|
Xəbərlər
[20.04.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC -də yanğından təhlükəsizliyi
təmin etmək üçün iməclik keçirilmişdir.
Aprel ayının 18-i 2009-cu ildə QSC -nin Tullantılar Emalı Departamentinin (TED) 6 -cı sahəsində (Heydər Əliyev adına BNEZ-nin 9-cu sahəsı) və 7-ci sahəsində ("Azərneftyağ" NEZ-nun 1-ci sahəsi çənlər parkı, 2-cı sahə çirkab suların təmizləmə qovşağı və şlam tutumları sahəsi) iməclik keçirilmişdir. İməclikdə QSC-nin rəhbərliyi və kollektiv iştirak etmişlər.
İməclikdə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə, təmizləyici qurğular sahəsində əmələ gələn alaq otlarından təmizlənməsi və abadlaşdirma işləri yerinə yetirilmişdir. 1200 m2 -dən çox sahə alaq otlarından təmizlənmiş, alaq otları və tullantılar ərazidən kənarlaşdırılmışdır.
Mövsüm ərzində belə tədbirlərin keçirilməsi və davam etdirilməsi nəzərdə tutulmuşdur.
|
|