ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

24.10.2014
       Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair dövlət proqramının icrası yüksək templə davam etdirilir. Dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi  məqsədilə, ARDNŞ neft sənayesi sahələrində  davamlı  olaraq  irimiqyaslı ekoloji layihələr həyata keçirir və bu layihələrin  icra olunmasında ”Ekol Mühəndislik Xidmətləri ” QSC də fəal iştirak edir.
21.10.2014
        QSC-də çalışan işçilərin sağlamlıqlarının qorunması və peşə xəstəliklərinin qarşısının vaxtında alınması  daimi diqqət  mərkəzindədir. Bu məqsədlə işçi personalın müəssisənin maliyyə vəsaiti hesabına ildə bir dəfə tibbi müayinədən keçirilməsi qərara alınmışdır. 2011-ci ildən başlayaraq "Ekol Mühəndislik  Xidmətləri"  QSC ilə Meqa Sığorta Şirkəti arasında bağlanmış müqaviləyə əsasən,  işçi personala respublikamızda fəaliyyət göstərən bir çox   müasir  klinikalarda, o cümlədən MODERN HOSPİTAL-da tibbi sığorta xidmətləri göstərilir.   
18.10.2014
     18 oktyabr Azərbaycan tarixinin ən şanlı və şərəfli səhifələrindən biri - Dövlət Müstəqilliyi Günüdür. Dövlət Müstəqilliyinin  23-cü ildönümü respublikamızın hər yerində böyük təntənə ilə qeyd olunur.  Bu münasibətlə "Ekol Mühəndislik Xidmətləri" QSC-də  də  tədbir keçirilmişdir. Tədbirdə QSC-nin çoxsaylı kollektivinin nümayəndələri iştirak etmişlər.
14.10.2014
       Respublikamızda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair  dövlət proqramı  çərçivəsində ARDNŞ-nin  fəaliyyət sahələrində həyata keçirilən  kompleks tədbirlər  sırasında   neft  emalı zavodlarında  tullantıların idarə olunması  və ətraf mühitə atılan zərərli maddələrin miqdarının azaldılması istiqamətində görülən işlər xüsusi  önəm daşıyır. 
10.10.2014
       Oktyabrın 9-da  QSC-nin baş ofisində Almaniyanın Bayern LB bankının  qərbi Avropa və MDB üzrə direktoru  Elke Wurth-Weis və Moskva nümayəndəliyinin  rəhbəri  Eugen Desch  ilə görüş keçirilmişdir. Görüşdə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktorunun  SƏTƏM üzrə müavini  Rəşad İsmayılov, eləcə də  əlaqədar  şöbə rəisləri iştirak etmişlər.
01.10.2014
      Yük qaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydalarına uyğun olaraq, oktyabrın 1-də "Ekol Mühəndislik Xidmətləri" QSC-də kranların təhlükəsiz istismarına nəzarət edən, eləcə də kranların saz vəziyyətdə saxlanmasına cavabdeh olan mühəndis-texniki işçilərin  və kranların təhlükəsiz iş icrasına cavabdeh olan şəxslərin təhlükəsizlik texnikası üzrə biliklərinin yoxlanılması imtahanı keçirilmişdir.
30.09.2014
      Neft-qaz sənayesi sahələrində həyata keçirilən ekoloji layihələrə nanotexnologiyaların tətbiqi və bu sahədə  ARDNŞ-nin   "Ekol Mühəndislik Xidmətləri" QSC-nin qarşısında qoyduğu vəzifələrin icrasının  təmin edilməsi məqsədilə, dünyanın analoji şirkətləri ilə   görüşlər və  əməkdaşlıq əlaqələri davam etdirilir.
26.09.2014
       Sentyabrın 26-da, QSC-nin baş ofisində  İtaliyanın  ETD (European Technology  Development) və SEPRA (Separation Process Applıcatıon) şirkətlərinin nümayəndələri ilə "sənaye-çirkab və  lay sularının membran filtrasiyası ilə təmizlənməsi" mövzusunda görüş keçirilmişdir.
25.09.2014
   Qış mövsümündə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin xidmət sahələrində  texnoloji proseslərin fasiləsizliyinin təmin edilməsi məqsədilə, təsdiq olunmuş "Qışa hazırlıq tədbirlər planı"nın icrası davam etdirilir.
20.09.2014
       Sentyabrın 20-də “Ekol Mühəndislik Xidmətləri" QSC-nin xidmət sahələrində  “Əsrin müqaviləsinin“  20 illiyinə və  “Neftçilər Günü” nə həsr olunmuş  iməcilikdə QSC-nin çoxsaylı kollektivi iştirak etmişdir.
19.09.2014
        ARDNŞ-nin  neft sənayesi  sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair təsdiq etdiyi  tədbirlər planına əsasən, NQÇİ-nin mədən ərazilərinin neftlə çirklənmədən təmizlənməsi və reabilitasiya olunmuş ərazilərin yaşıllaşdırılması   işləri yüksək templə  davam etdirilir.
