ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

12.06.2017
       Xəbər verildiyi kimi, Tullantı Mərkəzində qazma şlam emal edən Almaniyanın  “Econ İndustries” şirkətinin istehsalı olan “Vacu Dry® 12,000” (A) qurğusunda çalışan mühəndislərin 27.04.2017-ci il tarixdən 03.05.2017-ci il tarixədək “Ekol Mühəndislik Xidmətləri” QSC-nin , SOCAR-ın Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi ilə bağladığı müqaviləyə əsasən Təlim-tədris mərkəzinin təşkil etdiyi kurslarda iştirak etmişlər.
08.06.2017
      İstehsalat zərurəti ilə əlaqədar olaraq, “Ekol Mühəndislik Xidmətləri” QSC işçilərinin SOCAR-ın Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi ilə bağlanmış müqaviləyə əsasən Sumqayıt Təlim-Tədris mərkəzinin mütəxəssisləri tərəfindən təşkil edilmiş təlimatlandırma kursuna göndərilmişlər.
06.06.2017
       5 iyun – “Ümumdünya Ətraf Mühit Günü”-nün qeyd olunmasına, 11 may 1971-ci ildə dünyanın 23 ölkəsinin 2200 elm və mədəniyyət xadiminin imzası ilə Birləşmiş Millətlər Təşkilatının Baş katibinə ünvanlanmış müraciət səbəb olmuşdur. Bu müraciətlə onlar bəşəriyyətə ətraf mühitin çirklənməsi barədə xəbərdarlıq vermişlər. Bununla əlaqədar olaraq 16 dekabr 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 27-ci sessiyasında bu günün qeyd olunması elan edilmişdir. Həmçinin bu sessiyada Birləşmiş Millətlər Təşkilatının sistemində yeni təşkilat – BMT Ətraf Mühit Proqramı (UNEP) yaradılmışdır. Hər il bu təşkilat tərəfindən 5 iyun - “Ümumdünya Ətraf Mühit Günü” kimi qeyd edilir.
06.06.2017
       “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  Baş direktorunun 10 May 2017-ci il tarixli 01/S saylı sərəncamı ilə təsdiq edilmiş qrafikə uyğun olaraq, Cəmiyyətdə çalışan fəhlə və sürücülərin “Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə təlimatlandırılması, öyrədilməsi və biliklərinin yoxlanılması qaydaları haqqında” təlimata əsasən, iyun ayının 5-dən texniki təhlükəsizlik sahəsində biliklərinin yoxlanılması üzrə imtahan başlanmışdır.
01.06.2017
      31 may-3 iyun 2017-ci il tarixində Bakı Ekspo Mərkəzində Xəzəryanı  regionun energetika sektorunda ən böyük tədbir – 24-cü Beynəlxalq Neft və Qaz “Caspian Oil & Gas 2017” sərgisi keçirilir. Regionda neft-qaz sənayesinin əsas tədbiri və tanınmış beynəlxalq platforma olan Xəzər Neft və Qaz “Caspian OİL & Gas” sərgisi hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin  təmin olunması məqsədi ilə ən yüksək səviyyəli rəhbər işçiləri öz meydançasında bir araya gətirir.
24.05.2017
      Öncədən xəbər verildiyi kimi, Tullantı Mərkəzində “Vacu Dry qurğularının istismar edilməsi” beynəlxalq standartı üzrə maarifləndirmə təlimləri keçirilmişdir.
22.05.2017
      Əlverişli ekoloji mühitin yaradılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər keçirən “Ekol Mühəndislik Xidmətləri” QSC-nin həyata keçirdiyi layihələrdən biri də, istehsalat sahələrində yerləşən inzibati binaların  və reabilitasiya olunmuş mədən ərazilərində yaşıllıqların salınması, aqrotexniki xidmətlərin göstərilməsidir. Xidmət sahələrində zərərli tullantıların təsir dərəcəsinin azaldılmasında mühüm rol oynayan yaşıllıqların salınması, bitkilərin mühafizəsi və inkişafı işləri günü-gündən genişləndirilir.
17.05.2017
12.05.2017-ci il tarixdə futzal üzrə Azərbaycan Çempionatına yekun vurulmuşdur.
17.05.2017
      "Ekol Mühəndislik Xidmətləri" QSC-nin xidmət sahələrində texnoloji proseslərin fasiləsizliyinin təmin edilməsi, qurğu və avadanlıqların daim işlək vəziyyətdə olması məqsədilə, Elektromexanika sexi əvvəlki illərdə olduğu kimi cari ilin müvafiq dövründə də məqsədyönlü fəaliyyət göstərmişdir.
