ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

29.12.2014
      Dekabrın 27-də  Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının  təşəbbüsü və rayon İcra  Hakimiyyətinin dəstəyi ilə  növbəti ağacəkmə aksiyası keçirilmişdir. Aksiyada  rayonun  YAP fəalları, ARDNŞ-nin  Ekologiya  İdarəsinin,  Heydər Əliyev adına BNEZ–nun,  “ Ekol Mühəndislik Xidmətləri ” QSC-nin, eləcə də digər müəssisə və təşkilatların kollektivlərinin nümayəndələri iştirak etmişlər.  
25.12.2014
      Azərbaycanın Avropaya inteqrasiyası və dinamik inkişafı çərçivəsində respublikamızda  fəaliyyət  göstərən müəssisə və təşkilatların beynəlxalq standartlar  səviyyəsində  fəaliyyət  göstərməsi zamanın tələbidir. Bununla əlaqədar olaraq,  öz  fəaliyyətini  beynəlxalq standartlar səviyyəsində qurmaq “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  də prioritet hədəflərindən biridir.  Ekoloji yönümlü fəaliyyət sahələri ilə məşğul olan QSC, hələ fəaliyyətinin ilk illərində TSE-ISO-EN-14001 sertifikatını almış və Ekologiya İdarəetmə Sistemlərini  bu standartların tələblərinə uyğun olaraq   qurmuşdur.
18.12.2014
Dekabrın 17-də  “Ekol Mühəndilsik Xidmətləri” QSC-nin  baş ofisində Fövqəladə Hallar Nazirliyinin Layihələrin İdarə edilməsi şöbəsinin rəisi Mirqasim Abasov və “Royal HaskoningDHV” şirkətinin layihə rəhbəri Johan Mathijssen ilə görüş keçirilmişdir. 
12.12.2014
     12 dekabr  ümummilli lider Heydər Əliyevin əbədiyyətə qovuşduğu bir tarix kimi Azərbaycan xalqının yaddaşında dərin iz buraxıb.  Hər il, 12 dekabrda  xalqımız  bu dahi insanın əziz  xatirəsini  böyük  ehtiramla  yad  edir, təntənəli anım mərasimləri keçirilir.
08.12.2014
     "Ekol Mühəndislik Xidmətləri" QSC-nin  Tullantıların  Emalı  Departamentinin (TED) 5-ci,  6-cı  (Heydər Əliyev adına  BNEZ-nun  9-cu sexinin ərazisi) və 7-ci ("Azərneftyağ" NEZ-nun 8-ci sexinin ərazisi)  xidmət  sahələri demək olar ki, qışa tam hazırdır. Qış mövsümündə  hava şəraitindən asılı olmayaraq  tullantıların keyfiyyətlə  idarə edilməsi,  texnoloji proseslərin fasiləsizliyinin təmin olunması və  baş verə biləcək qəzaların qarşısının alınması  üçün  TED-də "qışa hazırlıq tədbirlər planı"  çərçivəsində    profilaktiki təmir və  sazlama işləri yüksək templə davam etdirilir.
03.12.2014
     “Ekol Mühəndislik Xidmətləri”  QSC öz  fəaliyyətində  neft-qaz sənayesi sahələrində  xidmət göstərdiyi yaşıllıq sahələrinin genişləndirilməsinə,  həmçinin   mövcud  yaşıllıqlara  yüksək səviyyəli aqrotexniki xidmətlərin  göstərilməsinə böyük önəm verir  və bu istiqamətdə  zəruri tədbirlər həyata keçirir.
02.12.2014
      "Ekol  Mühəndislik Xidmətləri" QSC-nin əsas fəaliyyət sahələrindən olan sənaye-çirkab  suların təmizlənməsi və neftşlamın emalı proseslərinin təkmilləşdirilməsi, effektliyin artırılması  məqsədilə, yeni texnologiyaların  və kimyəvi  reagentlərin tətbiqi sahəsində  daimi axtarışlar aparılır, analoji  şirkətlərlə  əməkdaşlıq  əlaqələri yaradılır.
