ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

08.04.2014
      Ölkə Prezidentinin məlum fərmanı çərçivəsində həyata keçirilən Bakı Ağ Şəhər  layihənin icrasında  "Ekol Mühəndislik Xidmətləri" QSC  də  yaxından iştirak edir. 2010-cu ildən başlayaraq,  QSC  Bakı  Ağ  Şəhər layihəsi  ərazisində olan Heydər Əliyev adına   BNEZ-nun və "Azərneftyağ" NEZ-nun köhnə sənaye obyektlərindən  bir neçə istiqamətdə  neftlə çirklənmiş torpaqların daşınması,  həmçinin  sənaye-çirkab, axıntı sularının nəqli layihələrinin  icrasını   uğurla davam etdirmişdir.
05.04.2014
       Azərbaycan Respublikası  Dövlət  Neft  Şirkətinin "Ətraf mühitin mühafizəsi üzrə 2014-cü ilin Tədbirlər Planı"na uyğun olaraq, yaz mövsümü ilə əlaqədar Şirkətin bütün fəaliyyət sahələrində iməciliklər keçirilir, abadlıq və yaşıllaşdırma işləri yerinə yetirilir.
04.04.2014
      Aprelin 3-də QSC-nin baş ofisində çirkab suların filtrasiyası və neftlə çirklənmiş torpaqların təmizlənməsi sahəsində fəaliyyət göstərən ABŞ-nın Harmsco Europe  şirkətinin    nümayəndələri ilə görüş keçirilmişdir.   
03.04.2014
      Yazın gəlişi ilə əlaqədar respublikamızın bağçılıq təsərrüfatlarında və yaşıllaşdırma sahələrində  mövsümi işlər geniş vüsət almışdır. "Ekol  Mühəndislik  Xidmətləri" QSC-nin xidmət  göstərdiyi  yaşıllaşdırma sahələrində də yaz  mövsümünə  uyğun  işlərin icrasına başlanmışdır. Bununla əlaqədar olaraq, QSC-nin Torpaqların  Rekultivasiyası  Departamentinin  1-ci ("Abşeronneft" və H.Z. Tağıyev adına  NQÇİ-nin mədən əraziləri) və 3-cü ( ARDNŞ-nin Qaz Emalı Zavodunun  ərazisi və "BibiHeybətneft" NQÇİ-nin mədən ərazisi) sahələrində  məqsədyönlü  aqrotexniki  tədbirlər  həyata  keçirilir.
31.03.2014
       Ümummilli  lider  Heydər  Əliyevin  27 mart  1998-ci il «31 mart Azərbaycanlıların Soyqırımı haqqında» fərmanı ilə 31 mart- Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.  Həmin ildən başlayaraq martın  31-də bütün Azərbaycan xalqı, o cümlədən xaricdə yaşayan soydaşlarımız soyqırımı qurbanlarının  xatirəsini yad edir, ermənilərin vandalizm və işğalçı siyasətini  pisləyirlər.
28.03.2014
        "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Tullantıların Emalı Departamenti (TED) sənaye çirkab sularının təmizlənməsi, neftşlamın emalı və zərərsizləşdirilməsi layihələrinin   texnoloji reqlamentə uyğun həyata keçirilməsi üçün  istismarda olan  mexaniki və avtomatlaşdırılmış qurğuların daimi saz vəziyyətdə olması olduqca əhəmiyyətlidir. Bununla əlaqədar TED-nin xidmət sahələrindəki mövcud  qurğu və avadanlıqların fasiləsiz işinin təmin edilməsi məqsədilə, QSC-nin Elektromexanika sexinin peşəkar mütəxəssisləri  tərəfindən  mütəmadi olaraq profilaktiki təmir və texniki nəzarət işləri vaxtlı-vaxtında, keyfiyyətlə yerinə yetirilir.
19.03.2014
     Martın 19-da  “Ekol Mühəndislik Xidmətləri”  QSC-də  "Novruz"  bayramı münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə QSC-nin departament, şöbə  rəisləri və  kollektivin nümayəndələri iştirak etmişlər.
19.03.2014
Martın 18-də “ Ekol  Mühəndislik  Xidmətləri ” QSC-də rəhbərliyin və  Həmkarlar  İttifaqı  Komitəsinin  təşkilatçılığı ilə  Novruz  bayramı tədbirləri çərçivəsində nərd yarışı keçirilmişdir. Yarışda  QSC-nin ayrı-ayrı istehsalat  sahələrindən  əmək kollektivlərinin  30 nəfərə  qədər nərd həvəskarı  iştirak etmişlər.
14.03.2014
     Qeyd edildiyi  kimi martın 11-dən 14-dək  Türk Standartları İnstitutunun (TSE)  auditorları tərəfindən “Ekol Mühəndislik Xidmətləri” QSC-də İSO-9001, İSO-14001 və OHSAS-18001 Beynəlxalq  İdarəetmə  Sistemləri standartlarının tələblərinə əməl olunması və standartlara uyğunluğun  yoxlanması üzrə  üçüncü tərəfin auditi keçirmişdir.
11.03.2014
      "Ekol Mühəndislik Xidmətləri" QSC-də Beynəlxalq İdarəetmə Sistemlərinin tələblərinə əməl olunmasının düzgünlüyünün yoxlanılması, aşkar edilmiş uyğunsuzluqların vaxtında aradan qaldırılması və qabaqlayıcı  tədbirlərin görülməsi məqsədilə növbəti dəfə Türk Standartları İnstitutunun (TSİ) tədqiqçiləri tərəfindən  auditi  həyata keçiriləcəkdir.
