Xəbərlər
[5.09.2008] E L A N
"Ekol Mühəndislik Xidmətləri" QSC ekoloq tələbələr arasında "Abşeron yarımadasının ekoloji vəziyyətin yaxşılaşdırılması" proqramına uyğun olaraq , aşağıdakı mövzuya aid məqalənin yazılması üzrə konkurs elan edir:
Mövzu: Abşeron yarımadasında neftin hasilatı zamanı formalaşmış süni gölməçələrin qurudulması üsullarının təyini və proseslərin dünya praktikası ilə əlaqələndirilməsi
Konkursda qalib gələn iştirakçılara:
I yerə - 300 manat
II yerə - 200 manat
III yerə - 100 manat pul mükafatı təyin edilir və potensial qaliblər işlə təmin olunurlar
Qeyd: Hər bir mövzu haqqında məqalələr kompüterdə çap olunmuş 4 vərəqdən artıq olmamaqla təqdim edilməlidir( A-4 formatda ) Məqalələrin qəbulu 20 sentyabrdan 30 sentyabr 2008-ci il tarixədək davam edəcəkdir
Məqalələr 2 nüsxədə bağlı zərfdə və ya elektron versiyada QSC-nin aşağıdakı ünvanına, İctimai Sosial Şöbənin konkurs komissiyasına təqdim edilməlidir.
Ünvan: Bakı şəhəri, Nizami rayonu Oqtay Vəliyev küçəsi 1
İctimai Sosial Şöbənin rəisi Fəxrəddin Quliyev
Tel: ( + 994 12 ) 470 98 43 (218) ( + 994 12 ) 470 53 76
Fax: (+994 12 ) 424 68 71
(+994 12 ) 470 93 12
E-mail: info@ekol.az
www.ekol.az
|