|
Xəbərlər
[13.04.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC -də iməcilik keçirilmişdir
Aprelin 11-də QSC-nin Tullantıların Emalı Departamentinin (TED) 6-cı sahəsində (Heydər Əliyev adına BNEZ-nun 9-cu sahəsi) iməcilik keçirilmişdir. İməcilikdə QSC-nin rəhbərliyi və kollektivin nümayəndələri iştirak etmişlər.
İməcilikdə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə, təmizləyici qurğular sahəsində əmələ gələn alaq otlarından təmizlənməsi və abadlaşdırma işləri yerinə yetirilmişdir. 600 m2 dən çox sahə alaq otlarından təmizlənmiş, tullantılar ərazidən kənarlaşdırılmışdır.
Mövsüm ərzində belə tədbirlərin davam etdirilməsi nəzərdə tutulmuşdur.
|
|