ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

22.11.2013
       Azərbaycan Respublikası  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  və IDEA İnternational Dialogue for Environmental Action dəstəyi, eləcə də  “Iteca" şirkətinin təşkilatçılığı ilə “Bakı Ekspo Mərkəzi" də keçirilən və noyabrın 20-dən başlayaraq üç gün davam edən   “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” (CTE) 4-cü Beynəlxalq Ətraf  Mühit Sərgisi  bu gün öz işini uğurla başa vurmuşdur.
21.11.2013
      Azərbaycan Respublikası  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi və “ITECA" şirkətinin təşkilatçılığı ilə  “Bakı Ekspo Mərkəzi" ndə  ətraf mühitin  mühafizəsinə həsr olunmuş “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” (CTE) 4-cü Beynəlxalq Ətraf  Mühit Sərgisi  noyabrın 20-də öz işinə başlamışdır.
18.11.2013
    Noyabrın 18-də "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş ofisində  Yeni Azərbaycan Partiyasının 21 illiyi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə YAP Nizami rayon təşkilatının sədri, Millət vəkili  Sədaqət Vəliyeva, təşkilatın  idarəetmə aparatının rəhbəri  Ramil Vəlibəyov, QSC-nin rəhbərliyi və  YAP "Ekol" ilk ərazi təşkilatının fəalları iştirak etmişlər.
15.11.2013
      Azərbaycanda neft sənayesinin inkişafı və neft hasilatının artırılması  ölkəmizin iqtisadi  qüdrətinin  günü -gündən güclənməsinə  böyük  təkan verir. Neft sənayesinin inkişafı fonunda respublikamızda ekoloji problemlərin həlli  və ətraf mühitin mühafizəsi sahəsində də  mühüm əhəmiyyətli dövlət proqramları qəbul edilərək  icra olunur. Dövlət Neft Şirkəti də sovetlər dövründən miras qalmış, həmçinin hazırda  neftin hasilatı və emalı zamanı formalaşan   neftşlamların və neftlə çirklənmiş torpaqların təmizlənməsi istiqamətində ardıcıl  məqsədyönlü tədbirlər həyata keçirir.
14.11.2013
       Müasir  texnika və texnologiyalardan istifadə etməklə Avropada ətraf mühitin mühafizəsi və tullantıların  emalı  sahəsində  mühüm layihələr həyata keçirən İtaliyanın RİCCOBONİ şirkəti  noyabrın 14-də QSC-nin baş ofisində "Lay sularının təmizlənməsi " mövzusunda prezentasiya keçirmişdir.
13.11.2013
     Noyabrın 13-də QSC-nin baş ofisində ABŞ-nın TARMAC  İNTERNATİONAL, İNC. şirkətinin  prezidenti Ron Heapla "neftlə çirklənmiş torpaqların təmizlənməsində istifadə olunan  qurğular və  texnologiyalar" mövzusunda təqdimat  keçirmişdir.
13.11.2013
       2013-cü ilin sentyabr ayından start verilmiş futzal üzrə Azərbaycan Çempionatının oyunları gərgin mübarizə şəraitində davam edir. Çempionatın iştirakçısı olan  "Ekol" MFK da  bir-birinin ardınca  maraqlı oyunlar nümayiş etdirərək  pərəstişkarlarının  rəğbətini qazanmaqdadır.
12.11.2013
       “Azərneftyağ” NEZ-nun  ərazisində ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində tədbirlər  davam etdirilir. Bu tədbirlərin həyata keçirilməsində "Ekol Mühəndislik Xidmətləri" QSC-nin  Tullantıların Emalı Departamentinin (TED)  7-ci sahəsinin kollektivi də yaxından iştirak edir. NEZ-da əsas çirklənmə mənbəyi olan və uzun illər yığılıb qalmış, eləcə də texnoloji proseslər nəticəsində  formalaşan  neftşlamın emal edilərək zərərsizləşdirilməsi və sənaye-çirkab sularının təmizlənməsi məhz TED-nin 7-ci sahəsinin səmərəli fəaliyyətinin nəticəsidir. Qeyd etmək lazımdı ki,  TED-nin 7-ci sahəsində il ərzində “Azərneftyağ”  NEZ-nun ərazisində texnoloji proseslər zamanı  formalaşan  11 milyon  m3-ə qədər sənaye çirkab suları təmizlənir və  10 min tondan çox  neftşlam isə emal edərək zərərsizləşdirilir ki, bu da  zavodun ərazisinin  ümumi ekoloji vəziyyətinə öz müsbət təsirini göstərir.
