|
Xəbərlər
[5.11.2009]
ABŞ-nin "NALCO" Şirkəti "Ekol Mühəndislik Xidmətləri" QSC-nin
KTL-da test və analizlər aparmışdır
"Ekol Mühəndislik Xidmətləri" QSC -nin əsas fəaliyyət sahələrindən olan sənaye-çirkab sularının təmizlənməsi və neftşlsamın emalı proseslərinin təkmilləşdirilməsi, effektliyinin artırılması məqsədilə, yeni metodların və reagentlərin tətbiqi sahəsində daimi axtarışlar aparılır, əlaqədar şirkətlərlə yeni -yeni əməkdaşlıq münasibətləri qurulur.
Bu tədbirlərin davamı olaraq, QSC-nin dəvəti ilə noyabrın 04-də ABŞ-da fəaliyyət göstərən "NALCO" şirkətinin nümayəndəsi müəssisəmizdə olmuş, Konstruktor və yeni texnologiyaların tətbiqi şöbəsinin (KYTTŞ) mütəxəssisləri ilə görüş keçirilmiş və fikir mübadiləsi aparılmışdır.
"NALCO" şirkətinin nümayəndəsi KYTTŞ-nin mütəxəssislərinin iştirakı ilə istehsalat sahələrindən su və neftşlam nümunələri götürmüş və QSC-nin Kompleks Tədqiqatlar Laboratoriyasının (KTL) əməkdaşları ilə birlikdə "NALCO" şirkətinin cihazları və reagentləri vasitəsilə sənaye-çirkab sularının təmizlənməsi və neftşlamın emalı prosesləri üzərində çoxsaylı testlər və analizlər aparılmışdır.
Aparılmış testlərin və analizlərin nəticəsində təmizləmə və emal prosesləri üçün tələb olunan ən optimal reagentlər müəyyən edilmiş və yaxın gələcəkdə istehsalata tətbiqi ilə əlaqədar sınaq keçirilməsi qərara alınmışdır.
|
|