|
Xəbərlər
[22.10.2008]
"Ekol Mühəndislik Xidmətləri" QSC ekoloji normativ - texniki sənədlərin işlənib hazırlanması sahəsində də ARDNŞ-nin potensial podratçısıdır
"Ekol Mühəndislik Xidmətləri" QSC bir çox sahələrdə olduğu kimi, ekoloji normativ -texniki sənədlərin işlənib hazırlanması sahəsində də ARDNŞ -nin potensial podratçısıdır.
Bu məqsədlə QSC-nin Ekoloji Monitorinq Departamentinin tərkibində "Normativ - texniki sənədlərlə iş şöbəsi" fəaliyyət göstərir. Şöbədə müvafiq ixtisaslardan olan peşəkar mütəxəssislər və alimlər çalışır.
QSC müqavilələr əsasında ARDNŞ-nin 15 qədər təşkilatının ekoloji normativ - texniki sənədlərinin işlənib hazırlanmasını nəzərdə tutmuşdur.
2008-ci ildə Tamponaj İdarəsinin, Sosial İnkişaf İdarəsinin Təlim, Tədris və Sertifikatlaşdırma Departamentinin, Mədəniyyət və İstirahət İşləri Departamentinin ekoloji normativ - texniki sənədlərinin, Sosial İnkişaf İdarəsinin tabeçiliyində olan müəssisələrin isə Su Təsərrüfatı Pasportlarının işlənib hazırlanması barədə müqavilələr bağlanmışdır. Bu sənədlərin hazırlanması üçün QSC-nin mütəxəssisləri tərəfindən "Sifarişçi" təşkilatların istehsalat sahələrində məlumatların toplanması, işlənməsi və ərazilərin xüsusiyyətlərinin öyrənilməsi işləri yerinə yetirilmişdir.
Cari ildə "Abşeron" Qİİ, "Qum Adası" DQİİ, "Bayıl Limanı" DKQİ və Xəzər Dəniz Neft Donanmasının Gəmi Təmiri Zavodu üçün ekoloji normativ - texniki sənədlər işlənib hazırlanmış, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi ilə razılaşdırılaraq "Sifarişçi"lərə təqdim olunmuşdur.
Hazırda QSC-nin Ekoloji Monitorinq Departamentinin "Normativ - texniki sənədlərlə iş şöbəsi" "Suraxanı OyL Opereyşn Kompani S.A.", "Qobustan" KQİİ, Qobustan İxtisaslaşdırılmış Xüsusi Texnika İdarəsi və "Neft Daşları" DQİİ üçün ekoloji normativ - texniki sənədlərin hazırlanması üzrə işləri davam etdirir.
|
|