|
Xəbərlər
[14.08.2008] "Ekol Mühəndislik Xidmətləri" QSC -nin maddi texniki bazasının gücləndirilməsi istiqamətində işlər davam etdirilir
QSC, əsasən xarici təsisçinin investisiyası hesabına istehsalatın təkmilləşdirilməsi, müasir tipli texnİka və texnologiyaların alınması və tətbiqi istiqamətində məqsədyönlü layihələr həyata keçirməkdədir.
Bu işlərin davamı olaraq, neftşlamın nəqli və emal qurğularına ötürülməsi məqsədilə, QSC avqust ayında Almaniyanın "Börger" Rotary Lobe Pumps Şirkətinin istehsalı olan 3 ədəd səyyar, mobil "qanadlı rotor nasos" ları almış və yaxın günlərdə istismara verilməsi nəzərdə tutulmuşdur.
Nasosun məhsuldarlığı 150 m3/saat, fasiləsiz iş rejimi 8 saatdır. Qatı məhlulu (neftşlam, mexaniki qarışıq və s.) 5 metr dərinlikdən sorma və 20 metrədək hündürlüyə vurma qabiliyyətinə malikdir. Nasoslardan biri bu xarakteristikalarla yanaşı iri hissəciklərin doğranıb ötürülməsi imkanına malikdir.
Yeni müasir tipli nasosların istehsalata tətbiqi, QSC-nin "Sifarişçi" təşkilatlarının istehsalat sahələrində olan neftşlamın emalı və zərərsizləşdirilməsi prosesini sürətləndirəcək ki, bu da tutumlarda olan neftşlamın ətraf mühitə mənfi təsirini xeyli dərəcədə azaldacaqdır.
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlər davam etdirilir.
|
|