"Ekol" komandası Bakının TT komandasını 7:1 hesabı ilə məğlub etmişdir
Futzal üzrə davam edən ölkə çempionatında oktyabrın 26-da Bakı İdman oyunları sarayında "Ekol" komandası Bakının TT komandası ilə görüşmüşdür. Gərgin şəraitdə keçən oyunun ilk dəqiqələrində "Ekol"un hücumçuları aman vermədən üstünlüyü ələ almışdır . Oyunun birinci hissəsi 4:1 hesabı ilə komandamızın qələbəsi ilə başa çatmışdır.
Oyunun 2-ci hissəsində rəqib komanda fəallığını artırsa da "Ekol"çular onların qapısından 3 top keçirdilər. Beləliklə "Ekol" komandası bu görüşdə Bakının TT komandasını ümumi hesabla 7 : 1 hesabı ilə məğlub etmişdir.
Xatırladaq ki, komandamızın növbəti görüşü "Neftçi" komandası ilə noyabrın 2-də Bakı idman Oyunları Sarayında keçiriləcəkdir.
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.