ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

01.03.2017
      Beynəlxalq  Mülki  Müdafiə Təşkilatının  təşəbbüsü ilə hər il bütün dünyada 1 mart - Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd olunur. Təşkilatın üzvü olan Azərbaycan  Respublikasında  hər  il  bu əlamətdar gün münasibəti ilə silsilə tədbirlər  keçirilir.
26.02.2017
      XX əsr Azərbaycan tarixinin ən dəhşətli faciəsi, həm də dinc əhaliyə, bütün insanlığa qarşı törədilən, xarakterinə və miqyasına görə ən dəhşətli ümumbəşəri bir faciə olan Xocalı soyqırımından 25 il ötür. Bu münasibətlə respublikamızın hər yerində, eləcə də xarici diaspor təşkilatlarında geniş miqyaslı tədbirlər keçirilir.
24.02.2017
      SOCAR-ın fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair təsdiq olunmuş tədbirlər planı çərçivəsində "Ekol Mühəndislik Xidmətləri" QSC-nin həyata keçirdiyi layihələrdən biri də, “Azneft” İB-nin “Abşeronneft” NQÇİ-nin reabilitasiya olunmuş mədən ərazilərində yaşıllıqlara yüksək səviyyədə aqrotexniki xidmətlərin göstərilməsi layihəsidir.
22.02.2017
17.02.2017-ci il tarixdə “Ekol” MFK futzal üzrə Azərbaycan Çempionatının 13-cü turunda “Xəmsə” komandası ilə  “ABU ARENA” İdman Kompleksində görüşmüş  və 10:2 hesabı ilə qələbə qazanmışdır.
09.02.2017
    02.02.2017- ci il tarixdə “Ekol” MFK  Futzal üzrə Azərbaycan Çempionatının 11-ci turunda “Olimpik” komandası ilə  ABU Arena İdman kompleksində görüşmüş və  21 : 3 hesabı ilə qələbə qazanmışdır.
09.02.2017
      Əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydalarına əməl olunması, insanların sağlamlığının qorunması və dövlət əmlakının  yanğından mühafizə edilməsi “Ekol Mühəndislik Xidmətləri” QSC-nin daim diqqətdə saxladığı əsas vəzifələrdən biridir. Bu məqsədlə QSC-nin istehsalat sahələrində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirilir.
07.02.2017
      "Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyət sahələrində istehsalatın fasiləsizliyinin və texniki təhlükəsizliyin təmin olunması, qurğu və avadanlıqların daimi saz vəziyyətdə işləməsi, eləcə də istehsalat sahələrinin müntəzəm olaraq elektrik enerjisi, su və qazla təmin edilməsi, nailiyyətlərin əldə olunması üçün əsas amillərdəndir. Bunu nəzərə alan QSC-nin Elektromexanika sexinin kollektivi əvvəlki rüblərdə olduğu kimi 2016-cı ilin  IV rübündə də vəzifə öhdəliklərinə layiqincə əməl edərək yüksək peşəkarlıq nümayiş etdirmişlər.
02.02.2017
      “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Nəqliyyat sexi əvvəlki illərdə olduğu kimi 2016-cı ilin IV rübü ərzində də üzərinə düşən vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirərək 2016-cı ili uğurla başa vurmuşdur. Sexin istifadəsində olan minik və yük avtomobilləri eləcə də, xüsusi texnikalar  vasitəsilə QSC-nin həyata keçirdiyi ekoloji layihələrin icrasında yaxından iştirak edib.
25.01.2017
      “Ekol Mühəndislik Xidmətləri” QSC-nin əsas fəaliyyəti sahələrindən biri də neft sənayesi sahələrində neftlə  çirklənmiş torpaqların təmizlənməsi, reabilitasiya olunmuş ərazilərdə yaşıllıqların salınması, bitkilərə aqrotexniki xidmətlərin  göstərilməsi və landşaftın bərpasından ibarət olmuşdur. Bu işlər əsasən Torpaqların  Rekultivasiyası  Departamenti (TRD)  tərəfindən həyata keçirilir.
20.01.2017
     Bu gün 1990-cı il, yanvarın 20-də Azərbaycan xalqına qarşı törədilən qanlı yanvar faciəsinin 27-ci ildönümü qədirbilən xalqımız tərəfindən dərin hüznlə yad edilir. 1990-cıl ilin yanvarın  20-də keçmiş sovet  imperiyasının hərb maşınının  Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi vandalizm aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.