07.11.2013
      "Ekol Mühəndislik Xidmətləri" QSC-nin xarici əlaqələri günü-gündən genişlənməkdədir. İsveçrənin "Alfa-Laval" şirkəti ilə əməkdaşlıq əlaqələri isə QSC-nin fəaliyyətinin ilk illərindən (2007-ci ildən) başlamış, bu şirkətin istehsal etdiyi və məhsuldarlığı 30 m3/saat  olan 2 ədəd  modul dekantor qurğuları alınaraq istismara verilmişdir.  
05.11.2013
         Noyabr 4-5-də  “Fairmont Baku” mehmanxanasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin  və “İDEA”nın (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) dəstəyi ilə “Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış” mövzusunda beynəlxalq konfrans  keçirilmişdir. “İteca Caspian” MMC və “Practical Solitions Group” şirkətləri isə  bu konfransın keçirilməsinə  təşkilatı  dəstək göstərmişlər.
04.11.2013
Noyabr ayının 2-də QSC-nin istehsalat sahələrində payız mövsümü ilə əlaqədar olaraq  iməcilik keçirilmişdir. İməcilik QSC-nin bütün istehsalat sahələrini əhatə etmişdir.
31.10.2013
     “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  fəaliyyətində  xüsusi rolu olan Nəqliyyat Sexi (NS) əvvəlki illərdə olduğu kimi, 2013-cü ilin 9 ayında da  öz səmərəli fəaliyyəti ilə uğurlu nəticələrə imza atmışdır.
29.10.2013
     “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Tullantıların Emalı Departamentinin (TED)  əsas fəaliyyət sahələrindən biri də  ərsin parafininin  sudan və mexaniki qarışıqlardan təmizlənməsidir.  Bu məqsədlə 2007-ci ildə  QSC-nin O.Vəliyev 1  ünvanda yerləşən xidmət sahəsində  (Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi)  müasir  standartlara cavab verən, istehsal gücü bir dövr (48 saat) ərzində 17 ton olan yeni parafin təmizləmə sexi  inşa edilərək istifadəyə  verilmişdir.    Hazırda TED-nin 8-ci sahəsi kimi fəaliyyət göstərən  Parafin təmizləmə sexi fəaliyyəti  dövründə "Sifarişçi"  təşkilatlardan qəbul etdiyi 900 tondan çox  ərsin parafinini reqlamentə uyğun olaraq  təmizləmişdir.
25.10.2013
  "Ekol Mühəndislik Xidmətləri" QSC-də xidmət sahələrinin və  ekoloji layihələrin texniki təhlükəsizliyinin təmin edilməsi, təhlükəsiz əmək şəraitinin yaradılması və bu sahədə işlərin beynəlxalq  standartlar səviyyəsinə çatdırılması məqsədilə ardıcıl  tədbirlər həyata keçirilir. 
