ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

12.02.2019
Tullantıların Emalı Departamentinin bütün istehsalat sahələrində (H.Əliyev adına NEZ-nun 9-cu sahəsi) texnoloji proseslərin təhlükəsizliyinin təmin edilməsi, təmizləyici və emal qurğularının fasiləsiz iş rejimində işləməsi üçün vaxtlı-vaxtında profilaktiki, cari təmir işləri yerinə yetirilir. Bunları nəzərə alaraq 4 saylı istehsalat sahəsində bir sıra işlər həyata keçirilmişdir, belə ki, həmin sahədə 1-ci mexaniki təmizləmə sisteminin nasosxanasında 2 saylı mərkəzdənqaçma nasosu əsaslı təmir edilərək, boru xətləri yenilənmiş, yoxlamadan keçirilərək istismara buraxılmışdır.
05.02.2019
Güclü maddi texniki bazaya və peşəkar kadr potensialına malik olan “Ekol Mühəndislik Xidmətləri” QSC 2018-ci ildə “Sifarişçi” təşkilatlarla olan müqavilə öhdəliklərini layiqincə yerinə yetirmişdir.
24.01.2019
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin  Nəqliyyat sexinin işçiləri üzərlərinə düşən vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirərək uğurla həyata keçirirlər. Sexin istifadəsində olan minik və yük avtomobilləri eləcə də xüsusi təyinatlı texnikalar  vasitəsilə QSC-nin həyata keçirdiyi ekoloji yönümlü layihələrin icrasında yaxından iştirak edərək öz layiqli töhvələrini vermişdir.
21.01.2019
Bu gün 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı törədilən qanlı yanvar faciəsinin 29-cu ildönümü xalqımız tərəfindən dərin hüznlə yad edilir. 1990-cı ilin yanvarın 20-də keçmiş sovet imperiyasının hərb texnikaları Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi vandalizm aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.
16.01.2019
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Ekoloji Monitorinq Departamenti (EMD) fəaliyyətini təsdiq olunmuş iş planına uyğun olaraq davam etdirmiş, "Sifarişçi" təşkilatların istehsalat sahələrində ekoloji monitorinq işlərini yerinə yetirmiş, ekoloji normativ-texniki sənədlər işləyib hazırlamış, laboratoriya xidmətləri göstərmiş və digər xidmətləri həyata keçirmişdir.
04.01.2019
“Ekol Mühəndislik Xidmətləri” QSC-də sənaye çirkab sularının təmizlənməsinin, neftşlamın emalı və zərərsizləşdirilməsinin, eləcə də parafinin təmizlənməsinin kəmiyyət və keyfiyyət göstəriciləri  istifadə etdiyi mexaniki və avtomatlaşdırılmış qurğuların, mexanizmlərin fasiləsiz və saz vəziyyətdə işləməsindən xeyli dərəcədə asılıdır. Bununla əlaqədar olaraq, QSC-nin istehsalat sahələrində istismarda olan qurğu və mexanizmlərin fasiləsiz iş rejiminin təmin olunması üçün Elektromexanika sexinin kollektivi  təmir, texniki nəzarət və profilaktika işlərinin vaxtlı-vaxtında yerinə yetirilməsini  peşəkarlıqla həyata keçirirlər.
27.12.2018
SOCAR-ın fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair təsdiq olunmuş tədbirlər planı çərçivəsində "Ekol Mühəndislik Xidmətləri" QSC-nin həyata keçirdiyi layihələrdən biri də, SOCAR-ın “Azneft” İB-nin NQÇİ-lərinin və Qaz Emalı Zavodunun reabilitasiya olunmuş mədən ərazilərində yaşıllıqlara yüksək səviyyədə aqrotexniki xidmətlərin göstərilməsi layihəsidir.
20.12.2018
19.12.2018-ci il tarixində futzal üzrə yüksək liqada 2-ci dövrənin son oyunları keçirildi. 14-cü tura liderlərin “Ekol” FK və “Araz” dueli ilə Bakı Olimpik Starda start verildi. Bu oyuna qədər “Araz” “Ekol”u cəmi bir xalla qabaqlayırdı. Oyuna marağı artıran məqam da bu idi. 
20.12.2018
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin  Tullantıların  Emalı  Departamentinin (TED) 3-cü, 4-cü, 5-ci və 6-cı  sahələri (Heydər Əliyev adına   NEZ-nun 9-cu sahənin ərazisi) demək olar ki, qışa tam hazırdır. Qış mövsümündə  hava şəraitindən asılı olmayaraq  tullantıların keyfiyyətlə  idarə edilməsi, texnoloji proseslərin fasiləsizliyinin təmin olunması və  baş verə biləcək qəzaların qarşısının alınması üçün TED-də “qışa hazırlıq tədbirlər planı” çərçivəsində   profilaktiki təmir və  sazlama işləri yüksək templə davam etdirilir. 
