ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

26.11.2015
             Noyabr ayının  23-də  Bakı şəhərinin “Boulevard Hotel”də Alman-Azərbaycan Xarici Ticarət Palatasının  təşkil etdiyi “15-ci Alman-Azərbaycan İqtisadi Forum”da, respublikamızda fəaliyyət göstərən bir çox yerli və xarici şirkətlərlə birlikdə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin nümayəndələri də iştirak etmişlər. Tədbirdə QSC-ni, baş direktorun ümumi işlər üzrə müavini İsrafil Əliyev və Ekoloji monitorinq departamentinin rəisi Şahabiddin Albuşov təmsil etmişlər.
24.11.2015
          “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktorunun 05 noyabr    2015-ci il tarixli, 02/S saylı Sərəncamı ilə təsdiq edilmiş qrafikə uyğun olaraq, QSC-də çalışan mühəndis texniki işçilər  “Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə təlimatlandırılması, öyrədilməsi və biliklərinin yoxlanılması qaydaları haqqında” təlimata əsasən noyabrın 23-dən biliklərinin yoxlanılması üzrə imtahana başlanmışdır.
18.11.2015
           “ Iteca Caspian” şirkətinin təşkilatçılığı ilə,  “ Bakı Ekspo Mərkəzi" -ndə  ətraf mühitin  mühafizəsinə həsr olunmuş “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” 6-cı Beynəlxalq Ətraf  Mühit Sərgisi  noyabrın 18-də öz işinə başlamışdır.
06.11.2015
     SOCAR-ın neft sənayesi  sahələrində  ekoloji vəziyyətin  yaxşılaşdırılmasına dair təsdiq edilmiş  tədbirlər planı çərçivəsində  “ Ekol Mühəndislik  Xidmətləri ” QSC "Azneft" İB-nin reabilitasiya olunmuş mədən ərazilərində yaşıllıqlara aqrotexniki xidmətlərin keyfiyyətinin  artırılması istiqamətində məqsədyönlü tədbirlərini davam etdirir.
27.10.2015
     2015-ci il oktyabr ayının 23-də, Əl Oyunları İdman Sarayında "Ekol Mühəndislik Xidmətləri" QSC-nin "Ekol" mini futbol komandası "Xəmsə" komandası ilə görüşmüşdür. Gərgin keçən oyunda “Ekol” MFK 7:5 hesabı ilə qələbə çalmışdır.
22.10.2015
   “Ekol Mühəndislik Xidmətləri” QSC-nin əsas fəaliyyət sahələrindən biri də Heydər Əliyev adına NEZ-nun (9-cu sahəsi) Tullantıların Emalı Departamentin (TED) 4-cü sahəsinə texnoloji proseslər nəticəsində daxil olan sənaye-çirkab sularını norma həddinə qədər təmizlənməsi və təkrar NEZ-na istifadəsinə verilməsidir.
16.10.2015
    "Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasında yaşıllaşdırma işləri həmişə diqqət mərkəzində saxlanılır və bu istiqamətdə  məqsədyönlü tədbirlər həyata keçirilir. Xidmət sahələrində zərərli tullantıların təsir dərəcəsinin azaldılmasında mühüm rol oynayan yaşıllıqların salınması, bitkilərin mühafizəsi və  inkişafı işləri günü-gündən genişləndirilir.
13.10.2015
    "Ekol Mühəndislik  Xidmətləri"  QSC-də çalışan işçi personalın sağlamlığının qorunması, texniki təhlükəsizliyinin təmin edilməsi,  iş şəraitlərinin yaxşılaşdırılması və onların  sosial problemlərinin həlli "Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Bu sahədə ardıcıl məqsədyönlü tədbirlər həyata keçirilir. Tədbirlər sırasında  işçilərin sağlamlığının qorunması və peşə xəstəliklərinin qarşısının vaxtında alınması məqsədilə, müəssisənin maliyyə vəsaiti hesabına  işçi personalının ildə bir dəfə tibbi müayinədən keçirilməsinə  xüsusi önəm verilir.
09.10.2015
     2015-ci ilin  sentyabr ayının 26-da Əl Oyunları İdman Sarayında "Ekol" mini futbol komandası ilk görüşünü "Ağdam" komandası ilə keçirmiş və gərgin mübarizə şəraitində 6:3 hesabı ilə qələbə qazanmışdır.
06.10.2015
    "Ekol Mühəndislik Xidmətləri" QSC öz fəaliyyətində qəbul etdiyi İSO-9001, İSO-14001 və OHSAS-18001 beynəlxalq standartlarının tələblərinə əməl  olunması və bu tələblərdən irəli gələn  prosedura qaydalarının  işçi personalı tərəfindən dərindən mənimsənilməsi istiqamətində davamlı olaraq tədbirlər həyata keçirir.
30.09.2015
     “Ekol Mühəndislik Xidmətləri” QSC-nin əsas fəaliyyət sahələrindən biri olan sənaye-çirkab sularının keyfiyyətlə təmizlənməsi məqsədilə Tullantıların Emalı Departamentinin (TED) xidmət sahələrində  mütəmadi olaraq tədbirlər həyata keçirilir. İstismarda olan  çökdürücü göllərin və qəza anbarlarının mexaniki  təmizlənməsi həyata keçirilərək, profilaktiki təmir işləri yerinə yetirilir.QSC-nin ərazisində görülən  işlərdən  biri də TED-nin 6-cı sahəsindəki (Heydər Əliyev adına NEZ-nun 9-cu sahəsinin ərazisi)  1 və 2 №-li qəza anbarlarının təmizlənməsi, təmiri və bərpasıdır.  Bu  işlərin həyata keçirilməsi isə  qurğuların istismar müddətinin  artırılması, texnoloji proseslərin keyfiyyətinin yaxşılaşması və ətraf mühitin mühafizəsi  baxımından  xüsusi əhəmiyyət kəsb edir.
