|
Xəbərlər
[19.09.2008] Neftşlamın emalı prosesində yeni texnika və texnologiyaların
tətbiqi və təkmilləşdirilməsi işləri davam etdirilir
"Ekol Mühəndislik Xidmətləri" QSC əsasən xarici təsisçinin investisiyası hesabına alınmış müasir tipli qurğular istehsalata edilmiş və öz bəhrələrini verməkdədir.
Tullantıların Emalı Departamenti ( TED ) bu qurğulardan istifadə etməklə "Sifarişçi" təşkilatların istehsalat sahələrində formalaşan neftşlamın emalı və zərərsizləşdirilməsi sahəsində uğurla nailiyyətlər əldə etmişlər.
QSC neftşlamın emalı və zərərsizləşdirilməsi prosesinin sürətləndirilməsi və təkmilləşdirilməsi, eləcə də maddi - texniki bazasının gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir .
Qış mövsümünə hazırlıq və neftşlamın emalı prosesinin buxarla təminatının yaxşılaşdırılması məqsədilə, hazırda istifadə olunan qazanxananın məhsuldarlığını artırmaq məqsədilə QSC bu günlərdə daha geniş imkanlara malik "Erensan" firmasının istehsalı olan, gücü 3.2 m3 2 ədəd buxar qazanı almışdır.
Bu buxar qazanlarının məhsuldarlığının artıq olması, texniki təhlükəsizliyi və iş prinsipi müəssisənin buxara olan tələbatını xeyli yaxşılaşdıracaqdır.
|
|