18.01.2017
      “Ekol Mühəndislik Xidmətləri”  QSC-nin Tullantıların Emalı Departamenti (TED) 2016-cı ilin IV rübün təsdiq olunmuş iş planına uyğun olaraq davam etdirilmiş, “Sifarişçi” təşkilatların müqavilə öhdəliklərini müvəffəqiyyətlə yerinə yetirilmişdir.
17.01.2017
 "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Ekoloji Monitorinq Departamenti (EMD) 2016-cı ilin IV rübündə fəaliyyətini təsdiq etmiş iş planına uyğun olaraq davam etdirmiş, "Sifarişçi"  təşkilatların istehsalat sahələrində ekoloji monitorinq aparmış, ekoloji normativ-texniki sənədlər işləyib hazırlamış, laboratoriya xidmətləri göstərmiş və digər ekoloji xidmətləri həyata keçirmişdir.
11.01.2017
      Toplantını giriş sözü ilə açan QSC-nin Baş direktoru Ramil Əliyev 2016-cı ilin yekunları,  il ərzində əldə olunan nailiyyətlər barədə tədbir iştirakçılarına məlumat vermişdir. Sonra 2017-ci ildə qarşıda duran layihələrin uğurla davam etdiriləcəyinə əmin olduğunu bildirərək yeni layihələrin icrasına start verilməsini toplantı iştirakçılarının nəzərinə çatdırmışdır.
09.01.2017
    QSC-nin Tullantıların Emalı Departamentinin (TED) 4-cü və 6-cı  sahələrində (H.Əliyev adına NEZ-nun 9-cu sahəsinin ərazisi) tullantıların idarə edilməsi, xidməti sahələrdə texnoloji proseslərin fasiləsizliyinin təmin olunması və keyfiyyətin yaxşılaşdırılması departamentin fəaliyyətinin ən mühüm vəzifələrindən  biridir.
23.12.2016
      SOCAR-ın fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair təsdiq olunmuş tədbirlər planı çərçivəsində "Ekol Mühəndislik Xidmətləri" QSC-nin həyata keçirdiyi prioritet layihələrdən biri də, Azneft İB-nin “Abşeronneft” NQÇİ-nin reabilitasiya olunmuş mədən ərazilərinin yaşıllaşdırılması və bitkilərə aqrotexniki xidmətlərin göstərilməsi layihəsidir.
20.12.2016
18.12.2016-ci il tarixdə “Ekol” MFK, Bakıda təlim-məşq toplantısında olan Türkmənistanın milli komandası ilə Daxili İşlər Nazirliyinin idman zalında yoldaşlıq görüşü keçirmiş və 7:3 hesabı ilə qalib gəlmişdir.
16.12.2016
      “Ekol Mühəndislik Xidmətləri”  QSC öz  fəaliyyətində  reabilitasiya olunmuş mədən ərazilərində xidmət göstərdiyi yaşıllıq sahələrinin genişləndirilməsinə,  həmçinin   mövcud  yaşıllıqlara  yüksək səviyyəli aqrotexniki xidmətlərin  göstərilməsinə böyük önəm verir  və bu istiqamətdə  bir sıra zəruri tədbirlər həyata keçirir.
12.12.2016
      12 dekabr  ümummilli lider Heydər Əliyevin əbədiyyətə qovuşduğu bir tarix kimi Azərbaycan xalqının yaddaşında dərin iz buraxıb.  Hər il, 12 dekabrda  xalqımız  bu dahi insanın əziz xatirəsini böyük ehtiramla yad edir, təntənəli anım mərasimləri keçirilir.
09.12.2016
      09 dekabr 2016-cı il tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində AMEA-nın Polimer Materialları,  “Neft və Qaz” institutunun nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru R.Əliyev, Baş direktorun müavini – Texniki direktor Məzahir Hüseynov, eləcə də QSC-nin əlaqədar departament və şöbə rəisləri həmçinin “Neft və Qaz” institutunun nümayəndələri, Polimer Materiallar institutunun laboratoriya müdiri N.T.Qəhrəmanov, böyük elmi işçi Ü.M. Məmmədli, AMEA-nın “Neft və qaz” institutunun şöbə müdiri F. Kərimov və baş mühəndis R. Mukimov iştirak etmişlər.
05.12.2016
03.12.2016-cı il tarixdə “Ekol” MFK futzal üzrə Azərbaycan Çempionatının  VII-ci turunda “Neftçi” komandası ilə Bakı İdman Sarayında görüşmüş  və 0:0 hesabı ilə nəticələnmişdir.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | [33] | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.