|
Xəbərlər
[21.01.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC -nin kollektivi
20 yanvar şəhidlərinin xatirəsini yad etmişlər
Xalqımızın yaddaşına qanla həkk olunmuş 20 yanvar hadisələri bu günlərdə Respublikamızın hər yerində dərin hüznlə və ehtiramla yad olunur, şəhidlərin ruhuna dualar oxunur.
"Ekol Mühəndislik Xidmətləri" QSC-də də 20 yanvar hadisələri ilə əlaqədar bir sıra tədbirlər keçirilmiş, hadisələri əks etdirən stendlər təşkil olunmuşdur
Yanvarın 20 də isə QSC-nin nümayəndələri ARDNŞ-nin çoxsaylı kollektivi ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət etmiş, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarını qurban vermiş şahidlərin unudulmaz xatirəsini yad etmişlər.
|
|