|
Xəbərlər
[10.12.2008]
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin istehsalat sahəsində
könüllü drujinaçılar üçün praktik məşğələ keçirilmişdir
QSC -nin istehsalat sahələrində texniki təhlükəsizliyə və yanğından mühafizə qaydalarına əməl olunması məqsədilə, mütəmadi olaraq təlim məşqləri keçirilir, istehsalat sahələri lazımı avadanlıqlar və mühafizə vasitələri ilə təmin olunurlar.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin YTD -nin təsdiq etdiyi "könüllü yanğınsöndürmə drujinaçılarının dərs qrafiki" nə uyğun olaraq, dekabrın 05-də QSC-nin Tullantıların Emalı Departamentinin 7-ci sahəsində ("Azərneftyağ " NEZ -da) işçi heyət üçün "İlkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları" mövzusunda praktiki məşğələ keçirilmişdir.
Praktiki məşğələ zamanı işçilərə yanğınsöndürmə vasitələrindən istifadə olunması, yanğın baş verdiyi halda ilkin davranış qaydaları, və odsöndürən balonların xarakteristikaları barədə məlumat verilmişdir.
Praktiki məşğələni QSC-nin Texniki Təhlükəsizlik Şöbəsinin rəis müavini S.A.Veysəlov və TED-nin 7-ci sahəsinin Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə mühəndisi T. F. Quliyev keçirtmişlər.
Tədbirdə FHN -nin YTD-nin 13 saylı Hərbiləşmiş Yanğınsöndürmə Hissəsinin D/X kapitanı, mühəndis S. N.İsmayılov və D/X kapitanı, baş inspektor Ş.Ə.Abdıyev də iştirak etmişlər.
|
|