|
Xəbərlər
[30.04.2009]
"Ekol"-"Xanbulan" komandalarının görüşü 19:4 hesabı ilə başa çatmışdır
Futzal üzrə Azərbaycan çempionatının 18-ci turunun oyunları öz gərginlikləri ilə yadda qalmışdır.
Beləki "Ekol" komandası bu turun oynunu aprel ayının 29-da Lənkaranın "Xanbulan" komandasına qarşı keçirmişdir. Oyunun birinci hissəsi öz dramatikliyi ilə yadda qalmışdır. "Ekol" komandası rəqib qapısından 13 top keçirmiş, öz qapısından isə 3 top buraxmışdır.
Ikinci hissədə taktiki oyun nümayiş etdirən komandamız vurulan qolların sayını 19-a çatdıraraq ümumi hesabda 19:4 hesabı ilə qalib gəldilər.
Xatırladırıq ki, "Ekol" komandası növbəti oyununu may ayının 11-də Bakı İdman Əl Oyunları sarayında Bakının "TT" komandası ilə keçirəcəkdir.
|
|