ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

05.06.2018
5 iyun – “Ümumdünya Ətraf Mühit Günü”-nün qeyd olunmasına, 11 may 1971-ci ildə dünyanın 23 ölkəsinin 2200 elm və mədəniyyət xadiminin imzası ilə Birləşmiş Millətlər Təşkilatının Baş katibinə ünvanlanmış müraciət səbəb olmuşdur. Bu müraciətlə onlar bəşəriyyətə ətraf mühitin çirklənməsi barədə xəbərdarlıq vermişlər. Bununla əlaqədar olaraq 16 dekabr 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 27-ci sessiyasında bu günün qeyd olunması elan edilmişdir. Həmçinin bu sessiyada Birləşmiş Millətlər Təşkilatının sistemində yeni təşkilat – BMT Ətraf Mühit Proqramı (UNEP) yaradılmışdır. Hər il bu təşkilat tərəfindən 5 iyun - “Ümumdünya Ətraf Mühit Günü” kimi qeyd edilir.
05.06.2018
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin  Baş direktorunun 10 May 2018-ci il tarixli 01/S saylı sərəncamı ilə təsdiq edilmiş qrafikə uyğun olaraq, Cəmiyyətdə çalışan fəhlə və sürücülərin “Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə təlimatlandırılması, öyrədilməsi və biliklərinin yoxlanılması qaydaları haqqında” təlimata əsasən, iyun ayının 5-dən texniki təhlükəsizlik sahəsində biliklərinin yoxlanılması üzrə imtahan başlanmışdır.
30.05.2018
Bu il Xəzər regionunda enerji sektorunun ən böyük tədbiri - Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas” sərgi və konfransı özünün 25 illik yubileyini qeyd edir. 29 may - 1 iyun 2018-ci il tarixində Bakı Ekspo Mərkəzində keçirilən “Caspian Oil and Gas” sərgisində əsas neft-qaz layihələrinin müzakirəsi, həmçinin neft və qaz hasilatı, emalı, nəqliyyat, logistika və xidmət sahələrində qabaqcıl texnologiyaları nümayiş etdirmək üçün ən yüksək səviyyəli rəhbər və mütəxəssisləri bir araya gətirir.
25.05.2018
2018-ci il mayın 25-də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və 28 May - “Respublika günü” münasibətilə tədbir keçirilmişdir.
18.05.2018
Futzal üzrə Azərbaycan çempionatı sona çatdı. 15.05.2018-ci il tarixində sonuncu 28-ci turda “Ekol” FK “Yasamal” FK ilə Bakı İdman sarayında qarşılaşmışlar. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada “Ekol” FK 7:5 hesabı ilə qalib gələrək üçüncülüyü özünə təmin etmişdir.
14.05.2018
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin 2017 -ci il dekabrın 31-nə Beynəlxalq Maliyyə Hesabatı Standartlarına Uyğun Maliyyə Hesabatları və Müstəqil Auditorun Hesabatı
10.05.2018
Respublikamızın hər yerində xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü böyük təntənə ilə qeyd edilir və silsilə tədbirlər keçirilir. Azərbaycanın memarı və respublikamızın inkişafında misilsiz xidmətləri olan bu tarixi şəxsiyyətin ölməz ruhu dərin ehtiramla yad edilir.
10.05.2018
2018-ci il mayın 10-da QSC-nin baş ofisində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. 
08.05.2018
Futzal üzrə Azərbaycan çempionatının təxirə salınmış oyunları keçirilmişdir. 07.05.2018-ci ildə “Ekol” FK ilə “Marafon FK” Bakı İdman Sarayında qarşılaşmışlar. Gərgin idman mübarizə şəraitində keçən qarşılaşma 4:3 hesabı ilə “Ekol” FK xeyrinə başa çatmışdır. Gümüş mükafatın sahibi son turda məlum olacaq.
