ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

24.08.2017
 QSC-də çalışan işçilərin və ailə üzvlərinin sosial müdafiəsi, sağlamlıqlarının qorunması və istirahətlərinin təşkili daim rəhbərliyin və Həmkarlar İttifaqı Komitəsinin diqqətində olan önəmli məsələlərdən biridir. Bütün bunlar kollektiv əmək müqaviləsində öz əksini tapmış və müqavilə şərtlərinə uyğun olaraq məqsədli tədbirlər həyata keçirilir.
21.08.2017
 Mövsümün ilk məşqlərinə Gənclik idman kompleksində start verilmişdir. 1 saatdan çox davam edən məşq zamanı fiziki yüklənmələr, meydan boyu qurulmuş maneələri dəf edərək qapıya zərbələr üzərində çalışmalar və bir neçə təkrarla baş tutan hərəkətlərlə məşqlər davam etdirilmişdir.
18.08.2017
     “Ekol Mühəndislik Xidmətləri” QSC-nin əsas fəaliyyət sahələrindən biri də (H.Əliyev adına NEZ-in 9-cu sahəsi) TED 6-cı sahəsində texnoloji proseslər nəticəsində formalaşan neftşlam və sənaye –çirkab sularının təmizlənməsidir.
17.08.2017
     “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  Nəqliyyat sexi 2017-ci ilin II rübündə üzərinə düşən vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirərək rübü uğurla başa vurmuşdur. Sexin istifadəsində olan minik və yük avtomobilləri eləcə də xüsusi təyinatlı texnikalar  vasitəsilə QSC-nin həyata keçirdiyi ekoloji layihələrin icrasında yaxından iştirak edərək öz layiqli töhvələrini vermişdir.
16.08.2017
      “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Elektromexanika sexi (H.Əliyev adına NEZ-nun 9-cu sahəsi) istehsalat sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər planı çərçivəsində, mütəmadi olaraq zəruri işlər görür.
15.08.2017
     SOCAR öz fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər çərçivəsində neftlə çirklənmiş torpaqların təmizlənməsinə və reabilitasiya olunmuş ərazilərin yaşıllaşdırılmasına xüsusi önəm verir və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir.
11.08.2017
     Respublikamızın ayrı-ayrı  ali təhsil müəssisələrində təhsil alan tələbələrin ixtisaslarına uyğun olaraq biliklərinin, istehsalat təcrübələrinin artlrılaraq onların bacarıqlı bir mütəxəssis kimi formalaşması üçün SOCAR-ın idarə və müəssisələrində, o cümlədən “Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət sahələrində istehsalat təcrübələri təşkil olunur.
09.08.2017
     2017-ci ilin I rübünü uğurlu nailiyyətlərlə başa vurmuş “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Tullantıların Emalı Departamenti (TED) II rübündə də müsbət nəticələr əldə etmişdir. Ötən rübdə olduğu kimi TED cari ilin II rübündə "Sifarişçi" təşkilatların müqavilə öhdəliklərini müvəffəqiyyətlə yerinə yetirmişdir.
07.08.2017
      "Ekol Mühəndislik Xidmətləri QSC-nin Ekoloji Monitorinq Departamenti (EMD) 2017-cı ilin II rübündə fəaliyyətini təsdiq olunmuş iş planına uyğun olaraq davam etdirmiş, "Sifarişçi"  təşkilatların istehsalat sahələrində ekoloji monitorinq işlərini yerinə yetirmiş, müvafiq ekoloji normativ-texniki sənədlər işləyib hazırlamış, laborator  xidmətlər və İnteqrə Edilmiş Menecment Sistemlərinin tələblərinə uyğun fəaliyyət göstərmişlər.
04.08.2017
     “Ekol Mühəndislik Xidmətləri” QSC-nin əsas istiqamətlərindən biri də (H.Əliyev adına NEZ-nun 9-cu sahəsi) çökdürücü göllərə yığılmış neftşlamın və sənaye-çirkab sularının mexaniki təmizləyici qurğular vasitəsi ilə təmizləməkdən ibarətdir.
24.07.2017
       Sənaye-çirkab sularının müasir üsullarla və qəbul edilmiş normalara uyğun təmizlənməsi üçün QSC-də mütəmadi olaraq zəruri tədbirlər həyata keçirilir.
17.07.2017
      05.06.2017-ci il tarixindən 09.06.2017-ci il tarixinədək Tullantı Mərkəzində çalışan mühəndislər “Ekol Mühəndislik Xidmətləri” QSC-nin SOCAR-ın Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi ilə bağladığı müqaviləyə əsasən Sumqayıt Təlim-Tədris mərkəzinin mütəxəssisləri tərəfindən təşkil edilmiş təlimatlandırma kurslarında iştirak etmişlər.
