|
Xəbərlər
[23.07.2008] "Ekol Mühəndislik Xidmətləri" QSC -nin xarici əlaqələri genişlənir
Keçmiş post-sovet məkanında neftin çıxarılması və emalı vahid texnologiyalarla aparılmış neft emalı zavodları demək olar ki, eyni layihələr əsasında inşa edilmiş, bu zavodlardan atılan sənaye - çirkab sularının təmizlənməsi üçün analoji maxaniki qurğular quraşdırılmışdır.
"Ekol Mühəndislik Xidmətləri" QSC xarici əlaqələrini genişləndirmək məqsədilə sənaye - çirkab sularının keyfiyyətlə təmizlənməsi praktikasına, bu sahədə tətbiq etdiyi yeni texnika və texnalogiyalarına, güclü maddi texniki bazasına və kadr potensialına əsaslanaraq, MDB-də fəaliyyət göstərən NEZ-na sənaye-çirkab sularının müasir metodlarla təmizlənməsi sahəsində qarşılıqlı əməkdaşlıq münasibətlərinin qurulması barədə müraciətlər etmişdir.
Artıq MDB-də fəaliyyət göstərən iki NEZ tərəfindən bu müraciətə müsbət münasibət bildirilmiş və hazırda bu sahədə danışıqlar aparılır.
Sənaye-çirkab sularının dünya standartları səviyyəsində, qapalı sistemlə təmizlənməsi və bununla da ətraf mühitə atılan tullantıların minimuma endirilməsi məqsədilə QSC Almaniyanın "Facet" Şirkəti ilə sıx əməkdaşlıq münasibətləri qurmuş, Şirkətin isrehsal etdiyi, gücü 1200 m3/saat olan ən müasir sutəmizləyici qurğusunu öz istehsalat sahələrinə tətbiq etmişdir.
"Ekol Mühəndislik Xidmətləri" QSC xarici əlaqələrinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
|
|