|
Xəbərlər
[22.09.2008] "Ekol Mühəndislik Xidmətləri" QSC 20 sentyabr "Neftçilər günü" nə
həsr olunmuş sərgidə iştirak etmişdir
20 sentyabr "Neftçilər günü" Respublikamızda təntənə ilə qeyd olunmuş, paytaxta rəsmi tədbirlər, Milli parkda isə sərgi və geniş konsert proqramı təşkil olunmuşdur.
ARDNŞ -nin tabeli təşkilatları ilə yanaşı "Ekol Mühəndislik Xidmətləri" QSC -də bu tədbirdə iştirak etmək üçün dəvət almışdır.
Sərgidə 15 metrlik stendlə təmsil olunmuş QSC özünün son nailiyyətlərini, yeni texnika və texnologiyalarını sərgi iştirakçılarına nümayiş etdirmişdir.
Xüsusi zövqlə və əyani vasitələrlə tərtib olunmuş stend sərgi iştirakçılarında böyük maraq doğurmuşdur. Sərgi iştirakçılarına QSC-nin fəaliyyətini əks etdirən bukletlər, döş nişanları, qəzet və jurnallar və xüsusi hədiyyələr paylanmışdır. Sərgi 20 sentyabrda saat 1000 - dan 2000 - dək davam etmişdir.
"Ekol Mühəndislik Xidmətləri" QSC -nin baş direktoru Soltan Əliyev rəsmi tədbirlərdə iştirak etmiş, QSC-nin fəaliyyəti haqqında KİV-nə müsahibələr vermişdir.
Sərgiyə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Prezident aparatının Mətbuat xidmətinin müdiri Əli Həsənov, ARDNŞ-nin Prezidenti Rövnəq Abdullayev və digər dövlət rəsmiləri də baxış keçirmişlər.
QSC-nin Baş direktoru Soltan Əliyev Yaqub Eyyubov, Əli Həsənov, Rövnəq Abdullayev cənablarına və digər dövlət rəsmilərinə görülmüş işlər və perspektiv planlar haqqında qısa məlumat vermişdir. QSC-nin stendi Dövlət rəsmilərinə xoş təəssürat bağışlamışdır.
Sonda sülhün və təmiz ətraf mühitin rəmzi olan göyərçinlər havaya buraxılmış, bu dövlət rəsmiləri və sərgi iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.
|
|