22.09.2015
      “Ekol Mühəndislik Xidmətləri” QSC-nin əsas fəaliyyət sahələrindən biri də sənaye-çirkab sularının texnoloji reqlamentə uyğun  və keyfiyyətlə təmizlənməsidir. Bu məqsədilə Tullantıların Emalı Departamentinin (TED) xidmət sahələrində  mütəmadi olaraq zəruri tədbirlər həyata keçirilir.
20.09.2015
    1994-cü ilin sentyabr ayında imzalanmış "Əsrin müqaviləsi"nin Azərbaycanın və region ölkələrinin inkişafı baxımından misilsiz əhəmiyyətini nəzərə alan ulu öndərimiz Heydər Əliyev 2001-ci ildə 20 sentyabr tarixinin Azərbaycan neftçilərinin peşə bayramı günü kimi təsis edilməsi haqqında sərəncam imzaladı. Həmin ildən  Azərbaycan neftçiləri bu əlamətdar günü böyük təntənə ilə qeyd edirlər. 
10.09.2015
      “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Tullantıların  Emalı  Departamentinin 4-cü sahəsinin kollektivi H. Əliyev adına NEZ-nun (9-cu sahəsi) istehsalat sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər planı çərçivəsində,  zavodun ərazisində formalaşan sənaye-çirkab sularının təmizlənməsinə, eləcə də  neftşlamın emalına  və  zərərsizləşdirilməsinə  xüsusi diqqət yetirilir. Bu layihələr  2007-ci ildən başlayaraq NEZ-nun 9-cu sahənin ərazisində  fəaliyyət göstərən "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Tullantıların Emalı Departamentinin  (TED) 4-cü sahəsi tərəfindən  uğurla icra olunur.
03.09.2015
    “Ekol Mühəndislik Xidmətləri”  QSC öz  fəaliyyətində  neft-qaz sənayesi sahələrində  xidmət göstərdiyi yaşıllıq sahələrinin genişləndirilməsinə,  həmçinin   mövcud  yaşıllıqlara  yüksək səviyyəli aqrotexniki xidmətlərin  göstərilməsinə böyük önəm verir  və bu istiqamətdə  zəruri tədbirlər həyata keçirir.
31.08.2015
Qələbəyə doğru inamla addımlayan “Ekol” MFK Türkmənistan millisi ilə futzal üzrə yoldaşlıq görüşü keçirilmişdir.
28.08.2015
   QSC-nin Tullantıların Emalı Departamentinin (TED)  4-cü və 6-cı sahələrində (Heydər Əliyev adına NEZ-nun  9-cu sahənin ərazisi) tullantıların idarəedilməsi, xidmət sahələrində texnoloji proseslərin fasiləsizliyinin təmin olunması və keyfiyyətin yaxşılaşdırılması   TED-nin fəaliyyətinin ən mühüm vəzifələrindən biridir. Bununla əlaqədar olaraq,  qurğu və avadanlıqların saz vəziyyətdə işləməsi, onların istismar müddətinin artırılması,  həmçinin  texnoloji reqlamentə  dəqiq  əməl olunması sahəsində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
24.08.2015
    "Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyət sahələrində istehsalatın fasiləsizliyinin və texniki təhlükəsizliyinin təmin olunması, qurğu və avadanlıqların daim saz vəziyyətdə işləməsi, eləcə də istehsalat sahələrinin müntəzəm olaraq elektrik enerjisi, su və qazla təmin edilməsi nailiyyətlərin əldə olunmasına təsir edən əsas amillərdəndir. Bunu nəzərə alan QSC-nin Elektromexanika sexinin kollektivi əvvəlki illərdə olduğu kimi 2015-ci ilin I yarımilliyində də vəzifə öhdəliklərinə layiqincə əməl edərək yüksək peşəkarlıq nümayiş etdirmişlər.
18.08.2015
       “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Nəqliyyat sexi əvvəlki illərdə olduğu kimi 2015-ci ilin 1-ci yarısında üzərinə düşən vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirmiş, sexin minik və yük avtomobilləri eləcə də, xüsusi texnikaları vasitəsilə QSC-nin həyata keçirdiyi ekoloji layihələrin icrasında yaxından iştirak edərək öz layiqli töhvələrini vermişdir.
14.08.2015
     Respublikamızın ayrı-ayrı  ali təhsil müəssisələrində təhsil alan tələbələrin ixtisaslarına uyğun olaraq təcrübi biliklərinin artırılması, istehsalat vərdişlərinin aşılanması və onların bacarıqlı bir mütəxəssis kimi formalaşması məqsədi ilə  ənənəvi olaraq  hər il neft-qaz sənayesi müəssisələrində, o cümlədən "Ekol Mühəndislik Xidmətləri" QSC-nin xidmət sahələrində istehsalat təcrübələri təşkil olunur.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | [39] | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.