29.11.2014
Payız mövsümü ilə əlaqədar olaraq Respublikamızın hər yerində  ağacəkmə aksiyaları keçirilir, mövcud yaşıllıqlara  aqrotexniki qulluq göstərilir. Noyabrın 29-da Nizami rayonunun ərazisində də iməcilik keçirilmişdir.
27.11.2014
      Noyabrın 25-də, QSC-nin baş ofisində "Aqualink" şirkətinin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə  Hollandiyanın  "Nıjhuıs" su texnologiyaları  şirkətinin  nümayəndələri ilə görüş keçirilmişdir. "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktorunun SƏTƏM üzrə müavini Rəşad İsmayılov, əlaqədar departament və şöbə rəisləri, həmçinin "Aqualink" şirkətinin Azərbaycandakı  nümayəndəsi Orxan Mikayıl, "Nıjhuıs" şirkətinin Rusiya filialının rəhbəri Dmitriy Molokanov, şirkətin Ukraynadakı  regional nümayəndəsi Vladislav  Porjezinskiy və digər əlaqədar  mütəxəssislər görüşdə  iştirak etmişlər.  Rəşad İsmayılov  qonaqları salamlayaraq,  onlara  QSC haqqında qısa  məlumat vermiş və   sözü qonaqlara təqdim etmişdir.
25.11.2014
         ARDNŞ-nin neft sənayesi  sahələrində  ekoloji vəziyyətin  yaxşılaşdırılmasına dair təsdiq edilmiş  tədbirlər planı çərçivəsində  “ Ekol Mühəndislik  Xidmətləri ” QSC "Azneft" İB ilə birgə reabilitasiya olunmuş mədən ərazilərində yaşıllıq sahələrinin salınması, genişləndirilməsi və aqrotexniki xidmətlərin keyfiyyətinin  artırılması istiqamətində məqsədyönlü tədbirlərini davam etdirir.
20.11.2014
      Noyabrın 19-da "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş ofisində Fransanın VEOLIA  şirkətinin neft və qaz üzrə icraçı vitse-prezidenti Thierry Froment,  biznesin inkişafı üzrə meneceri  Mert Enver Çerpeş, Orta Asiya və Qafqaz  üzrə suların hazırlanması, təmizlənməsi və şirinləşdirilməsi   qurğularının kommersiya  direktoru  Olivier  Clausin   ilə  görüş  keçirilmişdir.  Görüşdə  QSC-nin baş direktorunun   istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynov, eləcə də əlaqədar departament və şöbə rəisləri  iştirak etmişlər.
19.11.2014
  Azərbaycan Respublikası  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi və “ Iteca Caspian” şirkətinin təşkilatçılığı ilə,  “ Bakı Ekspo Mərkəzi" də  ətraf mühitin  mühafizəsinə həsr olunmuş “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar ” 5-ci Yubiley Beynəlxalq Ətraf  Mühit Sərgisi  noyabrın 19-da öz işinə başlamışdır.
17.11.2014
      Noyabrın 17-də  "Ekol  Mühəndislik  Xidmətləri" QSC-də Milli  Dirçəliş günü  ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə çıxış edənlər bu əlamətdar gün münasibətilə kollektivi təbrik etmiş və  Milli Dirçəliş gününün  tarixindən  və Azərbaycanın ictimai-siyasi həyatındakı rolundan danışmışlar.
12.11.2014
       Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanmasına zərurət yaranmışdır. Bununla əlaqədar olaraq ulu öndər Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradıldı və Konstitusiya layihəsi ümumxalq müzakirəsinə  verildi.  Nəhayət, 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın  ilk Konstitusiyası qəbul edildi. Həmin ildən bu əlamətdar gün respublikamızın hər yerində  təntənə ilə qeyd olunur.
