|
Xəbərlər
[1.08.2008] "Ekol" mini futbol komandasının Respublika çempionatına hazırlığı davam edir
"Ekol" mini futbol komandasının maddi - texniki bazası və komanda heyəti günü-gündən güclənir və inkişaf edir. onların gündəlik məşqləri üçün bütün lazımı şərait yaradılmışdır. Komanda heyətin yarışlara və məşqlərə aparıb gətirilməsi üçün yeni "Hyundai" markalı avtobusla təmin edilmişdir.
Cari ilin sentyabr ayında keçiriləcək Respublika çempionatında uğurlu qələbələr əldə etmək məqsədilə, iyul ayının 15-dən 31-dək "Ekol" mini futbol komandası Quba Olimpiya Kompleksində xüsusi proqramla məşqlər keçirmiş, oyunçuların fiziki hazırlığının artırılmasına nail olmuşdur.
Avqust ayında "Ekol" mini futbol komandasının respublikamızın bir çox futbol komandaları ilə yoldaşlıq görüşləri keçirilməsi nəzərdə tutulur.
Komandanın fiziki hazırlığı, oyunçuların peşəkarlığı, məşqçilərin təcrübəsi və tələbkarlığı Respublika çempionatında uğurlu qələbələr əldə olunacağına əsaslı zəmin yaradır.
|
|