ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

14.08.2014
        Respublikamızın ayrı-ayrı  ali təhsil müəssisələrində təhsil alan tələbələrin ixtisaslarına uyğun olaraq təcrübi biliklərinin artırılması, istehsalat vərdişlərinin aşılanması və onların bacarıqlı bir mütəxəssis kimi formalaşması məqsədi ilə  ənənəvi olaraq  hər il neft-qaz sənayesi müəssisələrində, o cümlədən "Ekol Mühəndislik Xidmətləri" QSC-nin xidmət sahələrində istehsalat təcrübələri təşkil olunur.
13.08.2014
       Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “2006-2010-cu illərdə respublikamızda ekoloji vəziyyətin  yaxşılaşdırılması üzrə Kompleks Tədbirlər Planı” nın  təsdiq olunması haqqında Sərəncamı çərçivəsində, köhnəlmiş  sənaye obyektlərinin paytaxt ərazisindən  kənara çıxarılması və çirklənmiş torpaqların  təmizlənməsi  sahəsində  görülən  tədbirlər  uğurla  davam etdirilir.
11.08.2014
31 dekabr 2013 -cü il tarixinə Beynəlxalq Maliyyə Hesabatı Standartlarına Uyğun Maliyyə Hesabatı və Müstəqil Auditorun Hesabatı
05.08.2014
    Yay mövsümində havaların isti keçməsi ilə əlaqədar olaraq  yaşıllıqlara xüsusi aqrotexniki xidmətlərin göstərilməsi, onların vaxtlı-vaxtında suvarılması və xəstəliklərdən mühafizə edilməsi xüsusi diqqət tələb edir. Bu məqsədlə QSC-nin Torpaqların  Rekultivasiyası  Departamenti (TRD)  xidmət göstərdiyi  yaşıllıq sahələrində xüsusi iş rejimində fəaliyyət göstərir. Ekoloji vəziyyətin yaxşılaşdırılmasında  xüsusi  əhəmiyyət  kəsb edən yaşıllıqların xüsusilə yay mövsümində mühafizəsi, bitkilərin suya və üzvü gübrələrə olan tələbatının  təmin edilməsi, yaşıllıq sahələrinin alaq otlarından təmizlənməsi və digər aqrotexniki xidmətlərin göstərilməsi istiqamətində  məqsədyönlü tədbirlər həyata keçirilir. Bununla yanaşı, payız mövsümündə yaşıllıq sahələrinin genişləndirilməsi və bərpası məqsədilə TRD-nin istixanalarında yeni tinglərin yetişdirilməsi sahəsində də işlər yerinə yetirilir.
25.07.2014
       İyulun  25-də "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş ofisində Finlandiyanın LAMOR şirkətinin  prezidenti Fred Larsen, vitse-prezidenti Rasmus Guldbrand, müşaviri Matthew Bryza, MDB və Orta Şərq Ölkələri üzrə nümayəndəsi Hakan Ferhatoğlu  ilə görüş keçirilmişdir.
25.07.2014
     Bütün İslam dünyasının, eləcə də xalqımızın ən əziz bayramlarından olan, on bir ayın sultanı “Ramazan” bayramı Respublikamızın hər yerində olduğu kimi  iyulun 25-də “Ekol Mühəndislik Xidmətləri” QSC-də də təntənə ilə qeyd edilmişdir.
16.07.2014
     QSC-nin Ekoloji Monitorinq Departamenti (EMD)   2014-cü ilin I yarımilliyində "Sifarişçi" təşkilatların istehsalat sahələrində ekoloji monitorinq işlərinin aparılması,  ekoloji normativ-texniki sənədlərin işlənib hazırlanması və  laborator  xidmətlərin göstərilməsi  işlərini   keyfiyyətlə  yerinə yetirmiş və "Sifarişçi" məmnunluğunu qazanılmasına  nail olmuşdur.
14.07.2014
       "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Torpaqların  Rekultivasiyası Departamenti (TRD) 2014-cü ilin I yarımilliyində neft sənayesi sahələrində reabilitasiya olunmuş  mədən ərazilərinin  yaşıllaşdırılması və  bitkilərə aqrotexniki xidmətlərin göstərilməsi, landşaftın bərpası, eləcə də  Bak Ağ Şəhər layihəsi ərazisindən neftlə çirklənmiş torpaqların daşınması  işlərini uğurla həyata keçirmişdir.
