|
Xəbərlər
[28.09.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyətində texniki
təhlükəsizlik qaydalarına əməl olunması əsas şərtlərdəndir
QSC-də istehsalat fəaliyyətinin və icra olunan ekoloji layihələrin texniki təhlükəsizliyinin təmin edilməsi, təhlükəsi əmək şəraitinin yaradılması və bu sahədə işlərin beynəlxalq səviyyəyə çatdırılması istiqamətində mütəmadi olaraq məqsədyönlü tədbirlər həyata keçirilir.
Bu məqsədlə QSC-nin istehsalat sahələri müasir texniki təhlükəsizlik və yanğından mühafizə vasitələri, təlimatlar və müvafiq ədəbiyyatlarla təchiz edilmiş, işçilər xüsusi geyimlər və tibbi yardım vasitəsilə təmin olunmuşlar.
Texniki təhlükəsizlik və yanğından mühafizə sahəsində işçilərin bilik səviyyələrinin artırılması, onların təlimatlandırılması və nəzarətin təmin olunması üçün QSC-də Texniki təhlükəsizlik şöbəsi fəaliyyət göstərir.
Texniki təhlükəsizlik sahəsində illik tədris proqramına uyğun olaraq müəssisədə çalışan işçilərə vaxtaşırı təlimlər və məşqlər keçirilir, təyin olunmuş müddətlərdə onların bilik səviyyələri yoxlanılır və geniş izahat işləri aparılır.
Sentyabrın 23-dən başlayaraq növbəti dəfə işçilərin bilik səviyyələrinin yoxlanılmasına başlanılmışdır. Yoxlamanın nəticəsi göstərir ki, QSC-də texniki təhlükəsizlik və yanğından mühafizə sahəsində işlər düzgün təşkil olunmuş, təlimatlar və qaydalar işçilər tərəfindən dərindən mənimsənilmişdir.
QSC-də texniki təhlükəsizlik işlərinin beynəlxalq standartlar səviyyəsində qurulması istiqamətində işlər davam etdirilir.
|
|