|
Xəbərlər
[20.11.2008]
"Ekol" komandası çempionatın 2-ci dövrəsinə ciddi hazırlaşır
Futzal üzrə Respublika çempionatının 1-ci dövrəsini 3 -cü yerlə başa vuran "Ekol" komandası çempionatın 2-ci dövrəsinə çox ciddi hazırlaşır.
Çempionatın 1-ci dövrəsindən sonra komandanı tərk edən baş məşqçi Mahir Əliyevi daha təcrübəli məşqçi Baba Əsgərov əvəz etmişdir. Komandanın maddi texniki bazası daha da gücləndirilmiş, məşqlərin sayı artırılmışdır.
Komandamız 1-ci dövrədə 3-cü yer tutmasına baxmayaraq, gözəl oyunlar nümayiş etdirmiş, tamaşaçıların rəğbətini qazanmışdır. Oyunçuların texniki hazırlığı təkcə tamaşaçıların deyil, rəqib komandaların və futbol mütəxəssislərinin də diqqətini cəlb etmişdir.
Məhz ona görədir ki, 1-ci dövrənin çempionu "Araz" komandası UEFA kubokunun elitar mərhələsində iştirak etmək üçün komandamızın ən yaxşı oyunçuları Natiq Məmmədkərimovu, Nudnik Volodimiri və Seymur Məmmədovu icarə ilə öz komanda heyətinə dəvət etmişdir.
İkinci dövrənin ilk turu noyabr ayının sonuna planlaşdırılmışdır. "Ekol" komandası futzal üzrə Respublika çempionatının 2-ci və 3-cü dövrəsini qələbə ilə başa vuraraq çempion titulunu qazanmaq uğrunda əzmlə çalışır.
Noyabrın 21-də isə komandamız Gənclik idman Mərkəzində "Azmetko" komandası ilə yoldaşlıq görüşü keçirəcəkdir.
|
|