|
Xəbərlər
[8.09.2008] "Ekol Mühəndislik Xidmətləri" QSC Beynəlxalq Konfransda iştirak edəcək
Xəbər verildiyi kimi sentyabr ayının 9-10 tarixində "Gülüstan" sarayında "Azərbaycan və Türkmənistanın neft və qaz potensialı: Energetika, İqtisadiyyat, Ekologiya Əməkdaşlığın strategiyası" adlı Beynəlxalq Konfrans keçiriləcəkdir.
Azərbaycan Respublikası Baş nazirinin birinci müavininin və Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirinin dəvəti ilə QSC-də bu Konfransa qatılacaqdır.
"Gülüstan" sarayında təşkil olunacaq sərgidə ARDNŞ -nin təmsil olunacağı stentlərdə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin də fəaliyyət sahələri və əldə etdikləri nailiyyətlər öz əksini tapacaqdır.
Beynəlxalq konfransda QSC-nin baş direktoru Soltan Əliyev və Marketinq və xarici iqtisadi əlaqələr şöbəsinin mühəndisi Xəyyam Səfərli də iştirak edəcəklər.
|
|