14.12.2018
13.12.2018-ci il tarixində Azərbaycan futzal üzrə çempionatında 13-cü turun oyunları keçirilmişdir. Turun mərkəzi oyununda “Neftçi” İK və “Ekol” FK qarşılaşması gözlənildiyi kimi çox maraqlı keçmişdir. Bakı İdman Sarayında baş tutan bu oyunda sözün əsl mənasında “Ekol” FK rəqibini “top atəşinə” tutmuş və 0:7 hesabı ilə qələbə qazanmışdır. Oyun zamanı ən maraqlı məqamlardan biri o idi ki, qollardan ikisini “Ekol”-un qapıçısı Emin Kürdov rəqib qapısından keçirmişdir. Beləliklə “Ekol” FK “Arazla” fərqi minimuma endirməklə ikinci pillədəki öz mövqeyini daha da möhkəmlətmişdir.
12.12.2018
12 dekabr Ümummilli Lider Heydər Əliyevin əbədiyyətə qovuşduğu bir tarix kimi Azərbaycan xalqının yaddaşında dərin və silinməz iz buraxıb. Hər il, 12 dekabrda xalqımız bu dahi insanın əziz xatirəsini böyük ehtiramla yad edir, təntənəli anım mərasimləri keçirirlər.
10.12.2018
Futzal üzrə Azərbaycan çempionatının 12-ci turunda “Ekol” FK ilə “Liman” FK qarşılaşmışlar.
04.12.2018
“Ekol Mühəndislik  Xidmətləri” QSC-də çalışan rəhbər, mütəxəssis və qulluqçuların bilik səviyyələrinin  yoxlanılması və ixtisasına müvafiq olaraq onların tutduqları vəzifələrə uyğunluğunun aşkara çıxarılması məqsədilə, QSC-nin Baş direktorunun 01 noyabr 2018-ci il tarixli 434 saylı əmrinə əsasən 03.12.2018-ci il tarixindən rəhbər, mütəxəssis və qulluqçuların attestasiyasının keçirilməsinə  başlanmışdır.
01.12.2018
Futzal üzrə Azərbaycan çempionatının 11-ci turunda “Yasamal” İSK ilə “Ekol” FK qarşılaşmışlar.
23.11.2018
İşçi personalın sağlamlığının qorunması, texniki təhlükəsizliyinin təmin edilməsi,  iş şəraitlərinin yaxşılaşdırılması və onların  sosial problemlərinin həlli "Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyətinin əsas prioritet istiqamətlərindən biridir. Bu sahədə ardıcıl məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında  işçilərin sağlamlığının qorunması və peşə xəstəliklərinin qarşısının vaxtında alınması məqsədilə, müəssisənin maliyyə vəsaiti hesabına  işçi personalının ildə bir dəfə tibbi müayinədən keçirilməsinə  xüsusi önəm verilir.
21.11.2018
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktorunun 16 oktyabr 2018-ci il tarixli, 02/S saylı Sərəncamı ilə təsdiq edilmiş qrafikə uyğun olaraq, QSC-də çalışan mühəndis-texniki işçilər “Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə təlimatlandırılması, öyrədilməsi və biliklərinin yoxlanılması qaydaları haqqında” təlimata əsasən noyabrın 20-dən biliklərinin yoxlanılması üzrə imtahana başlanmışdır.
20.11.2018
Futzal üzrə Azərbaycan çempionatının 9-cu turunda “Ekol” FK ilə “Yasamal”  FK qarşılaşmışlar.
16.11.2018
16.11.2018-ci il tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində YAP “Ekol” ərazi ilk partiya təşkilatı idarə heyəti və üzvlərinin, YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət xanım Vəliyevanın, YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyovun iştirakı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 26 illiyinə həsr olunmuş geniş tədbir keçirilmişdir.
05.11.2018
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş ofisində və bütün istehsalat sahələrində Ekoloji Monitorinq Departamentinin  və Texniki Təhlükəsizlik şöbəsinin əməkdaşları tərəfindən “İSO 14001-2015 standartının yeni versiyası” və “Yanğın zamanı davranış qaydaları və ilkin yanğın söndürmə vasitələrindən istifadə” mövzusunda maarifləndirici məşğələlər  keçirilmişdir.
24.10.2018
SOCAR  neft  sənayesi  sahələrində  ekoloji  vəziyyətin  yaxşılaşdırılmasına dair  tədbirlər  planına    əsasən  “Azneft” İB  NQÇİ-nin  mədən  ərazilərində  neftlə çirklənmiş  torpaqların  təmizlənməsi  layihələrinin  həyata  keçirilməsi  işlərini ardıcıl olaraq davam  etdirir.  Bu  istiqamətdə  əksər  layihələrin  icrası  “Ekol Mühəndislik Xidmətləri” QSC tərəfindən  yerinə  yetirilir.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | [24] | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.