|
Xəbərlər
[30.10.2009]
Azərbaycan nümayəndələri Özbəkistanda xidməti ezamiyyətdə olmuşlar
Oktyabrın 26-dan 29-dək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse prezidenti Muxtar Babayev və "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktoru Soltan Əliyev Özbəkistan Respublikasında xidməti ezamiyyətdə olmuşlar.
Ezamiyyənin birinci günü Azərbaycan nümayəndələri Daşkənd şəhərində "Özbəkneftqaz" Milli Holdinq Şirkətinin rəhbərliyi ilə bir sıra görüşlər keçirmiş, neft sənayesində, ekologiya sahəsində görülmüş işlər və yeniliklər barədə ikitərəfli fikir mübadiləsi aparılmışdır.
Oktyabrın 27-də azərbaycanlı qonaqlar Fərqanə şəhərindəki NEZ-da olmuşlar. Burada sənaye-çirkab sularının və neftşlamın təmizlənməsi prosesləri ilə tanış olan qonaqlar bu sahədə "Ekol Mühəndislik Xidmətləri" nin təcrübəsindən və texniki imkanlarından istifadə etməklə birgə işin qurulmasını təklif etmişlər.
28 oktyabrda azərbaycan nümayəndələrinin özbəkistanlı həmkarları ilə keçirdikləri görüşdə, ARDNŞ-nin vitse prezidenti Muxtar Babayev Şirkətin həyata keçirdiyi layihələrdən və nanotexnologiyaların tətbiqindən danışmış və bu sahədə ikitərəfli təcrübə mübadiləsinin aparılmasını təklif etmişdir. Bu təklif qarşı tərəfdən razılıqla qarşılanmışdır.
Sonda aparılan danışıqların və təkliflər paketinin ümumiləşdirilərək konkret konsepsiya formasında hazırlanması və təqdim edilməsi üçün işçi qrupunun yaradılması qərara alınmışdır.
Oktyabrın 29-da ezamiyyə müddəti başa çatmışdır.
|
|