|
Xəbərlər
[26.11.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin Kompleks Tədqiqatlar
Laboratoriyası geniş spektrli analitik tədqiqatları davam etdirir
Ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsi, ekoloji cəhətdən daha az zərərli maddələrin araşdırılması və istehsalata tətbiqi həlli vacib olan məsələlərdəndir. Bu baxımdan istehsalat axıntı sularının, neftşlamın, karbohidrogenlə çirklənmiş torpaqların və digər tullantıların bioloji preparatlarla zərərsizləşdirilməsi daha aktualdır.
Bu məqsədlə QSC-nin Kompleks Tədqiqatlar Laboratoriyasında (KTL) Mikrolife bakteriyaları ilə istehsalat axıntı sularında laborator sınaq testləri keçirilmiş və optimal qatılıqlar seçilmişdir. Həmçinin Alfa Laval dekantor qurğusundan çıxan bərk fazasında Mikrolife bakteriyaları ilə sahə təcrübəsinin ilkin və yekun təhlilləri aparılmışdır. Hər iki tədqiqat nəticəsində karbohidrogen qalıqlarının minimuma enməsi müəyyən edilmişdir.
Bununla yanaşı KTL-da Alfa Laval dekantor qurğusunda yeni bir maddə, ProGreen tətbiq olunduqdan sonra neftşlamın maye və bərk fazasında analitik tədqiqatlar aparılmış və müsbət nəticələr əldə olunmuşdur.
QSC-nin KTL geniş spektrli analitik tədqiqatların aparılmasını, eləcə də müasir preparatların və qabaqcıl təcrübələrin tətbiqi sahəsində araşdırmalarını davam etdirir.
|
|