club” ilə qarşılaşmışlar. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada “Ekol” FK 4:3 hesabı ilə inamlı qələbə qazanmışdır.
29.10.2019
“Ekol Mühəndislik Xidmətləri” QSC-də hər il olduğu kimi, bu il də qış mövsümünə yüksək səviyyədə hazırlıq işləri gedir. 2019-2020-ci il qış mövsümündə QSC-nin istehsalat sahələrinin fasiləsiz fəaliyyətini, obyektlərin və inzibati binaların qışa hazırlığını, işçilərin iş şəraitinin yaxşılaşdırılmasını təmin etmək məqsədi ilə, müvafiq “Tədbirlər Planı” təsdiq edilmiş və operativ olaraq icrasına başlanmışdır. 
18.10.2019
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktorunun 1 oktyabr 2019-cu il tarixli, 02/S saylı Sərəncamı ilə təsdiq edilmiş qrafikə uyğun olaraq, xidmət göstərilən Ekologiya İdarəsinin Tullantıların İdarə Edilməsi Mərkəzində çalışan mühəndis-texniki və işçi heyətinin “Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə təlimatlandırılması, öyrədilməsi və biliklərinin yoxlanılması qaydaları haqqında” təlimata əsasən oktyabrın 15-dən biliklərinin yoxlanılmasına başlanmışdır.
14.10.2019
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin  bütün istehsalat sahələrində Ekoloji Monitorinq Departamentinin  və Texniki Təhlükəsizlik şöbəsinin əməkdaşları tərəfindən “Qaz təhlükəli işlərin aparılması və tapşırıq icazələrin verilməsi qaydaları” və “İSO 14001-2015 Ətraf Mühitin İdarəetmə Standartının tələbinə uyğun ekoloji aspekt və ekoloji risk” mövzusunda maarifləndirici məşğələlər  keçirilmişdir.
11.10.2019
11.10.2019-cu il tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində YAP “Ekol” ərazi ilk partiya təşkilatı idarə heyəti və üzvlərinin, YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət xanım Vəliyevanın, YAP Nizami rayon təşkilatı aparatının rəhbəri Ramil Vəlibəyovun iştirakı ilə 18 oktyabr Dövlət Müstəqillik Gününə həsr olunmuş “Ekol” ərazi ilk partiya təşkilatının geniş tədbiri keçirilmişdir. 
08.10.2019
04 oktyabr 2019-cu il tarixdə Olimpik Star İdman Sarayında Futzal üzrə Azərbaycan Çempionatının IV turun oyunları keçirilmişdir. Yasamal İSK futzalçıları ilə qarşılaşan “Ekol” futzalçıları 5-9 hesabı ilə qalib gəlmişlər.
07.10.2019
İşçi personalın sağlamlığının qorunması, texniki təhlükəsizliyinin təmin edilməsi,  iş şəraitlərinin yaxşılaşdırılması və onların  sosial problemlərinin həlli "Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyətinin əsas prioritet istiqamətlərindən biridir. Bu sahədə ardıcıl məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında  işçilərin sağlamlığının qorunması və peşə xəstəliklərinin qarşısının vaxtında alınması məqsədilə, müəssisənin maliyyə vəsaiti hesabına  işçi personalının ildə bir dəfə tibbi müayinədən keçirilməsinə  xüsusi önəm verilir.
01.10.2019
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Tullantıların Emalı Departamenti (TED) sənaye-çirkab, axıntı sularının təmizlənməsi, həmçinin neftşlamın emalı və zərərsizləşdirilməsi proseslərini mexaniki və avtomatlaşdırılmış modul  qurğular və mexanizmlər vasitəsi ilə həyata keçirir.  Odur ki, istismarda olan bu mexanizm  və qurğuların fasiləsiz iş rejiminin təmin edilməsi üçün təmir və  texniki  nəzarət işlərinin vaxtlı-vaxtında yerinə yetirilməsi xüsusi  əhəmiyyət kəsb edir. Bu məqsədlə, QSC-nin aparıcı struktur bölmələrindən olan  Elektromexanika sexinin kollektivi  növbəli iş rejimində çalışaraq  yüksək  peşəkarlıqla  xidmət sahələrinə texniki nəzarət və təmir xidmətləri göstərirlər. 
27.09.2019
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin göstərdiyi  xidmətlərin keyfiyyətinin daha da artırılması, sahələrin abadlaşdırılması, eləcə də  işçilərin iş şəraitinin yaxşılaşdırılması  məqsədilə inzibati,  məişət və yardımçı binalarda, həmçinin xidmət sahələrində mütəmadi olaraq təmir və abadlıq işləri aparılır.  Bu işlərin yerinə yetirilməsində  QSC-nin İnzibati Təsərrüfat Şöbəsinin  (İTŞ) kollektivi də xüsusi fəallıq göstərir. 