08.07.2014
        Tullantıların Emalı Departamenti (TED) əvvəlki illərdə olduğu kimi 2014-cü  ilin I yarısında da QSC-nin tullantıların idarəolunması sahəsində  "Sifarişçi"  təşkilatlarla olan  müqavilə öhdəliklərinə  layiqincə əməl etmişdir. Cari ilin I yarımilliyində TED-nin 6-cı sahəsində (Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi)   BNEZ-dan mexaniki təmizləyici qurğulara daxil olan  3 milyon 949 min m3-ə qədər sənaye çirkab, axıntı suları təmizlənmiş və texnoloji proseslər  nəticəsində formalaşan  5 min 578 tona qədər neftşlam  müasir qurğular vasitəsilə emal edilərək  zərərsizləşdirilmişdir.  TED-nin 7-ci sahəsində isə  (“Azərneftyağ” NEZ-nun  8-ci sexinin ərazisi)  5 milyon 625 min m3-dən çox sənaye çirkab suları təmizlənmiş, 5 min 100 ton neftşlam  emal olunaraq  zərərsizləşdirilmişdir. Altı ay ərzində "AAS-EKOL" MMC-dən  TED-nin 8-ci sahəsinə (Parafin sexinə) daxil  olan 102 tondan çox ərsin parafini sudan və mexaniki qarışıqlardan  ayrılmışdır.
03.07.2014
      İyulun 2-də "Ekol Mühəndislik Xidmətləri" QSC-nin xidmət sahələrinə nanotexnologiyaların tətbiqi istiqamətində həyata keçirilən tədbirlər planı çərçivəsində  Türkiyənin  Su  & Su şirkətinin "sənaye çirkab suların təmizlənməsi"  üzrə  pilot layihəsinin sınağı olmuşdur. Pilot layihənin sınağı QSC-nin  O. Vəliyev 1 ünvanda yerləşən Tullantıların  Emalı Departamentinin 6-cı sahəsində (Heydər  Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi) keçirilmişdir.
01.07.2014
         Ekoloji layihələrin icrasına yeni texnika və texnologiyaların  tətbiq edilməsi   sahəsində həyata keçirilən tədbirlər planı çərçivəsində, QSC-nin baş direktoru Ramil Əliyev, baş direktorun istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynov, Marketinq və Xarici İqtisadi Əlaqələr şöbəsinin rəis müavini Rəşad Rəcəbov iyun ayının 19-dan 25-dək ABŞ-da xidməti ezamiyyətdə olmuşlar. Ezamiyyə ABŞ-nın TARMAK, Trinidad & Tobakonun ERTAH,  Water & Power Technologies  LLC və  Powell  Water Systems Inc kimi tanınmış şirkətlərinin  istehsal etdikləri təmizləyici qurğuların iş prinsipi ilə əyani  tanışlıq və lazımı məlumatların əldə olunması məqsədi ilə təşkil edilmişdir.
27.06.2014
    QSC-nin  xidmət  sahələrində  istehsalatın fasiləsizliyinin təmin edilməsi, qurğu və avadanlıqların istismar müddətinin artırılması, həmçinin texnoloji proseslərin  ətraf  mühitə mənfi  təsirinin azaldılması  məqsədilə  ardıcıl tədbirlər həyata keçirilir.
25.06.2014
     İyunun 25-də  “Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət sahələrində  "Silahlı Qüvvələr günü" ilə əlaqədar tədbirlər keçirilmişdir. Tədbirlərdə  çıxış edənlər  QSC-nin kollektivini bu əlamətdar gün münasibəti ilə təbrik etmiş və ölkəmizə sülh, əmin-amanlıq, xalqımıza qələbə sevinci arzulamışlar.
23.06.2014
       "Ekol  Mühəndislik  Xidmətləri" QSC  2010-cu ildən icrasına başladığı, Bakı Ağ Şəhər layihəsi ərazisindəki  "Azərneftyağ"  NEZ-nun  köhnə sənaye obyektlərindən  neftlə çirklənmiş torpaqların daşınması  layihələrinin icrasını  2014-cü ildə də  uğurla davam etdirir.
19.06.2014
 İyunun 14-də Azərbaycanda fotoqrafiyanın yaranmasının 175 illiyi və Azərbaycan Fotoqraflar Birliyinin (AFB) 15 illiyi ilə əlaqədar , İçəri Şəhərdə yerləşən  Müasir İncəsənət Mərkəzində fotoqraf Könül Süleymanovanın "Onlar" adlı fərdi foto sərgisi keçirilmişdir. Sərgi əsasən müasir Azərbaycan Fotoqrafiyası tarixində öz sözünü demiş və deməkdə olan peşəkar fotoqrafların portretlərini  ictimaiyyətə  nümayiş etdirmək məqsədi ilə təşkil edilmişdir.
