|
Xəbərlər
"Ekol Mühəndislik Xidmətləri" QSC
15-ci Yubiley Beynəlxalq XƏZƏR NEFT və QAZ Neftayırma və Neftkimya sərgisinin iştirakçısıdır
03 iyun 2008-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində Heydər Əliyev adına İdman və Konsert Kompleksində, 15-ci Yubiley Beynəlxalq
XƏZƏR NEFT və QAZ Neftayırma və Neftkimyası sərgisinin açılışı olmuşdur.
Sərginin açılışında Respublika prezidentı İlham Əliyev, YUNESKO-nun xoşməramlı səfiri , Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva, dövlət rəsmiləri, ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və digər rəsmi şəxslər iştirak etmişlər.
Sərgidə Neft və Qaz sənayesinin ən son nəaliyyətlərini əks etdirən dünyanın inkişaf etmiş dövlətləri və ARDNŞ-nin təşkilatları iştirak edirlər.
Sərgidə "Ekol Mühəndislik Xidmətləri" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətini, istehsalat nəaliyyətlərini və müassir texnika və texnologiyalarını əks etdirən fotoşəkillər və videoçəkilişlər nümayiş etdirilmişdir ki, bu da sərgi iştirakçılarında böyük maraq doğurmuşdur.
Sərgi 06 iyun 2008-ci il tarixə qədər davam edəcəkdir.
|
|