20.09.2019
Azərbaycan xalqının  ümummilli lideri Heydər Əliyevin gərgin səyi  nəticəsində, 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 11 transmilli şirkətlərinin iştirakı ilə şanlı tariximizə “Əsrin müqaviləsi” adı ilə düşmüş qlobal neft müqaviləsinin imzalanması müstəqil Respublikamızın  ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu.
18.09.2019
16.09.2019-cu il tarixində futzal üzrə Azərbaycan çempionatının II turunda Olimpik Star İdman Kompleksində “Ekol” futzalçıları “Marafon” FK ilə qarşılaşmışlar. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada “Ekol” FK 4:1 hesabı ilə inamlı qələbə qazanmışdır.
17.09.2019
Sentyabrın 17-də Bakının Qaradağ rayonunda yerləşən SOCAR-ın Tullantıların İdarə Edilməsi Mərkəzində (TİEM) SOCAR, BP və BMT-nin İnkişaf Proqramının yeni birgə layihəsinə start verildi.Layihəyə əsasən, uzun illərdir sənaye zonası olan, neft sənaye mərkəzi kimi formalaşmış ərazinin ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə 25 hektar ərazidə yeni meşə massivi salınacaq. Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qəri Counz, BMT İnkişaf Proqramının Azərbaycan ofisinin rəhbəri Alessandro Frakassetti və layihə rəhbəri Rəfiqə Hüseynzadə iştirak etmişlər.
13.09.2019
Futzal üzrə 2019-2020-ci ildə keçiriləcək Azərbaycan çempionatına start verilmişdir. “Ekol” MFK 11.09.2019-cu ildə Bakı İdman Sarayında keçirilmiş ilk oyunda “Premier” (Quba) komandası ilə qarşılaşmışdır. Gərgin mübarizə şəraitində keçən oyun 3:7 hesabı ilə komandamızın xeyrinə başa çatmışdır.
11.09.2019
2019-cu il ərzində Tullantıların İdarə Edilməsi Mərkəzində, Ekoloji Monitorinq Departamentində çalışan mühəndis-texniki işçiləri “Ekol Mühəndislik Xidmətləri” QSC-nin SOCAR-ın Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi ilə bağladığı müqaviləyə əsasən təşkil edilmiş təlimatlandırma kurslarında iştirak etmişlər.
09.09.2019
Tullantıların emalı və zərərsizləşdirilməsi sahəsində nanotexnologiyaların tətbiq edilməsi və texnoloji proseslərin ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi məqsədilə, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin mütəxəssisləri tərəfindən əməliyyat sahələrində fəaliyyət göstərən qurğularda mütəmadi olaraq zəruri təmir işləri həyata keçirilir.
05.09.2019
“Ekol Mühəndislik Xidmətləri” QSC-də çalışan işçilərin və ailə üzvlərinin sosial müdafiəsi, sağlamlıqlarının qorunması və istirahətlərinin təşkili daim rəhbərliyin və Həmkarlar İttifaqı Komitəsinin diqqətində olan önəmli məsələlərdən biridir. Bütün bunlar əmək “Kollektiv müqavilə”də öz əksini tapmış və müqavilə şərtlərinə uyğun olaraq məqsədli tədbirlər həyata keçirilmişdir.
03.09.2019
SOCAR-ın fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair təsdiq olunmuş tədbirlər planı çərçivəsində "Ekol Mühəndislik Xidmətləri" QSC-nin həyata keçirdiyi layihələrdən biri də, “Azneft” İB NQÇİ-lərin reabilitasiya olunmuş mədən ərazilərində yaşıllıqlara yüksək səviyyədə aqrotexniki xidmətlərin göstərilməsi layihəsidir.
29.08.2019
Respublikamızın ayrı-ayrı  ali təhsil müəssisələrində təhsil alan tələbələrin ixtisaslarına uyğun olaraq biliklərinin, istehsalat təcrübələrinin artırılaraq onların bacarıqlı bir mütəxəssis kimi formalaşması üçün “Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət sahələrində istehsalat təcrübələri təşkil olunur.
27.08.2019
Futzal üzrə Azərbaycan çempionatında yaranmış fasilədən səmərəli istifadə edən “Ekol” MFK çempionata ciddi hazırlaşır. Bu məqsədlə komandamız mütəmadi olaraq təlim-məşq toplantılarında iştirak edir, komanda heyətinin fiziki və taktiki hazırlığının artırılması üçün bütün zəruri tədbirləri həyata keçirir.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | [21] | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.