Torpağın və suyun əsas xarakteristikası aromatiklər, politsiklik və kükürdtərkibli birləşmələr, həmçinin duzlar, ağır və çoxvalentli metalların yol verilən qatılığı kimi individual komponentlərindən ibarətdir.
Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, kimyəvi tərkibinin, quruluşunun və xassələrinin öyrənilməsi ilə bütünlüklə şlamın və onun komponentlərinin toksiki xassələrini qiymətləndirmək, emalının və fraksiyalara ayrılmasının bütün mərhələlərini, həmçinin onların utilizasiyasını qabaqcadan nəzərə almaq olar.
Aparılmış tədqiqatlardan aşağıdakı nəticəyə gəlmək olar:
- Neft istehsalı və emalı texnologiyalarının müxtəlif mərhələlərində əmələ gələn neftşlamlar kimyəvi tərkibinə görə xeyli fərqlənirlər.
- Neftşlamların karbohidrogen hissəsi uzunmüddətlidir.