ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

14.05.2015
        Fövqəladə Hallar Nazirliyinin  Mülki Müdafiə Qoşunları MM idarəsinin  2015-ci tədris ili üçün təsdiq etdiyi MM tədbirlər planına müvafiq olaraq, 14 may 2015 -ci il tarixdə  "Ekol Mühəndiuslik Xidmətləri"      QSC-də " Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı MM orqan və qüvvələrinin idarə olunmasının  təşkili" mövzusunda obyekt MM məşqi keçirilmişdir. Məşqə QSC rəhbərliyi, FHK-sı, MM qərərgahı və MM qüvvələrinin  şəxsi heyəti cəlb olunmuşlar.
08.05.2015
       Mayın 8-də,  QSC-nin  baş ofisində  Ulu öndərin 92-ci ildönümünə həsr olunmuş  anım mərasimi   keçirilmişdir.  Mərasimdə çıxış edən QSC-nin  baş direktoru Ramil Əliyev  həyatını xalqına həsr etmiş ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin əldə edilməsi, suverenliyimizin qorunub saxlanılması, respublikamızın iqtisadi qüdrətinin yüksəldilməsi istiqamətində gördüyü işlərdən və  onun həyatımızın bütün sahələrindəki fəaliyyətindən danışmışdır. 
07.05.2015
     Ulu öndər  Heydər  Əliyevin  anadan olmasının 92-ci ildönümü ilə  əlaqədar,  respublikamızda  həyata keçirilən  silsilə tədbirlər  çərçivəsində  “Ekol  Mühəndislik  Xidmətləri”  QSC-də  də  bir sıra tədbirlər nəzərdə tutulmuşdur.
06.05.2015
       "Ekol Mühəndislik Xidmətləri" QSC   məişət-fekal, sənaye-çirkab  və lay sularının yüksək səviyyədə  təmizlənməsi üçün,   müasir  texnologiyaların əldə olunması  istiqamətində axtarışlarını davam etdirir və bu məqsədlə  dünyanın  analoji şirkətləri ilə işgüzar görüşlər keçirir.   Növbəti görüş isə mayın 5-də, QSC-nin baş ofisində Almaniyanın "Mena Water" şirkətinin  icraçı direktoru Atif Gafar ilə olmuşdur.  Görüşdə QSC-nin  baş direktorun  istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynov, SƏTƏM üzrə müavini  Rəşad  İsmayılov,  əlaqədar departament və şöbə rəisləri iştirak etmişlər.
02.05.2015
       Mayın 2-də kollektivin çoxsaylı nümayəndələrinin iştirakı ilə keçirilən iməcilik  QSC-nin  bütün xidmət sahələrini əhatə etmişdir.
01.05.2015
      "Ekol Mühəndislik  Xidmətləri" QSC  nanotexnologiyaların   əldə olunması məqsədilə analoji şirkətlərlə keçirilən görüşlər proqramı çərçivəsində  növbəti görüş keçirmişdir. Bu görüş aprelin 30-da QSC-nin baş ofisində  Rusiyanın  Bentİzol   şirkətinin nümayəndələri ilə keçirilmişdir.
30.04.2015
      Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkətinin  fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılması çərçivəsində həyata keçirdiyi tədbirlər sırasında  ərazilərin yaşıllaşdırılması prioritet istiqamətlərdən biridir. Bu tədbirlərdə yaxından iştirak edən "Ekol Mühəndislik Xidmətləri" QSC də  neft sənayesi sahələrinin  yaşıllaşdırılması və aqrotexniki xidmətlərin göstərilməsi işlərini layiqincə yerinə yetirir.
27.04.2015
      1919-cu ildən fəaliyyət göstərən  BMT-nin Beynəlxalq Əmək Təşkilatı bütün dünyada əməyin mühafizəsinin  aktuallığını nəzərə alaraq, bəşəriyyətin diqqətini  insanların taleyinə, onların sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması məsələlərinə yönəltmək məqsədilə, 28 apreli "Ümumdünya Əməyin Mühafizəsi Günü" elan etmiş və həmin ildən dünyanın bir çox ölkələrində  qeyd olunmasına  başlanmışdır.
25.04.2015
ARDNŞ-nin  “Ətraf  mühitin  mühafizəsi” nin 2015-ci il üçün təsdiq olunmuş planına  uyğun olaraq silsilə tədbirlər davam edir. Bu tədbirlər çərçivəsində aprelin 25-də “Ekol Mühəndislik Xidmətləri” QSC-də növbəti iməcilik keçirilmişdir. İməcilik  QSC kollektivinin çoxsaylı nümayəndələrinin iştirakı ilə bütün xidmət sahələrini əhatə etmişdir.
22.04.2015
       Neftşlam neftin hasilatı, saxlanılması, daşınması və emalı prosesində formalaşır. Neft sənayesi sahələrində  formalaşan neftşlam ətraf mühitə mənfi  təsir edən əsas amillərdən biridir. Bununla əlaqədar olaraq, neftşlamın emalı və zərərsizləşdirilməsi,  onun tərkibində olan komponentlərin təkrar xammal kimi istifadəsi günün  aktual ekoloji problemlərindəndir.
18.04.2015
      ARDNŞ-nin 2015-ci il üçün “Ətraf  mühitin  mühafizəsi” tədbirlər planına uyğun olaraq aprelin 18-də “Ekol Mühəndislik Xidmətləri” QSC-də növbəti iməcilik keçirilmişdir. İməcilik  QSC-nin kollektivinin çoxsaylı nümayəndələrinin  iştirak ilə bütün xidmət sahələrini əhatə etmişdir.
