|
Xəbərlər
[6.04.2009]
Futzal üzrə Azərbaycan çempionatın 13-cü turuna başlanılmışdır
Futzal üzrə Azərbaycan çempionatının II-ci dövrəsinin 13-cü turunda medal uğrunda gərgin mübarizə davam edir. "Ekol" komandası isə 13-cü turun növbəti görüşünü Bakının "TT" komandası ilə keçirmişdir.
Oyunun I-ci hissəsində "TT" komandası nə qədər müdafiə olunsalar da "Ekol"un hücumlarından qoruna bilmədilər və 2 dəfə meydançanın mərkəzindən oyuna başlamalı oldular.
Görüşün II-ci hissəsində "TT" komandası bir az da fəallaşsalar da rəqib komandanın qapısına cəmi 2 top vura bildilər. Əvəzində isə "Ekol"un vurduğu 5 topu öz qapılarında qarşılamalı oldular. Beləliklə bu komandaların görüşü gərgin şəraitdə 7:2 hesabı ilə "Ekol" komandasının xeyrinə başa çatdı.
Xatırladaq ki, hazırda futzal üzrə Azərbaycan çempionatının turnir cədvəlinə 34 xalla "Araz" komandası başçılıq edir. "Azmetko" komandası 28 xalla 2-ci, "Ekol" komandası isə 27 xalla 3-cü yerlərdə qərarlaşmışlar.
Çempionatın medalını almaq iddiasında olan "Ekol" komandası 13-cü turun növbəti oyununu, aprelin 9-da Bakı İdman Oyunları Sarayında ("Azneft" meydanı)"Neftçi" İSM komandası ilə keçirəcəkdir.
|
|