|
Təhlükəsizlik, ekologiya və keyfiyyət sistemləri üzrə siyasət
“Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri beynəlxalq standartların tələblərinə əsasən Təhlükəsizlik, Ekologiya və Keyfiyyət sistemlərinin daima təkmilləşdirilməsi və inkişaf etdirilməsi ilə bağlı aşağıdakı əsas meyarları önəmli hesab edərək bəyan edir:
- Azərbaycan Respubliksaının Təhlükəsizlik, Ekologiya və Keyfiyyətlə bağlı qanun və qaydalarında qarşıya qoyulan bütün tələblərə əməl etmək;
- İSO 9001, İSO 14001 və İSO 18001 beynəlxalq standartlarının tələblərinə uyğun olaraq keyfiyyət, ekologiya və təhlükəsizlik sistemlərini daima yaxşılaşdırmaq və inkişaf etdirmək üçün müasir avadanlıqları, yeni texnika və texnologiyalar tətbiq etmək;
- Hər üç sistem üzrə hədəflərimiz insanların təhlükəsizliyinə, sağlamlığına və ətraf mühitə zərər yetirmədən meydana çıxa biləcək təhlükələrə, ekoloji çirklənmələrə və keyfiyyətə təsir göstərə biləcək bütün amilləri minumuma endirmək;
- Yerinə yetirilən bütün işlərdə risklərin və ekoloji aspektlərin qiymətləndirilməsinə ciddi fikir verməklə qəza hallarının, enerji və su sərfinin minumuma endirilməsinə nail olmaq;
- Sistemlərin daima inkişaf etdirilməsi üçün işçilərin maarifləndirilməsini həyata keçirmək;
- Təhlükəsizlik, ekologiya və keyfiyyət ilə əlaqədar Dövlət Nəzarət Orqanları ilə, sifarişçilərlə, işçi personalla və yerli əhali ilə sıx əməkdaşlıq etmək və bunun təbliğinə nail olmaq.
|
|