17.04.2015
   Yazın gəlişi ilə əlaqədar olaraq, respublikamızın yaşıllaşdırma və bağçılıq təsərrüfatlarında mövsümi işlərə başlanmışdır. Baharın gəlişi ilə torpağın oyanması bağ - bağçalarda və yaşıllıq sahələrində bir canlanma yaradıb. İndi bütün  bağçılıq təsərrüfatlarında ağacların budanması, yeni ağacların əkilməsi və sahələrdə abadlıq işlərinin aparılması istiqamətində  müvafiq tədbirlər görülür.
14.04.2015
 "Ekol Mühəndislik Xidmətləri" QSC xarici əlaqələrinin genişləndirilməsi və yeni texnologiyaların axtarışı istiqamətində analoji şirkətlərlə keçirdiyi görüşlər çərçivəsində, növbəti görüş aprelin 10-da Birləşmiş Ərəb Əmirliklərinin "Black Gold Neftkimya LLC" şirkətinin nümayəndələri ilə olmuşdur.
11.04.2015
     ARDNŞ-nin  “Ətraf  mühitin  mühafizəsi” nin 2015-ci il üçün planına uyğun olaraq  silsilə tədbirlər  davam edir. Bu tədbirlər çərçivəsində aprelin 11-də “Ekol Mühəndislik Xidmətləri” QSC-də növbəti iməcilik keçirilmişdir. İməcilikdə QSC-nin kollektivinin xeyli sayda nümayəndələri iştirak etmişlər.
09.04.2015
     Ekol Mühəndislik Xidmətləri” QSC-də İSO-9001, İSO-14001 və OHSAS-18001 Beynəlxalq İdarəetmə Sistemləri (BİS) standartlarının tələblərinə əməl olunması və standartlara uyğunluğun yoxlanması üzrə Türk Standartları İnstitutunun (TSE)  auditorları tərəfindən aprelin 6-da başlayan, şəffaf və işgüzar şəraitdə keçirilən audit bu gün başa çatmışdır.
09.04.2015
     "Ekol  Mühəndislik  Xidmətləri" QSC 2015-ci ilin  birinci rübündə xidmət göstərdiyi  "Sifarişçi" təşkilatların müqavilə öhdəliklərinə tam əməl edərək  rübü uğurla başa vurmuşdur.
06.04.2015
 "Ekol Mühəndislik Xidmətləri" QSC-də Beynəlxalq İdarəetmə Sistemlərinin (BİS) tələblərinə əməl olunması və bu standartların dərindən mənimsənilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Xidmətlər BİS-nin prosedura qaydalarına uyğun olaraq göstərilir və dövrü olaraq aparılan daxili auditlər nəticəsində  aşkar edilmiş uyğunsuzluqların qısa zamanda aradan qaldırılması üçün  qabaqlayıcı tədbirlər görülür. Bununla yanaşı, BİS-nin tələblərinə əməl olunmasının  düzgünlüyünün  yoxlanılması  məqsədilə  nəzərdə tutulmuş vaxtlarda   üçüncü tərəf (xarici) auditləri keçirilir.
04.04.2015
      Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Ətraf mühitin mühafizəsi üzrə 2015-cü ilin Tədbirlər Planı"na uyğun olaraq, yaz mövsümi ilə əlaqədar Şirkətin bütün fəaliyyət sahələrində iməciliklərin  keçirilməsinə başlanmışdır.
31.03.2015
    Bu gün Azərbaycan tarixində  öz faciəsi, fəlakəti və qüssəsinin böyüklüyü ilə yadda qalan "31 mart- Azərbaycanlıların Soyqırımı Günü"dür . Azərbaycan Respublikasının Prezidenti,  ulu öndər  Heydər Əliyevin 26 mart 1998-ci il tarixli  fərmanı  ilə "31  mart-Azərbaycanlıların Soyqırımı Günü" elan edilmiş və həmin ildən başlayaraq, hər il bu unudulmaz tarixi gün dövlət səviyyəsində qeyd edilir. "Ekol Mühəndislik Xidmətləri" QSC-də də hər il   bu tarixi gün münasibəti ilə tədbirlər keçirilir və faciə qurbanlarının əziz xatirəsi ehtiramla yad edilir. Bu il də “31mart-Azərbaycanlıların  Soyqırımı  Günü” ilə əlaqədar QSC-də tədbir keçirilmişdir.
19.03.2015
       Martın 19-da “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində və xidmət sahələrində  Novruz bayramı ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə çıxış edən QSC-nin baş Direktoru Ramil Əliyev bu bayramın tarixindən və milli-mənəvi dəyərlərindən danışaraq qeyd etmişdir ki, xalqımızın  özünüdərkində və təfəkkürünün inkişafında böyük rol oynayan, təbiətin  əbədi qanunları ilə həmahəng olan Novruz bayramı milli varlığımıza hopan bir el şənliyidir. Bu bayram  tarixin ən çətin  anlarında insanların həyatına daxil olaraq onlarda xoşbəxt gələcəyə inam  duyğusu yaratmışdır. Ulularımızın daxili aləminin zənginliyini nümayiş etdirən  Novruz günlərində ölkəmizin  hər yerində, hər evdə, hər ailədə bayram əhval-ruhiyyəsi hökm sürür.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | [41] | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.