|
Xəbərlər
[22.09.2008] "Ekol" mini futbol komandası "Azərsun" Şirkətinin "Qarabağ" komandası ilə görüşmüşdür
Mini futbol oyunları üzrə Respublika çempionatına start verilmişdir. Çempionatın ilk oyununda "Ekol Mühəndislik Xidmətləri" QSC-nin "Ekol" komandası ilə "Azərsun" Şirkətinin "Qarabağ" komandası görüşmüşlər. Komandamız yüksək oyun nümayiş etdirərək rəqibə 11 : 2 hesabı ilə qalib gəlmişdir.
19 sentyabr 2008-ci il tarixdə Bakı Əl Oyunları Sarayında keçirilən görüşü "Ekol" komandasının çoxsaylı azarkeşləri izləmişlər . Görüşün izlənməsində "Ekol" mini futbol klubun prezidenti Soltan Əliyev də iştirak etmişdir.
Görüşün sonunda Soltan Əliyev komanda heyətinin təbrik etmiş, onlara Respublika çempionatının qalibi olmağı arzulamışdır.
Komandamızın növbəti oyunu sentyabrın 26-da Bakı Əl Oyunları Sarayında Bakının "Olimp" komandası ilə olacaqdır.
"Ekol" mini futbol komandasının keçirdiyi oyunların səviyyəsi və bacarıqlı komanda heyəti artıq futbol mütəxəssislərinin və KİV-nin müzakirə obyektinə çevrilmiş, komandanın çempion olacağı haqqında ümidverici proqnozlar verilmişdir.
|
|