|
Xəbərlər
[12.09.2008] "Ekol Mühəndislik Xidmətləri" QSC Fransanın "Association Other Ways Management and Consulting - France" Şirkətindən dəvət almışdır
"Ekol Mühəndislik Xidmətləri" QSC Fransanın "Association Other Ways Management and Consulting - France" Şirkətinin 20 dekabr 2008 il tarixdə Cenevrə şəhərində "5 kontinentin keyfiyyət və kəmiyyətə görə mükafatlandırılması" mövzusunda keçiriləcək beynəlxalq qurultayda iştirak üçün dəvət almışdır.
Kompaniyanın əsas məqsədi qurultayda, dünyada fəaliyyət göstərən müəssisələrin İdarəetmə, Rabitə və İnkişaf sisteminə İnteqrasiyasına aid önəmli məlumatların verilməsindən ibarətdir.
Mükafatlandırılmış kompaniyalar çoxsahəli forumda məşhur olmaq imkanı qazanacaqdır. Qurultayda iştirakçılar təcrübə mübadiləsi etmək, peşəkar kommersiya əlaqələri yaratmaq, son yeniliklər, yeni texnologiyalar və bazarlar haqqında məlumatlar əldə edəcəklər.
Hazırda "Ekol Mühəndislik Xidmətləri" QSC bu qurultayda iştirak etmək məsələlərini müzakirə edir.
|
|