Istehsalat sahələri
Ekoloji Monitorinq Departamenti: - fəaliyyəti Müəssisənin ekologiya sahəsində müəyyən etdiyi siyasətin həyata keçirilməsindən, sifarişçi təşkilatlarla ekoloji monitorinq və tədqiqat işlərinin yerinə yetirilməsindən, ekoloji texniki-normativ sənədlərin işlənib hazırlanmasından ibarətdir.
Kompleks Tədqiqatlar Laboratoriyası: - fəaliyyəti dənizdə və quruda “Sifarişçi” təşkilatlarının istehsalat sahələrində monitorinq zamanı götürülmüş su və dib çöküntülərin nümunələrinin laborator analizlərinin analitik təhlili, neft tullantılarının, suyun və dib çöküntülərin fiziki-kimyəvi analizlərinin aparılmasından ibarətdir.
Tullantıların emalı departamentinin 6-cı sahəsi:- fəaliyyəti Heydər Əliyev adına Bakı neft emalı zavodundan daxil olan sənaye çirkab və digər sifarişçi təşkilatlardan qəbul edilmiş lay, fekal və məişət-təsərrüfat sularını mexaniki-fiziki-kimyəvi üsullarla təmizlənməsindən, neftşlamın emalından və zərərsizləşdirilməsindən ibarətdir. Orta hesabla saatda 1600-1800 m3 su təmizlənir.
- layihə gücü – 1200m3/saat olan FACET firmasının mexaniki təmizləyici qurğusu quraşdırılıb başa çatdırılmışdır.
Parafin təmizləmə sexi: - fəaliyyəti parafini mexaniki qarışıqlardan təmizləməkdən ibarətdir. Hazırki istehsal gücü bir dövr (48 saat) ərzində 17 tondur. Parafin təmizləmə qurğusu parafin qızdırıcısı, çən, damcı tutucu, nasosxana, drenaj tutumu, leysan tutumu, yuyucu otaq, anbar və hazır məhsul otağından ibarətdir.
Tullantıların emalı departamentinin 7-ci sahəsi: - fəaliyyəti "Azərneftyağ" neft emalı zavodunun sexlərindən daxil olan sənaye çirkab sularını mexaniki-fiziki-kimyəvi üsulla təmizlənməsindən, neftşlamın emalından və zərərsizləşdirilməsindən ibarətdir. Orta hesabla istehsal gücü 1200-1400m3/saat təşkil edir.
Sahə neftşlamın müvəqqəti saxlanılması üçün tutumlarla, saatda 6-8 m3 məhsuldarlığı olan 1 ədəd 3 fazalı və hər birinin məhsuldarlığı 35 m3/saat olan ("Alfa-Laval" firmasının) mobil və stasionar separasiya dekantrı və müxtəlif xüsusı texnika ilə təchiz edilmişdir.
Elektromexanika sexi: - fəaliyyəti Müəssisənin istehsalat sahələrində olan qurğu və avadanlıqların fasiləsiz işinin təmin edilməsindən, onların cari, əsaslı təmirinin və yenidən qurulmasının həyata keçirilməsindən ibarətdir. Xüsusi dəzgah və alətlərlə təchiz edilmişdir.
Nəqliyyat və xüsusi texnika şöbəsi: - fəaliyyəti Müəssisənin istehsalat sahələrini lazımi nəqliyyat vasitələri, xüsusi texnika, maşın və mexanizmlərlə təmin etməkdir.
Hazırda sexdə müxtəlif markalı və beynəlxalq standartların tələblərinə tam cavab verən xüsusi texnika, minik, yük maşınları və aqreqatlar vardır.
|