12.11.2014
        QSC-nin  Tullantıların Emalı Departamenti (TED) əvvəlki illərdə olduğu kimi 2014-cü  ilin  müvafiq dövründə də tullantıların idarə olunması sahəsində "Sifarişçi"  təşkilatlarla olan  müqavilə öhdəliklərinə  layiqincə əməl etmişdir. Cari ilin 10 ayı ərzində  TED-nin 6-cı sahəsində (Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi) BNEZ-dan mexaniki təmizləyici qurğulara daxil olan  7 milyon 640 min m3-dən çox sənaye çirkab, axıntı suları təmizlənmiş və texnoloji proseslər  nəticəsində formalaşan 10 min 175 tona qədər neftşlam  müasir qurğular vasitəsilə emal edilərək  zərərsizləşdirilmişdir.  TED-nin 7-ci sahəsində isə  (“Azərneftyağ” NEZ-nun  8-ci sexinin ərazisi)  9 milyon 463 min m3-ə qədər sənaye çirkab suları təmizlənmiş,  8 min 760 ton neftşlam  emal olunaraq  zərərsizləşdirilmişdir. Yanvar-oktyabr aylarında  "AAS-EKOL" MMC-dən  TED-nin 8-ci sahəsinə (Parafin sexinə) daxil  olan 133 tondan çox ərsin parafini sudan və mexaniki qarışıqlardan  ayrılmışdır.
07.11.2014
     Noyabrın 07-də  "Ekol Mühəndislik Xidmətləri" QSC- nin xidmət sahələrində 9 noyabr-Dövlət Bayrağı günü  ilə əlaqədar tədbirlər keçirilmişdir.  Tədbirlərdə  çıxış edənlər  qeyd etmişlər ki, Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın  9-da  Azərbaycan  Xalq  Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur.
06.11.2014
      Noyabrın 06-da "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş ofisində  Belçikanın  SİTA Remediation   şirkətinin  nümayəndələri  ilə  görüş  keçirilmişdir.  Görüşdə  "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktorunun   istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynov, SƏTƏM üzrə müavini Rəşad İsmayılov, eləcə də əlaqədar departament və şöbə rəisləri  iştirak etmişlər.
04.11.2014
     Cari ilin payız-qış mövsümündə “ Ekol Mühəndislik Xidmətləri ” QSC-nin xidmət sahələrində  obyektlərin və inzibati binaların qışa hazırlığının, işçilərin iş şəraitinin yaxşılaşdırılmasının  və  xidmətlərin fasiləsizliyinin təmin edilməsi məqsədilə,  təsdiq olunmuş "Payız-qış  mövsümünə hazırlıq  tədbirlər planı” nın  icrası  başa çatmaq üzrədir.  
31.10.2014
              Qeyd edildiyi kimi, "Ekol Mühəndislik Xidmətləri" QSC-nin "Azneft" İB-nin neftqazçıxarma idarələrinin  mədən ərazilərində  xidmət göstərdiyi  yaşıllıq sahələrinin ting təminatının yaxşılaşdırılması məqsədilə,  2013-cü ilin əvvəlində "BibiHeybətneft" NQÇİ-nin mədən ərazisində fəaliyyət göstərən QSC-nin Torpaqların Rekultivasiyası Departamentinin (TRD) 3-cü sahəsində 320 m2 -lik  istixana kompleksi tikilərək istifadəyə verilmişdir. İstismar müddətində istixanada minlərlə müxtəlif növ  ağac və kol bitkiləri (həmişəyaşıl oleyandr, sərv, şərq tuyası, tək göz evkalipt, zeytun, milesiya, tut, akasiya,  iydə və s.)  yetişdirilmiş və yaşıllıq  sahələrinin bərpasında uğurla istifadə  edilmişdir.
28.10.2014
       "Ekol Mühəndislik Xidmətləri" QSC öz fəaliyyətində qəbul etdiyi İSO-9001, İSO-14001 və OHSAS-18001 beynəlxalq standartlarının tələblərinə əməl  olunması və bu tələblərdən irəli gələn  prosedura qaydalarının  işçi personalı tərəfindən dərindən mənimsənilməsi istiqamətində davamlı olaraq tədbirlər həyata keçirir.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | [43] | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.