07.03.2014
      Hər il dünyanın bir çox ölkələrində, həmçinin müstəqil Azərbaycan  Respublikasında  8 Mart- Beynəlxalq Qadınlar günü istirahət günü olmaqla,  böyük  təntənə ilə qeyd edilir.
04.03.2014
      Azərbaycanda neftin uzun illər sənaye üsulu  ilə hasil edilməsi və emalı nəticəsində minlərlə hektar torpaq sahəsi çirklənərək yararsız hala düşmüşdür. Bununla əlaqədar olaraq, ARDNŞ-nin ekoloji siyasətində  neft-qaz əməliyyatları zamanı çirklənmə mənbələrinin ləğv edilməsi, çirklənmiş torpaqların təmizlənməsi və yaşıllaşdırılması ARDNŞ-nin ekoloji siyasətində   mütləq bir şərt kimi qəbul edilmişdir.
28.02.2014
      Beynəlxalq Mülki Müdafiə Təşkilatının  təşəbbüsü ilə hər il bütün dünyada mart ayının ilk günü “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd olunur.   Bu münasibətlə  28 fevral 2014-cü il tarixdə “Ekol Mühəndislik Xidmətləri” QSC-də də 1 mart Ümumdünya Mülki Müdafiə Günü  ilə əlaqədar  tədbir keçirilmişdir.
26.02.2014
Xocalı faciəsindən 22 il ötməsinə baxmayaraq, bu qanlı  faciənin  ildönümü hər il daha da geniş  miqyasda qeyd olunur, fəlakət qurbanlarının  xatirəsi qədirbilən xalqımız tərəfindən  böyük ehtiramla yad edilir.
21.02.2014
      “Abşeronneft” NQÇİ-nin reabilitasiya  olunmuş  mədən ərazilərində yaşıllıq sahələrinin genişləndirilməsi və  bitkilərə  aqrotexniki xidmətlərin  göstərilməsi  layihəsini  uğurla  davam  etdirən  "Ekol Mühəndislik Xidmətləri" QSC, 2013-cü ildə də  "Azneft" İB ilə birgə  bu istiqamətdə məqsədyönlü tədbirlər həyata  keçirmişdir.  Ötən il  “Abşeronneft” NQÇİ-nin mədən ərazilərində  yaşıllıq sahələri genişləndirilərək,   əraziyə  2 min 200 ədədə qədər yeni  müxtəlif  növ (eldar şamı, zeytun, iydə və s.)  ağac və bəzək kolları əkilmişdir.
18.02.2014
      "Ekol Mühəndislik Xidmətləri" QSC-nin  xarici əlaqələrinin genişləndirilməsi və nanotexnologiyaların əldə olunması sahəsindəki tədbirlər planı çərçivəsində  fevralın 18-də QSC-nin  baş ofisində Belçikanın  "Ecorem" şirkətinin  nümayəndələri ilə görüş keçirilmişdir.
14.02.2014
     "Ekol Mühəndislik Xidmətləri" QSC-də  çalışan işçi personalın, eləcə də dövlət əmlakının  yanğından mühafizəsinin təmin edilməsi və baş  verə biləcək yanğın hadisələrinin qarşısının vaxtında alınması məqsədi ilə Texniki təhlükəsizlik şöbəsi (TTŞ) tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilir, işçilərin  maarifləndirilməsi üçün vaxtaşırı treninqlər,  praktiki  məşğələlər və dərslər keçirilir.
11.02.2014
      "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Torpaqların Rekultivasiyası   Departamenti (TRD) "Sifarişçi" təşkilatların yaşıllıq sahələrinə göstərdiyi aqrotexniki  xidmətlərin keyfiyyətinin artırılması, bitkilərin mühafizəsi və normal  inkişafı üçün zəruri tədbirlər həyata keçirir .
07.02.2014
     "Ekol Mühəndislik Xidmətləri" QSC ekoloji yönümlü layihələr icra etməklə  yanaşı,  ətraf mühitin mühafizəsinə də xüsusi diqqət yetirir və bu sahədə  müvafiq tədbirlər görülür. Ötən illərdə olduğu kimi,  2013-cü ildə də  QSC-nin xidmət sahələrində formalaşan müxtəlif növ tullantıların idarə olunması, Azərbaycan Respublikası  Dövlət  Neft  Şirkətinin  02.04.2010-cu il tarixli, 45 saylı əmri ilə təsdiq edilmiş “Tullantıların  İdarə  Olunması  Planı”na və beynəlxalq standartların tələblərinə uyğun olaraq həyata keçirilmişdir.
04.02.2014
      “Ekol  Mühəndislik Xidmətləri”  QSC-nin  Nəqliyyat sexi 2013-cü ildə  də həyata keçirilən ekoloji layihələrin icrasında və xidmət sahələrinin operativ fəaliyyətində   yaxından iştirak etmişdir. Sex  istehsalatın fasiləsizliyinin təmin edilməsi və ekoloji layihələrin keyfiyyətlə  həyata keçirilməsi sahəsində yüksək səviyyəli texniki xidmətlər  göstərmişdir.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | [47] | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.