|
Xəbərlər
"Ekol Mühəndislik Xidmətləri" Qapalı Səhmdar Cəmiyyətində
aparılmış struktur dəyişiklikləri haqqında.
Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində Respublika Prezidentinin silsilə sərəncamları ilə ARDNŞ-nin qarşısında mühüm vəzifələr qoyulmuşdur. Bu vəzifələrin həyata keçirilməsi məqsədilə ARDNŞ-nin 07.03.2008-ci il tarixli, 39 saylı əmri ilə təsisçisi olduğu "Ekol Mühəndislik Xidmətləri" QSC-nin də qarşısında önəmli öhdəlikləri vardır.
Bu öhdəliklərin yüksək səviyyədə həyata keçirilməsi üçün QSC - də çevik və müasir standartlara cavab verən idarəetmə strukturunun yaradılması zəruriyyəti yaranmış və bununla əlaqədar olaraq 01.05. 2008-ci il tarixdə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin yeni strukturu formalaşdırılaraq fəaliyyətə başlamışdır.
Yeni strukturda "Torpaqların rekultivasiyası departamenti", "Tullantıların emalı departamenti", "Ekoloji Monitorinq departamenti", "Maliyyə və uçot departamenti" və bir sıra operativ idarəetmə struktur bölmələri fəaliyyət göstərir.
|
|