|
Xəbərlər
[7.12.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin maddi
texniki bazası gücləndirilir
QSC-nin fəaliyyət sahələri genişləndikcə onun maddi-texniki bazasının gücləndirilməsi də önəmli əhəmiyyət kəsb edir. Bu məqsədlə son bir ildə yeni texnika və texnologiyaların, xüsusi texnikaların alınması və istehsalata tətbiq olunması, eləcə də yeni ofis binasının, istehsalat obyektlərinin və yardımçı binaların tikilib istifadəyə verilməsi sahəsində xeyli işlər görülmüşdür.
Bununla yanaşı daimi təsisçilərin diqqət mərkəzində olan QSC-nin fəaliyyət dairəsinin genişləndirilməsi və daha da inkişaf etdirilməsi məqsədilə, ARDNŞ-nin struktur bölmələrinin balansında olan müvafiq qurğuların və qeyri yaşayış sahələrinin QSC -nin istifadəsinə verilməsi də maddi-texniki bazanın güclənməsinə təkan verən tədbirlər silsiləsindəndir.
Bu tədbirlərin məntiqi davamı olaraq cari ilin oktyabr ayında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 20.10.2009-cu il tarixli, 102 saylı Sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu ünvanında yerləşən, ümumi sahəsi 414.3 m2 təşkil edən ARDNŞ, Ekologiya İdarəsinin balansında olan qeyri-yaşayış sahəsi xidmət məqsədi ilə QSC-nin istifadəsinə verilmişdir.
Müasir tipli bu qeyri-yaşayış sahəsi QSC -nin yeni yaradılacaq struktur vahidlərinin yerləşdirilməsi üçün nəzərdə tutulur. Bununla əlaqədar olaraq burada əlavə rekonstruksiya və abadlaşdırma işlərinin aparılması planlaşdırılmışdır.
|
|