|
Xəbərlər
[3.02.2009]
QSC-nin istehsalat sahələrində yaşıllıqların artırılması
üçün tədbirlər həyata keçirilir
Ekoloji tarazlığın qorunmasında və ətraf mühitin mühafizə olunmasında yaşıllıqların rolu böyükdür. Bu faktor zərərli istehsalat sahələrində xüsusi əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq QSC-nin istehsalat sahələrində yaşıllıqların salınması və bitkilərə aqrotexniki xidmətlərin göstərilməsi daimi diqqət mərkəzindədir. Bu məqsədlə İnzibati təsərrüfat şöbəsinə təcrübəli aqronomlar və bağbanlar cəlb olunmuş, şöbə lazımı texnika və avadanlıqlarla təchiz edilmişdir.
Payız mövsümündə QSC-nin 6-cı (Heydər Əliyev adına BNEZ-nun) və 7-ci ("Azərneftyağ" NEZ) sahələrində xeyli sayda uzunömürlü ağaclar və bəzək kolları əkilmiş, yeni qazonlar salınmışdır.
Hazırda qış fəsli ilə əlaqədar istehsalat sahələrindəki mövcud yaşıllıqlara, ağaclara, gül və bəzək kollarına mövsümi aqrotexniki xidmətlər göstərilir, yaz mövsümündə yeni yaşıllıqların salınması üçün hazırlıq işləri həyata keçirilir. Bunun üçün əkin sahələri şumlanmış, üzvi gübrələrlə təmin edilmişdir.
Gələcəkdə də QSC-nin istehsalat sahələrində yaşıllıqların artırılması üçün müvafiq tədbirlər həyata keçirilir.
|
|