12.07.2017
      İyul ayının 11-də H.Əliyev adına NEZ-nun iclas zalında Azərbaycan Neft Emalı Sənayesinin korifeylərindən sayılan, ömrünün 70 ilindən çoxunu bu sahəyə həsr etmiş Kamil Əlisoltan oğlu Akimovun anadan olmasının 90 illiyi münasibəti ilə geniş tədbir keçirilmişdir. Tədbir iştirakçıları zavodun baş girişində Ümummilli lider H.Əliyevin büstü  önünə qızıl güllər qoymuş və xatirəsi ehtiramla yad edilmişdir. Daha sonra tədbir zavodun iclas zalında davam etdirilmişdir. Tədbirdə SOCAR rəhbərliyi, Kamil Akimovun həmkarları, tanınmış dövlət və elm xadimləri, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin, H.Əliyev adına NEZ-nun rəhbərliyin və kollektivin nümayəndələri, eləcə də ailə üzvləri iştirak etmişlər.
07.07.2017
      07 iyul 2017-ci il tarixində QSC-nin baş ofisində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Həmkarlar İttifaqı Komitəsinin (HİK) 5-ci hesabat seçki konfransı keçirilmişdir. Konfransda QSC-nin rəhbərliyi, departament, şöbə rəisləri və kollektivin nümayəndələri iştirak etmişlər. Konfrans öz işinə Azərbaycan Respublikasının himni ilə başladı.
07.07.2017
       QSC-nin Heydər Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisində yerləşən istehsalat sahələrinin inzibati və məişət binalarında iş şəraitinin yaxşılaşdırılması üçün quraşdırılmış mərkəzləşdirilmiş istilik və soyutma sistemində nasazlıqların aradan qaldırılması istiqamətində müvafiq təmir və yenidənqurma işləri aparılmışdır.
04.07.2017
      QSC-nin Tullantı Emalı Departamentinin (TED) 4 və 6-cı sahələrində (H.Əliyev adına NEZ-nun 9-cu sahəsinin ərazisi) tullantıların idarə edilməsi, texnoloji proseslərin fasiləsizliyinin təmin olunması, keyfiyyətin və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq zəruri tədbirlər həyata keçirir.
30.06.2017
      Xəbər verildiyi kimi, istehsalat zərurəti ilə əlaqədar olaraq Tullantı Mərkəzində “Vacu Dry” qurğusunda çalışan istehsalat prosesinin mexanikləşdirilməsi və avtomatlaşdırılması üzrə mühəndisləri və yükdaşıyanı 10.05.2017-ci il tarixindən 12.05.2017-ci il tarixədək “Ekol Mühəndislik Xidmətləri” QSC-nin SOCAR-ın Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi ilə bağladığı müqaviləyə əsasən Təlim-Tədris mərkəzinin mütəxəssisləri tərəfindən təşkil edilmiş təlimatlandırma kurslarında iştirak etmişlər.
23.06.2017
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra, Ramazan bayramı ölkəmizdə Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” qanuna əsasən dövlət səviyyəsində qeyd olunmağa başlanmışdır.
21.06.2017
      Əlverişli ekoloji mühitin yaradılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər keçirən “Ekol Mühəndislik Xidmətləri” QSC-nin həyata keçirdiyi layihələrdən biri də, reabilitasiya olunmuş mədən ərazilərində yay mövsümü ilə əlaqədar yaşıllıqların salınması, əkilmiş bəzək kolları və ağaclara aqrotexniki xidmətlərin göstərilməsidir.
12.06.2017
      07 iyun 2017-ci il tarixində əməkdaşlıq əlaqələri çərçivəsində Tullantı Mərkəzində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) və “Econ İndustries” şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə QSC-nin Baş direktorunun istehsalat üzrə müavini – Texniki direktor Məzahir Hüseynov, Tullantı Mərkəzinin rəisi Orxan Qəndilov, Ekologiya İdarəsinin baş mühəndisi Yaqub Ağasıyev və əlaqədar struktur rəhbərləri, eləcə də Avropa İttifaqı – Azərbaycan Biznes forumu çərçivəsində Azərbaycanda səfərdə olan “Econ İndustries” şirkətinin Kommersiya direktoru Joaçim Fisçer və Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru, İdarə heyətinin üzvü Tobias Baumann iştirak etmişlər.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | [30] | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.