|
Xəbərlər
[16.07.2008] "Ekol Mühəndislik xidmətləri" QSC-nin idarəetmə aparatı yeni ofisə köçürüləcək
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin ekoloji layihələrin həyata keçirilməsi sahəsində dünya standartlarına cavab verən, ən müasir Şirkətlər sırasına çatdırılması istiqamətində tədbirlər davam etdirilir.
Bununla əlaqədar olaraq, ixtisaslı kadrların cəlb olunması və idarəetmənin təkmilləşdirilməsi məqsədilə QSC-də struktur dəyişiklikləri aparılmış, xeyli sayda əlavə işçilər qəbul edilmişdir.
İşçi sayının artmasını nəzərə alaraq, iş şəraitinin yaxşılaşdırılması məqsədilə qısa müddətdə QSC-nin idarəetmə aparatının işçiləri yeni müasir tipli 4 mərtəbəli binaya köçürüləcəkdir.
Bina mərkəzləşdirilmiş istilik-soyutma sistemləri və müasir ofis avadanlıqları ilə təchiz edilmişdir.
|
|