13.06.2014
    İyunun 13-də “ Ekol Mühəndislik Xidmətləri ” QSC-nin  xidmət sahələrində  Milli  Qurtuluş  Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə  çıxış edənlər  qeyd etmişlər ki,  90-cı illərdə Azərbaycan xalqı və dövlətçiliyimiz ən çətin və  təhlükəli bir dövrünü yaşayırdı. Yeni Azərbaycan uğrunda qurtuluş hərəkat genişlənirdi. 1992-ci il oktyabrın 16-da  Azərbaycanın  91 nəfər nüfuzlu  ziyalısı  “Səs” qəzeti  vasitəsi ilə müraciət edərək,  Heydər  Əliyevdən Qurtuluş hərəkatına rəhbərlik etməsini  təkidlə  xahiş  etdilər.
11.06.2014
       "Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasında yaşıllaşdırma işləri vacib bir amil kimi həmişə diqqət mərkəzində saxlanılır və bu istiqamətdə  məqsədyönlü tədbirlər həyata keçirilir. Xidmət sahələrində zərərli tullantıların təsir dərəcəsinin azaldılmasında mühüm rol oynayan yaşıllıqların salınması, bitkilərin mühafizəsi və  inkişafı işləri günü-gündən genişləndirilir.
09.06.2014
       "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktorunun  12 may 2014-cü il tarixli, 01/S saylı Sərəncamı ilə  təsdiq edilmiş qrafikə uyğun olaraq, "QSC-də  çalışan fəhlə və sürücülərin  əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə təlimatlandırılması, öyrədlməsi və biliklərinin yoxlanılması qaydaları haqqında" təlimata əsasən, iyunun 3-dən fəhlə və sürücülərin texniki-təhlükəsizlik sahəsində biliklərinin yoxlanılması üzrə imtahana başlanmışdır.
05.06.2014
        Azərbaycan Respublikası öz müstəqilliyinə qovuşduqdan  sonra  digər əlamətdar günlərlə yanaş,  5 iyun - "Ümumdünya Ətraf Mühit Günü" də  hər il yüksək səviyyədə qeyd olunur  və əhalinin diqqəti bir daha mövcud ekoloji problemlərə cəlb edilir. Respublikamızda özünü  ekoloji yönümlü  xidmətləri ilə tanıtmış "Ekol Mühəndislik Xidmətləri" QSC-də,  hər il olduğu kimi 2014-cü ildə də 5  iyun -"Ümumdünya Ətraf Mühit Günü"  bir sıra tədbirlərlə qeyd olunmuşdur.
03.06.2014
       Bakıda XXI Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimya" sərgisi keçirilir. Xəzəryanı regionda neft və qaz sahəsində ən böyük tədbir olan  bu sərgi iyunun 3-də “Bakı Ekspo” Mərkəzində öz işinə başlamışdır. Sərgi və konfransın  açılış mərasimində  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, dövlət rəsmləri və  Beynəlxalq Əməliyyat Şirkətlərinin rəhbərləri iştirak etmişlər.     Konfransın açılışında ölkə başçısı  İlham Əliyev geniş məruzə ilə çıxış etmişdir. O, qeyd etmişdir ki: - "bu ilki sərgi və konfransın xalqımızın ümummilli lideri  Heydər Əliyev tərəfindən  hazırlanıb müvəffəqiyyətlə həyata keçirilən yeni neft strategiyasının  təməl daşı "Əsrin müqaviləsi" nin 20-ci ildönümünə təsadüf etməsi əlamətdar hadisə kimi  onun əhəmiyyətini daha da artırır.  İnanıram ki, açılışına toplaşdığımız bu sərgi və konfrans həm qlobal, həm regional səviyyələrdə əməkdaşlığın bundan sonra da  dərinləşməsinə zəmin yaradacaq, dünyanın  neft-qaz sahəsindəki proseslərə töhfəsini verməklə mühüm görüş yeri olduğunu  bir daha sübuta yetirəcəkdir. Sərgi və konfransın işinə uğurlar, bütün iştirakçılara gələcək fəaliyyətlərində nailiyyətlər, ölkəmizə isə sülh və əmin-amanlıq arzulayıram".   

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | [45] | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.