08.05.2018
2018-ci il may ayının 7-də QSC-də  rəhbərliyin və Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə  Ümummilli lider Heydər Əliyevin anadan olmasının  95-ci ildönümünə həsr olunmuş nərd turniri keçirilmişdir. Turnirə QSC-nin ayrı-ayrı istehsalat sahələrindən 30 nəfərdən çox nərd həvəskarı qatılmışlar.
30.04.2018
Aprelin 28-də “Ekol Mühəndislik Xidmətləri” QSC-də növbəti iməcilik keçirilmişdir. Kollektivin çoxsaylı nümayəndələrinin iştirakı ilə keçirilən iməcilik QSC-nin bütün istehsalat sahələrini əhatə etmişdir.
30.04.2018
Futzal üzrə Azərbaycan çempionatının 26-cı turunda “Ekol” FK ilə “Neftçi” FK qarşılaşmışlar.
27.04.2018
Aprelin 27-də “Ekol Mühəndislik Xidmətləri” QSC-də “Xüsusən həssas təbəqə-gənc işçilərdir” devizi altında “28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü” nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirə QSC-nin rəhbərliyi, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri, mühəndis və texniki işçilər qatılmışlar. QSC-nin Baş direktorunun SƏTƏM üzrə müavini Eldəniz Həsənli, Ekoloji Monitorinq Departamentinin rəis müavini Natella Şəfiyeva, Tullantıların Emalı Departamentinin rəisi Zeynal Babayev, Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Ələkbərov və Texniki təhlükəsizlik şöbəsinin rəisi Səbuhi Veysəlov tədbirdə çıxış etmişlər.
26.04.2018
Futzal üzrə 2018-ci ildə keçiriləcək Azərbaycan kuboku uğrunda yarışa 25.04.2018-ci ildə start verilmişdir.
18.04.2018
12.02.2018-ci il tarixindən 14.02.2018-ci il tarixi daxil olmaqla Tullantı Mərkəzinin mühəndisi (Texniki Təhlükəsizlik üzrə) “Ekol Mühəndislik Xidmətləri” QSC-nin SOCAR-ın Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi ilə bağladığı müqaviləyə əsasən Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə təlim mərkəzində kursda iştirak etmişdir.
10.04.2018
Aprelin 7-də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin bütün fəaliyyət sahələrində iməcilik keçirilmişdir. İməcilikdə rəhbərlik və kollektivin çoxsaylı nümayəndələri iştirak etmiş, tədbir “SOCAR”-ın Qaz Emalı Zavodunun ərazisində, QSC-nin  O.Vəliyev 1 ünvanında (Heydər Əliyev adına NEZ-nun 9-cu sahəsi) yerləşən istehsalat sahələrində, Tullantı Mərkəzində, “Azneft” İB-nin  “Abşeronneft”, “BibiHeybətneft”, H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazilərindəki yaşıllıq sahələrini əhatə etmişdir.
10.04.2018
Futzal üzrə Azərbaycan çempionatının yüksək liqa 4-cü dövrəsinin 2-ci turunda “Ekol” FK ilə “İtal dizayn” FK qarşılaşmışlar.
04.04.2018
Respublikamızın ayrı-ayrı  ali təhsil müəssisələrində təhsil alan tələbələrin ixtisaslarına uyğun olaraq təcrübi biliklərinin artırılması, istehsalat vərdişlərinin aşılanması və onların bacarıqlı bir mütəxəssis kimi formalaşması məqsədi ilə  ənənəvi olaraq  hər il neft-qaz sənayesi müəssisələrində, o cümlədən "Ekol Mühəndislik Xidmətləri" QSC-nin xidmət sahələrində istehsalat təcrübələri təşkil olunur.
30.03.2018
Martın 30-da QSC- də “31 Mart – Azərbaycanlıların soyqırımı günü” - nün  100 illiyinə həsr olunmuş anım mərasimi keçirilmişdir.
19.03.2018
Öz gəlişi ilə yeni həyat gətirən, qəlbləri sevindirən, ətrafı gözəlləşdirən, təbiəti oyadan, bayramların ən sevimlisi olan Novruz bayramı respublikamızın hər yerində böyük təntənə ilə qeyd olunur.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | [26] | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.