15.05.2017
“Ekol Mühəndislik Xidmətləri” QSC-də İSO-9001, İSO-14001 və OHSAS-18001 Beynəlxalq İdarəetmə Sistemləri (BİS) standartlarının tələblərinə əməl olunması və standartlara uyğunluğun yoxlanması üzrə Türk Standartları İnstitutunun (TSE) auditorları tərəfindən 10.05.2017-ci il tarixdən başlayan audit, şəffaf və işgüzar şəraitdə keçmiş, 12.05.2017-ci il tarixində başa çatmışdır.
15.05.2017
İstehsalat zərurəti ilə əlaqədar olaraq, “Ekol Mühəndislik Xidmətləri” QSC işçilərinin SOCAR-ın Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi ilə bağlanmış müqaviləyə əsasən Təlim-tədris mərkəzinin mütəxəssisləri tərəfindən təşkil edilmiş kursa göndərilmişlər.
12.05.2017
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin 2016-cı ilin yekunlarına görə illik hesabatı
11.05.2017
      10 may 2017-ci il tarixində Türk Standartları İnstitutunun (TSİ) Azərbaycandakı təmsilçiləri tərəfindən QSC-də növbəti xarici auditin keçirilməsinə başlanmışdır. Cəmiyyətin baş ofisində keçirilən auditin açılış toplantısında rəhbərlik, departament və şöbə rəisləri, həmçinin TSİ-nun Azərbaycandakı təmsilçisi Səlim Çelebi, baş auditor Xatirə Salahova iştirak etmişlər. QSC-nin Baş direktoru Ramil Əliyev TSİ-nin təmsilçilərini səmimi salamlayaraq ötən dövr ərzindəki fəaliyyət barədə onlara ətraflı məlumat verdi. Daha sonra Ekoloji Monitorinq Departamentinin rəis müavini rəhbərliyin təmsilçisi Natella Şəfiyeva öz çıxışında ötən xarici audit nəticəsində verilmiş tövsiyyələrin aradan qaldırılması, daxili auditin müştəri tələbləri və məmnunluğu barəsində ətraflı məlumat verdi.
08.05.2017
      2017-ci il may ayının 4-də QSC-də  rəhbərliyin və Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə  ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş nərd turniri keçirilmişdir. Turnirə QSC-nin ayrı-ayrı istehsalat sahələrindən 30 nəfərdən çox nərd həvəskarı qatılmışlar.
10.05.2017
      Respublikamızın hər yerində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü böyük təntənə ilə qeyd edilir və silsilə tədbirlər keçirilir. Azərbaycanın memarı və respublikamızın inkişafında misilsiz xidmətləri olan bu tarixi şəxsiyyətin ölməz ruhu dərin ehtiramla yad edilir.
05.05.2017
      03.05.2017-ci il tarixində İnteqrə edilmiş Menecment Sistemləri və bu sistemlərə aid proseslərin səmərəliliyinin artırılması məqsədilə İSO 9001 (maddə 5.6) rəhbərliyin təhlili toplantı keçirilmişdir.
05.05.2017
       Üç il müddətində 95 ölkənin ekspertlərinin iştirakı ilə standartın müasir tələblərə uyğunlaşdırılması prosesi sona çatmışdır. İSO 9001:2008 versiyası tamamilə yeni versiya ilə əvəz edilmişdir.
04.05.2017
      “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Nəqliyyat sexi əvvəlki illərdə olduğu kimi 2017-ci ilin I rübü ərzində də üzərinə düşən vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirmişdir. Sexin istifadəsində olan minik və yük avtomobilləri eləcə də, xüsusi texnikaları vasitəsilə QSC-nin həyata keçirdiyi ekoloji layihələrin icrasında yaxından iştirak edərək öz layiqli tövhələrini vermişdir.
03.05.2017
2016-cı ili uğurlu nailiyyətlərlə başa vurmuş “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Tullantıların Emalı Departamenti (TED) 2017-ci ilin I rübündə də müsbət nəticələr əldə etmişdir. Ötən ildə olduğu kimi TED cari ilin I rübündə "Sifarişçi" təşkilatların müqavilə öhdəliklərini müvəffəqiyyətlə yerinə yetirmişdir.
04.05.2017
      QSC-nin Torpaqların Rekultivasiyası Departamentinin (TRD) ötən illərdə olduğu kimi 2017-ci ilin I rübündə  də SOCAR-ın  "Azneft" İB-nin NQÇİ-nin reabilitasiya olunmuş mədən ərazilərindəki yaşıllıq sahələrində bitkilərə aqrotexniki xidmətlərin göstərilməsi işlərini yüksək səviyyədə yerinə yetirilmişdir.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | [31] | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.