BAMAG Şirkətinin dəvəti ilə potensial əməkdaşlığın müzakirə olunması məqsədilə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Baş direktoru Soltan Əliyev 26.09.2008-ci il tarixdən 29.09.2008-ci il tarixədək Misir dövlətinin Qahirə şəhərinə ezam olunacaqdır.
Səfər ərəfəsində Soltan Əliyev hər iki Şirkətinin mütəxəssislərinin təcrübə mübadiləsinin təmin edilməsi və qarşılıqlı əməkdaşlıq münasibətlərinin yaradılması məsələlərini müzakirə edəcəkdir.
Şirkəti haqqında - 1867-ci ildə yaradılmış BAMAG Şirkəti içməli suların və axıntı sularının təmizlənməsi texnologiyaları üzrə dünyada liderdir.
Şirkət öz fəaliyyəti dövründə əhalisi təxminən 55 milyon nəfər olan yaşayış məntəqələrində sənaye və məişət tullantılarının təmizlənməsi üçün 1000 -ə qədər, 50 milyon əhalinin isə istifadə etdiyi içməli suyun təmizlənməsi üçün 500 -ə qədər qurğu quraşdırmışdır.
Şirkət demək olar ki, dünyanın hər yerində, əsasən də Avropada, Yaxın Şərqdə (Misirdə, Şimali Afrikada, Fars Körfəzi ölkələrində və s.) və cənubi Afrikada fəaliyyət göstərir.
BAMAG baş podratçılarına və tikinti şirkətlərinə mühəndisi xidmətlər göstərir, onları lazımı qurğularla təmin edir.
BAMAG-ın "Sifarişçi" şirkətləri aşağıdakılardır :
Shell, Exxon, Nestle, British Steel, Hoogovens, Thyssen, Volkswagen, General Motors, Hoechst, BASF, Coca - Cola, Stora, Merck, Sasol, Novartis, SmithKline Beecham, Proster & Gamble və s.