|
Xəbərlər
[14.10.2009]
“Ekol Mühəndislik Xidmətləri" QSC-nin
Kollektiv Müqaviləsi qəbul və təsdiq edildi
Kollektiv müqavilə "Ekol Mühəndislik Xidmətlər" QSC-nin konkret iş şəraiti və xüsusiyyətlərini nəzərə almaqla işçilərlə rəhbərlik arasında əmək, sosial-iqtisadi, məişət və istehsalat sahəsində münasibətləri tənzimləyir.
Kollektiv müqavilənin hazırlanması, bağlanması və ona dəyişikliklər edilməsi təşəbbüsü ilə çıxış etməyi, tərəflərin öhdəlikləri yerinə yetirilməsinə nəzarət etmək hüququnu və onu təmsil etmək Həmkarlar İttifaqı Komitəsinə həvalə edilmişdir.
2009-2012-ci illər üçün qəbul və təsdiq edilmiş Kollektiv müqavilənin müzakirəsində işə götürən tərəf kimi baş direktor Soltan Əliyev, istehsalat üzrə müavin-Texniki direktor Məzahir Hüseynov, ümumi işlər üzrə baş direktorun müavini Ramil Əliyev, Əmək kollektivinin səlahiyyətli təmsilçisi kimi Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Ələkbərov və kollektivin üzvləri iştirak etmişlər.
Müzakirə zamanı Kollektiv müqavilə 10 bölmədən və 112 maddədən ibarət olmuşdur. Hər bir bölmə və maddəyə ayrı ayrılıqda əlavələr və dəyişikliklər edilməklə müzakirə olunmuş və qəbul edilmişdir.
Sonda "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Kollektiv müqaviləsini təsdiq etmək üçün işə götürən tərəf baş direktor Soltan Əliyev və Əmək kollektivinin səlahiyyətli təmsilçisi Həmkarlar İttifaqı komitəsinin sədri Əli ƏLəkbərov imzaladılar.
Tərəflər öz münasibətlərini qarşılıqlı anlaşma və faydalı əməkdaşlıq əsasında qurulması üçün əllərindən gələni əsirgəməyəcəklərinə təminat verdilər.
|
|