23.10.2013
     "Ekol mühəndislik Xidmətləri" QSC əsas xidmət sahələri üzrə 2013-cü ilin  9 ayını layiqli göstəricilərlə başa vuraraq "Sifarişçi" təşkilatların müqavilə öhdəliklərini uğurla yerinə yetirmişdir.    QSC-nin Ekoloji Monitorinq Departamenti  cari ilin 9 ayında  müqavilə  şərtlərinə uyğun olaraq ARDNŞ-nin Qaz Emalı Zavodunda, "Azneft" İB-nin  "28 may", "Neft daşları, "Abşeronneft", N.Nərimanov adına NQÇİ-də və    ARDNŞ-nin "Kompleks Qazma İşlər" Trestinin  ayrı-ayrı idarələrində, həmçinin "Balakhanı Operatinq Company LTD" Şirkətinin  Azərbaycan Respublikası filialında təqvim planına uyğun olaraq ekoloji monitorinq işlərini həyata keçirmişdir.  Bununla yanaşı,  "Azneft" İB-nin  10-a qədər təşkilatları, "Suraxanı OYL Opereyşn Kompani S.A." Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Balakhanı Operatinq Company LTD" Şirkətinin  Azərbaycan Respublikası filialı, "Azkontakt" MMC və "Star Beton Production" MMC  üçün  bir sıra ekoloji normativ-texniki     sənədlərin işlənib hazırlanması davam etdirilmiş, bir çox sənədlər isə sifarişçilərə təhvil verilmişdir.
22.10.2013
Oktyabrın 21-də, QSC-nin baş ofisində " Neftlə çirklənmiş torpaqların və neftşlamların utilizasiyası və zərərsizləşdirilməsi texnologiyalarının işlənməsində Azərbaycan Milli Elmlər Akademiyası, Mineral Xammalın Kompleks Emalı üzrə Texnoloji Bürosunun (MXKE Tİ XKTB) fəaliyyəti" mövzusunda görüş keçirilmişdir. Görüşdə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktoru Ramil Əliyev, baş direktorun müavinləri Məzahir Hüseynov, Rəşad İsmayılov, ARDNŞ-nin Ekoloji layihələrin İdarəedilməsi şöbəsinin rəisi Rövşən Fətullayev, "Azneft" İB-nin baş direktorunun ekologiya məsələləri üzrə müavini Faiq Cəfərov, ARDNŞ-nin Ekologiya İdarəsinin və QSC-nin əlaqədar departament, şöbə rəisləri, mütəxəssislər, eləcə də AMEA-nın MXKE Tİ XKTB-nun direktoru Qəhrəman Həsənov iştirak etmişlər.
18.10.2013
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində və istehsalat sahələrində 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 22-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilmişdir. Tədbirlərdə çıxış edənlər QSC-nin kollektivini bu tarixi hadisə münasibəti ilə təbrik etmiş, onlara can sağlığı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və əbədi yaşaması naminə əmək və həyat fəaliyyətlərində uğurlar arzulamışlar.
17.10.2013
"Ekol Mühəndislik Xidmətləri" QSC istehsalatın fasiləsizliyinin təmin edilməsi və iş şəraitinin yaxşılaşdırılması sahəsində davamlı və məqsədyönlü tədbirlər həyata keçirir. Tədbirlər planına uyğun olaraq hazırda QSC-nin O.Vəliyev 1 ünvanda yerləşən 55 saylı yarımstansiyasında da yenidənqurma işlərinə başlanmışdır. Yenidənqurma işləri "QAFQAZENERQOSERVİS" şirkəti tərəfindən həyata keçirilir.
11.10.2013
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin həyata keçirdiyi ekoloji siyasətinin əsas məqsədi, ətraf mühitə müsbət təsir göstərən əsas amilləri inkişaf etdirmək, "Sifarişçi" məmnunluğunu qazanmaq, işçi personalı və yerli əhali ilə sıx əməkdaşlıq əlaqələri yaratmaq, həmçinin müasir texnika və texnologiyalar tətbiq olunmaqla Ekologiya İdarəetmə Sisteminin daimi inkişafını təmin etməkdən ibarətdir.
01.10.2013
"Ekol Mühəndislik Xidmətləri "QSC hazırda həyata keçirdiyi prioritet və iri miqyaslı ekoloji layihələrdən biri də, Heydər Əliyev adına BNEZ-nun və "Azərneftyağ" NEZ-nun Bakı Ağ Şəhər layihəsi ərazisindəki köhnə sənaye obyektlərindən neftşlamın və neftlə çirklənmiş torpaqların daşınması layihəsidir.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | [49] | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.