18.09.2014
       Tullantıların idarə olunması sahəsində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  göstərdiyi xidmətlər sırasında ərsin parafinin mexaniki qarışıqlardan ayrılaraq təmizlənməsi də prioritet istiqamətlərdəndir. Bu məqsədlə 2007-ci ildə  QSC-nin  Tullantıların Emalı Departamentinin  (TED) O.Vəliyev 1  ünvanda yerləşən 6-cı  sahəsində  (Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi)  müasir  standartlara cavab verən, istehsal gücü bir dövr (48 saat) ərzində 17 ton olan Parafin təmizləmə sexi 2007-ci ildən etibarən TED-nin 8-ci sahəsi kimi fəaliyyət  xidmət göstərir.
15.09.2014
      “Ekol Mühəndislik Xidmətləri” QSC-nin əsas fəaliyyət sahələrindən biri olan sənaye-çirkab sularının texnoloji reqlamentə uyğun  və keyfiyyətlə təmizlənməsi məqsədilə Tullantıların Emalı Departamentinin (TED) xidmət sahələrində  mütəmadi olaraq zəruri tədbirlər həyata keçirilir. Tədbirlər planına uyğun olaraq istismarda olan  modul və  mexaniki  təmizləyici qurğuların ayrı-ayrı hissələri  çöküntülərdən təmizlənir və profilaktiki təmir işləri yerinə yetirilir.
10.09.2014
       Neft-qaz sənayesi sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılması  məqsədilə ARDNŞ-nin həyata keçirdiyi tədbirlər planı çərçivəsində, "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Torpaqların Rekultivasiyası Departamentinin (TRD)  xidmət göstərdiyi sahələrdən biri də H.Z. Tağıyev adına  NQÇİ-nin  1-ci mədən ərazisindəki (Qala sahəsi) yaşıllıq sahsidir.
08.09.2014
         "Ekol Mühəndislik Xidmətləri" QSC  fəaliyyət  göstərdiyi xidmət sahələrində, eləcə də  ətraf ərazilərdə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. NQÇİ-nin mədən ərazilərində neftlə çirklənmiş torpaqların təmizlənməsi, neftşlamın emal edilərək zərərsizləşdirilməsi, sənaye-çirkab axıntı sularının təmizlənməsi ,reabilitasiya olunmuş mədən ərazilərinin  yaşıllaşdırılması  və s. bu kimi tədbirlər məhz  ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmişdir.
02.09.2014
      “Ekol  Mühəndislik  Xidmətləri” QSC Bakı Ağ Şəhər layihəsi  ərazisində  yerləşən, "Azərneftyağ" NEZ-nun köhnə istehsalat sahələrindən neft məhsulları ilə çirklənmiş torpaqları  layihə ərazisindən daşınması  işlərini  2014-cü  avqust ayında da uğurla davam etdirmişdir.
29.08.2014
       Ekoloji vəziyyətin yaxşılaşdırılması və  ətraf mühitin mühafizəsi məqsədilə   yaşıllaşdırma tədbirləri  xüsusi əhəmiyyət  kəsb  edir.  Bu kimi zəruri tədbirlərin xidmət sahələrində  həyata  keçirilməsinə  "Ekol Mühəndislik Xidmətləri" QSC  də xüsusi önəm verir.
26.08.2014
      Heydər Əliyev adına BNEZ, "Azərneftyağ" NEZ, eləcə də digər "Sifarişçi" təşkilatlardan  "Ekol Mühəndislik Xidmətləri" QSC-nin xidmət sahələrinə daxil olan  sənaye-çirkab, axıntı və məişət fekal suların   təmizlənməsi və neftşlamın emalı proseslərinin təkmilləşdirilməsi, keyfiyyətin daha da yaxşılaşdırılması   istiqamətində  davamlı  və  məqsədyönlü  tədbirlər  həyata  keçirilir.
21.08.2014
       Neft-qaz  sənayesi  sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılması, xüsusilə   neftlə çirklənmiş torpaqların təmizlənməsi və reabilitasiya olunmuş ərazilərin yaşıllaşdırılması   ARDNŞ-nin  ekoloji  siyasətinin  əsas istiqamətlərindən  biridir. Bu sahədə həyata keçirilən kompleks tədbirlər planının icrasında “Ekol Mühəndislik  Xidmətləri”  QSC də  öz layiqli tövhələrini verməkdədir. Ötən illər ərzində  QSC-nin yaxından iştirakı ilə “BibiHeybətneft” NQÇİ-nin 40 hektardan çox neftlə çirklənmiş mədən ərazisi reabilitasiya olunmuş, həmin ərazilərə 50 minə qədər mühitə davamlı  müxtəlif  növ ağaclar və  bəzək  kolları  əkilmişdir.
18.08.2014
      "Ekol Mühəndislik Xidmətləri" QSC-nin göstərdiyi  xidmətlərin keyfiyyətinin daha da artırılması, sahələrin abadlaşdırılması, eləcə də  işçilərin iş şəraitinin yaxşılaşdırılması  məqsədilə daxili imkanlar hesabına  inzibati,  məişət və yardımçı binalarda, həmçinin xidmət sahələrində mütəmadi olaraq təmir və abadlıq işləri aparılır.  Bu işlərin yerinə yetirilməsində  QSC-nin İnzibati Təsərrüfat Şöbəsinin  (İTŞ) kollektivi də xüsusi fəallıq göstərir.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | [44] | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.