|
Xəbərlər
[20.11.2009]
QSC-də texniki təhlükəsizlik qaydaları üzrə məşğələ keçirilmişdir
QSC-nin istehsalat sahələrində yanğından mühafizə tədbirlərinin gücləndirilməsi, bu sahədə işçilərin bilik səviyyələrinin artırılması və yanğından mühafizə vasitələrindən istifadə qaydalarının dərindən mənimsənilməsi məqsədilə, noyabrın 19-da QSC-nin Texniki təhlükəsizlik şöbəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Neftayırma müəssisələri üçün yaratdığı Yanğından Mühafizə Dəstəsinin təsdiq etdiyi dərs qrafikinə uyğun olaraq, "İlkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları" mövzusunda nəzəri məşğələ keçirmişdir.
Nəzəri məşğələyə QSC-nin müxtəlif istehsalat sahələrində çalışan işçilər qatılmışlar. Məşğələdə işçilərə yanğın zamanı davranış qaydaları və ilkin yanğınsöndürmə vasitələrindən olan odsöndürən balonların xarakteristikaları izah edilmiş, onlardan istifadə qaydaları nümayiş etdirilmişdir.
Tədbirdə 18 saylı YMH-nin inspektoru, D/X baş leytenantı R. Şeyxzadə iştirak etmişdir.
|
|