|
Xəbərlər
[10.09.2008] "Ekol Mühəndislik Xidmətləri" QSC -nin istehsalat sahələri üzrə texniki-təhlükəsizlik aylığı keçirilmişdir
QSC-nin fəaliyyət sahələrindəki fasiləsiz iş rejimi şəraitində işçilərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi daimi diqqət mərkəzindədir. Bu məqsədlə mütəmadi olaraq işçi personalı təlimatlandırılır və treninqlər keçirilir. İstehsalat sahələri izahedici lövhələrlə və əyani vasitələrlə təmin olunmuşdur.
Bütün işçilər xüsusi geyimlərlə və mühafizə vasitələri ilə təmin edilmişdir. İşçilərin texniki təhlükəsizliyinin təmin olunmasına baş direktorun SƏTƏM üzrə müavini rəhbərlik edir və Texniki Təhlükəsizlik Şöbəsi fəaliyyət göstərir.
QSC-də texniki təhlükəsizliyin ən müasir səviyyədə təşkil edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Təhlükəsizlik qaydalarına ciddi əməl olunması nəzarətdə saxlanılır və vaxtaşırı texniki - təhlükəsizlik aylığı keçirilir, qalib işçilər mükafatlandırılır.
Ötən ayda da müəssisə üzrə Texniki-təhlükəsizlik aylığı keçirilmiş, ayrı-ayrı sahələr üzrə qaliblər müəyyən edilmişdir.
|
|